Sual (101) : Bir şəxs maşınla təsadüf edib, vəfat etmişdir. maşının sürücüsü vərəsənin razılığı ilə ölənin qan bahası adıyla bir miqdar pul vermişdir. Ölənin arvadı öz 1/8 payına nisbətdə bu puldan irs aparırmı?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, qadın həmçinin diyədən irs aparır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (102) : Vərəsə arvadın irs payının ( pulunu) onun razılığı olmadan ona verə bilərmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, verə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (103) : Qadın qiymətindən irs apardığı ağacın meyvələrindən pay aparır, ya xeyir?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vəfat zamanı mövcud olan meyvələrdən irs aparır. amma sonradan yaranan meyvələrdən irs aparmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (104) : Əgər vəfat edən qadının əri ondan irs aparsa, və ər də ölən surətdə digər arvadı bu mallardan irs aparırmı?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, irs aparır. 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (105) : Arvad əkinçiliyə aid olan sudan irs aparırmı?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahir budur ki, arvad irs aparmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (106) : Bir şəxs dünyadan köçmüşdür. həyat yoldaşından başqa varisi yoxdursa, onun mallarının hökmü necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Daşınan əmlakdan 1/4 – i və həmin qayda ilə ev, ağac və əkinçiliyin qiymətinin 1/4 – i arvada çatır. qalan mallar isə ən güclü rəyə əsasən İmam zaman (ə.c)-ın malıdır ki, hələlik gərək fəqih olan camiuş-şərait müctəhidətəhvil verilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (107) : Vəfat edən bir qadının anası və övladları qalmışdır. onun irsi necə bölünür?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vəfat edənin malı ana və övladlar arasında bölünür. altıda biri ananın və qalanı isə övladlara aiddir. Əgər övladların hamısı qız olsa mal beş yerə bölünür. bir hissəsi ananın, qalan hissələr isə bərabər şəkildə qızlar arasında bölünür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (108) : Vəfat edən bir şəxsin bağ, ev, əkin sahəsi və nağd pulu kimi malları qalmışdır. vəfat etdiyi zaman onun vərəsəsi bir neçə oğlan və qızla uşağı olmayan daimi bir qadındır. xahiş edirik hər birinin irs payının miqdarını bəyan edin. onun həyat yoldaşı hansı şeylərdən irs aparır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vəfat edənin həyat yoldaşının irs payı 1/8–dir. qalan mallar oğlan və qızlar arasında elə bölünməlidir ki, oğlanın payı qızın payının iki bərabərində olsun. arvad torpaq və onun qiymətindən irs aparmır. lakin evin və bağdakı ağacların qiymətindən irs aparır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (109) : Əgər bir şəxs bir işi yerinə yetirməməyi and içsə, sonra o işi yerinə yetirib kəffarə versədə, kəffarə verəndən sonra ikinci dəfə o işi yerinə yetirsə, gərək kəffarə versin?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyir. Sualın qoyuluşuna əsasən ikinci dəfə kəffarə vermək vacib olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (110) : Aşağıda qeyd olunan yerlərdə and içmək səhihdirmi? 1) bir şəxs xəstəliyinə faydalı olan bir dərmanı yeməyəcəyinə and içsə. 2) qohumlarından bəziləri ilə rabitəni kəsməyə and içsə.
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə and içmək və nəzr etmək gərək anda və nəzrə aid olan şəri bir iş və ya faydalı olmuş ola. buna əsasən əgər bir şəxs şəriətə müvafiq olmayan və haram iş üçün and içsə, içdiyi and əsassızdır. bunun üçün də qeyd olunan yerlərdə içilən anda riayət etmək lazım deyil. dərmanı içib və qohumlarsız sileyi-rəhm edə bilərsiniz.

Go to TOP