Sual (131) : Mən iyirmi yaşlı bir cavanam, adi mənzil əşyalarından başqa heç nəyim yoxdur. bu surətdə mənə vəsiyyət etmək vacibdir, ya yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyət o şəxsə vacibdir ki, onun yanında camaatın borcu yaxud əmanəti və ya öhtəsində vacibi bir əməl olsun. amma bunlardan heç biri öhtəsində olmayan şəxsə vəsiyyət vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (132) : Bir nəfərin özünün mal-dövlətinin yarısını vəfatından sonra xətm və matəm mərasiminə sərf olunmasını vəsiyyət etməsi caizdirmi? Yoxsa İslam bu kimi hallarda xüsusi bir hədd təyin etdiyi üçün bu miqdarın təyin olunması caiz deyil?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bir şəxsin mal-dövlətinin, özünün əzadarlıq və matəm mərasimində sərf olunmasını vəsiyyət etməsinin şərən heç bir xüsusi həddi yoxdur, lakin meyyitin vəsiyyəti yalnız mirasının üçdə birində nüfuzludur və üçdə birindən artıq miqdarda vərəsələrin icazəsindən asılıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (133) : Qardaşım vəsiyyət etmişdir ki, malının üçdə biri xüsusi bir şəhərin qaçqınlarına sərf olunsun. Lakin hal-hazırda həmin şəhərdə yoxdur. Vəzifəmiz nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər vəsiyyət edən şəxsin «qaçqınlar» dedikdə məqsədinin hal-hazırda o şəhərdə yaşayan insanların olması aşkar olsa, bu halda hal-hazırda qaçqın olmadığına görə mal vərəsələrə çatır. Bundan başqa surətlərdə pul, hətta hal-hazırda köçüb getsələr belə həmin şəhərdə yaşamış olan qaçqınlara verilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (134) : Şəhidlərdən bəziləri vəsiyyət etmişlər ki, onun mirasının üçdə biri cəbhələrə sərf olunsun. Hal-hazırda myharibə olmadığı halda vəsiyyətlərin hökmü nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər vəsiyyətə əməl olunması mövzusu aradan getmiş olsa, onun vərəsələrinin irsi sayılır və əhvət odur ki, vərəsələrin icazəsi ilə xeyir işlərdə xərclənsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (135) : Ata öldükdə büluğ həddinə çatmayan övladların qəyyumu ana olurmu? 2. Ana bətnində olan övladın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim

1. Ata öldükdə, atanın atası olsa, övladların qəyyumluğu onun öhdəsinədir. Hətta, başqa yerdə olsa belə, gərək övladların qəyyumluğunu öhdəsinə götürmək üçün bir nəfəri bu işə təyin etsin. Amma atası olmasa, şəri hakimdən övladlar üçün qəyyum təyin etməsini istəməlidirlər.

2. Əgər mümkün olsa, sonoqrafiya ilə ana bətnində neçə uşaq olmasını, qız və ya oğlan olmasını ayırd etsinlər. Belə ki, məlum olsa, onun payını ayırsınlar və diri dünyaya gəldiyi surətdə onun üçün ayrılmış irsi aparacaq. Amma sonoqrafiya ilə məlum olmasa, vacib ehtiyata görə bir və ya çox oğlan uşağının payını ayırıb saxlasınlar. Əgər qız dünyaya gəlsə, qızın payını verərək, qalanını varislər arasında bölsünlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (136) : Atam öldüyü surətdə ata babamın irsindən məhrum olurammı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ata babanız ölərkən sizin atanız ölmüş olsa və əmi və bibiniz də olsa, ata babanızın irsindən sizə çatmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (137) : Həyatda olduğu zaman öz mehriyyəsini tələb etməyən arvad oldükdən sonra onun vərəsələri mehriyyəsini tələb edə bilərlərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəli, tələb edə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (138) : Nə üçün kişinin irsi qadının irsinin iki bərabəri qədərdir? Bu fərq qoymaq deyilmi? Nə üçün ata övladını öldürdükdə ondan qisas alınmır, amma ana övladını öldürsə ondan qisas alınır? Bu fərq qoymaq deylmi və atanın övladını öldürməsinə cürətləndirmirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim

Xeyir, bu fərq qoymaq deyil, bəlkə hər bir kəsə onun öz ehtiyacı qədər haqq verməkdlir. Çünki həyat və dolanışıq yükü kişinin üzərinə düşmüş, həyat yoldaşının və övladlarının gündəlik xərclərini (nəfəqəsini) vermək ona vacibdir. Amma qadına həyat yoldaşının xərcini ödəmək vacib deyil. Ona görə də burada ədalət, kişiyə artıq pay verməkdir ki, o, bununla öz öhdəsinə düşən vəzifəyə əməl edə bilsin. Bir çox cəmiyyətlərdə kişi zəhmətkeş və hazırlayan, qadın isə yalnız onu xərcləyən və istifadə edəndir və onun başqalarına qarşı heç bir vəzifəsi yoxdur.

İslam qanun qoyarkən, xüsusən də cəza qanunlarını, hər bir cəhəti nəzərə almışdır. Ata cəmiyyətdə bir sıra özünə məxsus xüsusiyyətlərə malik olduğundan qisas alınmamaq hökmü də ona məxsus olmuşdur. O, ən azından ailənin çörək 56gətirənidir. Başqa bir tərəfdən isə belə hadisə çox nadir halda baş verə bilər. Ona görə də bu hökm, atanın övlad öldürməyə cürətlənməsinə səbəb olmur. Çünki övladını öldürən ata bütün əxlaqi, atifi, insani və dini dəyərləri kənara qoymuş, öz fitrətinin və atalıq hisslərinin ziddi olan bir iş etmişdir. Bu çox nadir halda ola bilər.


Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (139) : Bir nəfər özünü öldürmək qəsdilə çoxlu dərman qəbul etmişdir və sonra malının bir hissəsini həyatda ikən həyata keçirməsini arzuladığı bəzi işlərdə istifadə olunmasını vəsiyyət etmiş və bir neçə saatdan sonra xəstəxanada ölmüşdür. İndi onun bir neçə büluğ həddinə çatmamış övladı qalmışdır. Bilmək istəyirik ki, onun vəsiyyəti nə qədər keçərlidir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim

Bir kəs bilə-bilə, özünü öldürmək məqsədi ilə həlak olacağı tərzdə özünü yaralayıb və ya ölümə səbəb olan zəhər içsə, əgər malının bir miqdarını bir yerə istifadə üçün çatdırmalarını vəsiyyət etsə, sonra ölərsə, onun vəsiyyəti düzgün deyildir. (Lakin, onun işi Allah yolunda cihad olarsa, bu, istisnadır.) Amma mal-dövlətlə əlaqədar olmayan şeylərdə vəsiyyəti düzgündür.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (140) : Əgər bir şəxsin vəsiyyətnaməsi olmasa, onun ölümündən sonra irsinin hökmü nədir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər meyitin borcu olsa və ya həcc öhdəsinə olsa, onun xərclərini çıxsınlar və qalanını vərəsələr arasında "İzahlı şəriət məsələlərində" deyilmiş qayda üzrə bölsünlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP