Sual (91) : Meyyitin bir neçə kiçik uşağı və anası vardır. ananın irs payını bölməklə uşaqların irs payından ayırmaq olarmı?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İrsi bölmək gərək uşaqların vəlisi olan böyük babalarının müvafiqliyi ilə yerinə yetirilsin. Əgər böyük babası olmasa, şəriət hakimi ya onun nümayəndəsinin müdaxiləsi ilə yerinə yetirilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (92) : Qadının mehriyyəsi vəfat edən ərinin bütün borcları veriləndən sonra, yaxud əvvəl ödənilir? Ərinin malı bölünəndən əvvəl monun evində yaşamağa haqqı var, ya yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qadının mehriyyəsi vəfat edənin sair borcları hökmündədir. Əgər onun malları kifayət edicidirsə, gərək əsl maldan ayrılsın. Əgər kifayət edici olmasa, gərək onun malları borcuna nisbətdə tələbkarlar arasında bölünsün. qadın kişinin vərəsələrinin icazəsi olmadan kişinin evində yaşamağı davam etdirməyə haqqı yoxdur. vərəsələr də vacib ehtiyata əsasən qadının irs payını ödəməmişdən əvvəl qadının razılığı olmadan o evdən istifadə etmək hakkları yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (93) : Bir şəxsin varisləri üç qardaşdırlar ki, onlardan biri həddi buluğ, ikisi isə uşaqdır. həddi buluğ olan qardaş vəsiyyət edənin torpağını satmışdır. Bu alver səhihdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər baliğ olan qardaş şəriat hakimi tərəfindən öz iki qardaşını qəyyum olubsa və iki qardaşın məsləhətinə riayət edibsə, alver səhihdir. Əks halda iki qardaşın payına nisbətdə alver batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (94) : Bir şəxs vəfat edəndən sonra övladlarından biri onun yaşayış mənzilində sakin olmuşdur. sair vərəsələr bu mənzildən irs aparırlarmı? onun yaşadığı neçə ayın icarə haqqını ondan ala bilərlərmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
O şəxsin vəfatından sonra bütün vərəsələr ondan irs aparır. Əgər sair vərəsələrin icazəsi olmadan orada yaşayıbsa, onların icarə haqqını tələb etməyə haqqı vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (95) : Bir şəxs bir hadisədə arvadı və üç övladı ilə həlak olublar. həm kişinin, həm də arvadın ata-anası sağdır və başqa övladları da yoxdur. valideynlər arasında bölünən irsin hökmünü bəyan edin.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sualın qoyuluşuna əsasən hansının əvvəl və sonra ölməsi məlum deyil. onların varisləri ata-analardır. kişinin həyatı boyu yığdığı maldan onun borclarını, daşınan əmlakdan 1/8 – i qadının mehriyyəsi və evin qiymətinin 1/8 – i qadının ata-anasına verirlər. qadın torpaqdan irs aparmır. kişinin malının 1/3 – i onun öz ata-anasına çatır. kişinin qalan malları kişinin və arvadın ata-anası arasında üç hissəyə bölünür. yəni onun 1/3 – i qadının ata-anasına, 2/3 – i kişinin ata-anasına çatır. qadının sağlığında cehiz və mehriyyədən və başqa mallarının 1/4 – i ərinin ata-anasına və 1/3 – i qadının öz ata-anasına çatır. onun qalanı ərin və arvadın ata-anası arasında 1/3 şəkildə bölünür. yəni 1/3 – i arvadın ata-anasına, 2/3 – i ərin ata-anasına çatır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (96) : Bir hadisədə bir ailənin üç üzvü yəni ata, ana və tək övladı eyni vaxtda dünyadan gediblər. lakin qadının ata-anası və kişinin qardaşları hal-hazırda yaşayırlarsa, bu şəxslərin irs payını bəyan etməyinizi xahiş edirik.
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan şəxslərin eyni vaxtda bir ləhzədə öldüyünə yəqinliyiniz varsa və hansının əvvəl ya sonra olması ehtimalı verilmirsə, bu halda ərin varisləri onun qardaşları ölmüş arvadın və üşağın varisləri arvadın ata-anasıdır. ata-ana qızın mehriyyəsindən əlavə öz qızının və nəvəsinin olan bütün mallardan irs aparırlar. amma bu hadisədə bu şəxslərin eyni vaxtda və eyni zamanda öldüyünə yəqinlik olduğundan müşküldür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (97) : Mənim oğlumun həyat yoldaşı və üç övladı vardır. maşın qəzası nəticəsində ailəvi həlak oldular. onlardan heç kim qalmayıb. onların bir yaşayış evi, mənzil əşyaları və işlədiyi şirkətdə sığorta etdiyi on iki milyon rial pulu qalmışdır. Bu məbləğdən on milyon rial xərclənib o cümlədən mərhumun borcunu onun malından ödəmişəm. xahiş edirik ki, bəyan edin, mərhum arvadın ata-anası mərhumun malından irs aparır, ya yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan mənzilin qiymətinin və sığorta olunan pulun 1\8-i qadın tərəfdən onun ata-anasına çatır. həmin qayda ilə qadının mehriyyəsinin 17\36 –i və atasının ona verdiyi cehizlər qadının ata-anasına çatır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (98) : Zeyd, ana və həyat yoldaşı ilə birlikdə maşın qəzasında vəfat edirlər. hansının əvvəl ölməsi məlum deyil. zeydin anasının iki oğlu və bir qızı, həmçinin zeydin arvadının ata və anası vardır. Zeyd və həyat yoldaşının da bir qız uşağı qalmışdır. onların irs payının necəliyini bəyan etməyinizi xahiş edirik.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ananın malı övladlar arasında dörd yerə bölünüb. zeydin payı onun qızına çatır. zeydin malları ana, arvad və övladı arasında bölünür. ananın payı üç övlada və həmçinin arvadın payı qıza, ata və anasına çatır. eyni halda qadının hadisədən əvvəl olan malları əri, qızı və ata-anası arasında bölünür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (99) : Vəfat edən şəxsin vərəsələri ər, atanın bibisi, ata və anadan, bir dayısından ibarətdir. xahiş edirik, hər birinin irs payını müəyyənləşdirin.
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən ərin irs payını ayırandan sonra meyyitin qalan malları üç hissəyə bölünür. bir hissəsi dayının, iki hissəsi bibinin irs payıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (100) : vəfat edən bir şəxsin varisləri, həyat yoldaşı, anası və neçə oğlan və qızdan ibarətdir. lütfən onların mirasında bəyan edin ki, əvvəl həyat yoldaşının, yoxsa anasının irs payı ayrılır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim

Verilən suala əsasən hansının əvvəl olması mühüm deyil.

vəfat edənin həyat yoldaşına daşınan əmlakın 1/8 – i, anasına isə bütün malın 1/6 – i və qalan mallar isə irsin hökmlərinə uyğun oğlan və qızlar arasında bölünür. məsələn, əgər meyyitin malı 100.000 tümən olsa, qadının irs payı 12.500 tümən, ananın irs payı isə 16.667 tüməndir. qalanlarını isə elə bölməlidirlər ki, oğlanın hər biri qızdan iki qat artıq irs aparsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP