Sual (121) : Bir şəxs malının üçdə birindən onun üçün iyirmi il namaz və oruc üçün əcr tutulmasını və malının üçdə birindən müəyyən məbləği kiçik oğluna verməyi vəsiyyət edir. İndi malın üçdə biri bunların hər ikisinə kifayət etmirsə, hansını əvvəl yerinə yetirmək lazımdır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahirən namaz və oruc qabaqdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (122) : İki oğlumla düzəltdiyim bir torpaq sahəsi varımdır. vəsiyyətnaməmdə hər qızım üçün əlli min tümən pul və qalan malları bu iki oğlum üçün yazmaq istəyirəm. bunun bir maneəsi varmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Daha yaxşıdır ki, iki oğlan üçün istədiyinizi sağlığınızda onlara verin. Əks halda əmlakın üçdə birindən artıq vəsiyyət olan surətdə bütün vərəsələrin icazəsinə ehtiyac vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (123) : Bir şəxs vəfat etmişdir. onu kiçik oğlanları evdən başqa qalan mallar bizə aiddir deyirlər. Çünki, ata vəfatından əvvəl anaya və qardaşlardan birinə deyib ki, mallar bunların, beş yüz min tümən pul ananın olsun. vəsiyyətnamə olmadığı halda bu sözü qəbuldurmu?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Şifahi vəsiyyətin olmağına yəqinlik olsa və vəsiyyət malının üçdə birindən artıq olmasa, gərək vəsiyyətə əməl olunsun. Əgər üçdə birindən artıq olsa, artığı üçün vərəsənin icazəsinə ehtiyac var. amma əgər onun şifahi vəsiyyəti yəqin olmasa təkcə vərəsələrdən bəzilərinin iddiası sabit olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (124) : Bir şəxs ölümündən sonra onun üçün bir sıra əməllər yerinə yetirməyi vəsiyyət etmiş və öz əmlakından bir miqdarını da o əməllər üçün nəzərdə tutmuşdur. onun vəfatından sonra əmlakın qiyməti artdığından onun vəsiyyətinə əməldən sonra bir miqdar artıq qalmış qalmışdır. xahiş edirik bəyan edin ki, bu miqdar kimə aiddir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər vəsiyyətin hamısına əməl olunubsa, artıq qalan miqdar gərək irsin hökmlərinə uyğun vərəsələr arasında bölünsün.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (125) : Vəfat edən bir şəxsin bir miqdar pulu mənim yanımda əmanətdir. mən də onun xums, zəkat və sair borcu olduğunu, vərəsələrinin bunu verməyə hazır olmadığını bilirəm. Əgər bu məbləği onlara versəm ya başa düşsələr özləri üçün sərf edərlər. meyyitin borcunu əda etməzlər. onlara məlumat vermədən onu meyyitin borcu əvəzinə ödəyə bilərəmmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Meyyitin borclu olduğunu və vərəsələrinin onun borcunu ödəməyə hazır olmadığını bildiyiniz halda onun borcunu ödəyə bilərsiniz. vərəsələrə məlumat vermək lazım deyil. amma ehtiyat odur ki, meyyitin borcunu ödəmək şəriət hakiminin icazəsi ilə olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (126) : Dünyadan köçmüş bir şəxsin imzasız vəsiyyətnaməsi qalmışdır. vərəsənin vəsiyyətnamə məzmununun icrasına nisbətdə vəzifəsi nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər o yazının onun vəsiyyətnaməsi olduğuna xatircəmdirlərsə, imzasız olduğuna baxmayaraq gərək ona uyğun əməl etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (127) : Bir şəxs başqa bir nəfərə mən öləndən sonra əmlakımdan bu miqdar sənin malın olsun deyir. bu əməl hədiyyə yoxsa, vəsiyyət hesablanır?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahirən bu əməl vəsiyyət hesablanır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (128) : Bismillahir-rəhmanır-rəhim Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik. Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən vacib ehtiyata görə oğul atasının vəsiyyətinə əməl etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (129) : Vəsiyyət yazı və imza ilə olmalıdır, yaxud dillə də olsa kifayətdir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Yazmaq və imza etmək lazım deyil, həmin vəsiyyət edənin nəzəri və vəsiyyətdə dedikləri məlum olsa, gərək onun vəsiyyətinə əməl olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (130) : Vəsiyyət etməkdə xüsusi bir kəlimə mötəbərdir, ya yox?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xüsusi kəlimə lazım deyil. bunun üçün vəsiyyətə dəlalət edən hər kəlimə hər dildə olsa kifayət edir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP