Sual (111) :
Bir qadın səhih və ağıllı şəkildə qardaşını özünün vəsisi və ərini isə vəsiyyətnaməsinə uyğun əməl etməkdə vəkil qərar verib vəsiyyət etmişdir. qadının vəkili olan əri xəbərsiz olduğundan və ona məlumat verilmədən vəsiyyət olunduğundan bu vəsiyyəti qəbul etməyib batil sayır. vəzifə necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən əgər
vəsiyyət sabit olsa və ərinin məlumatsız olduğuna baxmayaraq lazım ehtiyata
əsasən öhdəsində olan əməli yerinə yetirməli və rədd etməməlidir. lakin irs
payına nisbətdə üçdə birindən artığına imza atmaya bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (112) :
Mən qardaşımın torpaq sahəsindən gələn məhsulunu xeyriyyə işlərinə sərf edən vəsisiyəm. o mənə vəsiyyət etmişdir ki, məndə onun kimi vəsiyyət edəm. amma qorxuram ki, mənim vəsiyyətimə əməl etməsinlər. həmin torpağı satıb xeyriyyə işlərinə sərf edə bilərəmmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər dindar və qüvvətli bir
vəsi seçməklə vəsiyyəti davam edə bilərsinizsə, vəsi seçməyiniz lazımdır. Əgər
vəfatınızdan sonra vəsiyyətinizə əməl olunmayacağına yəqinliyiniz varsa, onu
satıb xeyriyyə işlərinə sərf edə bilərsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (113) :
Əgər qızını ərə verən bir şəxs vəsiyyətnaməsində -cehizlərdən əlavə filan malı hakk kimi ona vermişəm, daha irs haqqı yoxdur, -qeyd etsə məsələnin hökmü necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Səhih deyil, bəlkə qızın irs haqqı
öz qüvvəsində qalır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (114) :
Vəsi vəsiyyət edənin vəfatından sonra özünü kənarlaşdırıb, vəsiyyət işini başqasının öhdəsinə qoya bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Kənara qalmaq haqqı yoxdur.
həmçinin vəsiyyəti başqasının öhdəsinə qoya bilməz. lakin bəzi işlərin yerinə
yetirilməsində kimi isə vəkil tuta bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (115) :
Bir şəxs iki nəfəri birlikdə öz malının üçdə birini isdədikləri yerə sərf etməkdən ötrü vəsi qərar verir. vəsilərdən biri malın üçdə bir hissəsini öz adına sərf etmək istəyir. halbuki , digər vəsi buna razı deyil. bu iş caizdirmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyətə uyğun gərək hər
ikisi birgə razılıqla malın üçdə birini sərf etsinlər. onlardan biri təklikdə
sərf edə bilməz. gərək həmin malı öz mülkləri üçün yox xeyriyyə işlərinə
xərcləsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (116) :
Bir şəxs öz sağlığında, öz evim vəfatımdan sonra vəqf olunmuş demişdir. bu vəqf sayılır, yaxud üçdə birindən artıq olan sair vəsiyyətlər kimi varislərin icazəsinə ehtiyac var?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sair vəsiyyətlər hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (117) :
Bir şəxs ölümündən bir neçə il əvvəl qeyri-rəsmi vəsiyyət edib bir nəfəri öz vəsisi qərar vermişdir. amma sağlığında vəsiyyət etdiyi əmlakı satışa qoymuş və bir miqdarını satmışdır. bu vəsiyyət öz qüvvəsində qalırmı? və vəsi olan şəxs vəsiyyət edənin vəfatından sonra vəsiyyətnaməyə əməl edə bilərmi?
Ad: Zeynab, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zeynab, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahir budur ki, vəsiyyət
etdiyi maldan hər nə qədər qalıbsa, gərək vəsiyyətə uyğun əməl olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (118) :
Bir şəxs övladı olmadığından bütün var dövlətini qardaşı oğluna vəsiyyət edir. sonradan arvadının heç kimi olmadığından peşiman olur, yerli əhalidən bir neçə nəfər çağırıb malını həyat yoldaşı üçün və həyat yoldaşının vəfatından sonra rozaxanlıq xərcləri üçün vəsiyyət etmişdir. birinci vəsiyyətin batil olduğunu bildirmişdir. bu surətdə həyat yoldaşı haqqında etdiyi ikinci vəsiyyət qüvvədədir, ya yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər ikinci vəsiyyət məlum
olsa, gərək ona uyğun əməl olunsun. Verilən suala əsasən əgər digər vərəsələr
bu vəsiyyətə imza etməyiblərsə, gərək əvvəldə meyyitin malının üçdə biri
arvadının ixtiyarına qoyulsun və daşınan əmlakdan dörddə biri də gərək ona
verilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (119) :
Bir şəxs malının üçdə birindən və körpü düzəltmək xərclərinə sərf etməyi vəsiyyət edir. məscidin daxilində olan və məscidə yapışan kitabxananı təkmilləşdirmək üçün bu puldan istifadə etmək olar, ya yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək vəsiyyətə uyğun məscid
və körpü düzəltməyə sərf olunsun. kitabxana düzəltməyə sərf etmək vəsiyyətin
xilafınadır və caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (120) :
Bir şəxs bir torpağı vəsisinə vəsiyyət edir ki, onunla həccə getsin. vəsi olan şəxs bu vəsiyyətə əməl edib həcci yerinə yetirmişdir. amma vərəsə qeyd olunan torpağı vəsi olan şəxsə verməyi imtina edir. onların bu yerdən istifadə etmələrinin hökmü necədir? onların əlində olan müddətin icarə haqqını vermək vacibdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Torpaq vəsiyyət miqdarında
olubsa və vərəsələr də torpağın müqabilində bir kəsin vəsiyyətə əməl etməsinə
razılıq veriblərsə, şəri cəhətdən torpaq həccə gedən şəxsindir. ondan başqa
istifadə qəsb sayılır. gərək qəsb etdikləri müddətin icarə haqqını onun
malikinə ödəsinlər.