Sual (101) :
Bir şəxs təməttö həccinin əməllərini yerinə yetirəndən sonra bir məss-meyyit qüslünun ona vacib olduğunu, habelə digər vacib bir qüslü yerinə yetirmədiyini başa düşsə, həcci səhihdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
Onun həcci səhihdir. Lakin ehtiyat vacib budur ki, təvafları (və səyi, təqsiri) yenidən yerinə yetirsin, qadir olmasa naib tutsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (102) :
Dırnaqlarının üstünə və barmaqlarına dırnaq boyası qalmış qadın bu vəziyyətdə həcc əməllərini yerinə yetirmişdirsə və bu boyanın dəstəmaz və qüsl üçün mane olmasını bilmirdisə, əməlləri səhihdirmi? Əgər həcc əməllərini yerinə yetirəndən sonra bunu başa düşsə, vəzifəsi nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onun təvafı və namazı səhih deyil. Buna görə də bu iki əməli yenidən yerinə yetirməlidir. Ehtiyat vacibə əsasən, səy və təqsiri də təzələməlidir və onun digər əməlləri səhihdir. Şəxsən yerinə yetirə bilməsə, naib tutmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (103) :
İbrahim məqamının hüdudundan xaricdə təvaf
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təvaf olunan yer mütləq Kəbə ilə İbrahim (ə) məqamının arası hüdudunda olmalıdır, yoxsa qeyri-zəruri hallarda da bu hüduddan xaricdə təvaf etmək olar?
Cavab: Mütləq şəkildə caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (104) :
Qadınlar üçün təlbiyəni naməhrəm kişilərin eşidəcəyi şəkildə ucadan demək caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (105) :
Tikişi olan və ayaqların üstünü örtməyən ayaqqabı ilə ehram bağlamaq caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəli, caizdir. Lakin yaxşı olar ki, kişilər ehram halında belə ayaqqabı geyməsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (106) :
Ehram halında tikilmiş dəri parça ilə bədənə bağlanan süni ayaq və əllərdən istifadə etməyin kəffarəsi varmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur və kəffarəsi də yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (107) :
“Ehtiyatən qadınlar da kişilər kimi ehram bağlamalıdırlar”- buyuran müctəhidlərin fətvası əsasında qadınlar ehram parçalarını bağlayandan sonra bu parçaları kənara qoyub öz adi paltarları ilə həcc əməllərini yerinə yetirə bilərlərmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qadınlar həmin adi paltarlarla ehram bağlaya bilərlər və ehram parçalarını bağlamaq lazım (vacib) deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (108) :
Ehram paltarını zəkatı və ya xümsü verilməmiş puldan almışlarsa, onunla bağlanan ehram səhihdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onunla ehram bağlamaq haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (109) :
Mənim onurğa beynim kəsildiyinə və sidiyi saxlaya bilmədiyimə görə və ... bədən və ehram paltarımı pak saxlaya bilmirəm. Vəzifəm nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, bacarırsınız qoruyun və məşəqqətə səbəb olan qədərin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (110) :
Qadınların ehram paltarı bədənləri görsənəcək qədər nazik olsa, onların həcc əməllərinə zərər yetirə bilərmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu iş haramdır. Lakin təvafdan və təvaf namazından digər yerlərdə olsa, həcc batil olmur.