Sual (201) :
Şərt olmadan və elmi-dini məzmunlara malik olan sırf əqli oynularda kart vərəqlərindən istifadə etmək caizdirmi? Müəyyən şəkildə düzüldükdə bəzi şəkillərin, məsələn motosiklet, maşın və bu kimi şəkillərin yarandığı, eyni zamanda onlardan şərtli (oyunlarda) və müsabiqələrdə istifadə edilməsi mümkün olan vərəqlərlə (kartlarla) oynamağın hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Camaat arasında qumar aləti sayılan vərəqlərlə oynamaq mütləq şəkildə (heç bir halda) caiz deyil. Amma qumar aləti hesab olunmayan vərəqlərdən şərt edilməməklə oynamağın eybi yoxdur. Ümumiyyətlə, mükəlləfin nəzərində qumar alətlərindən sayılan, yaxud (qumar alətlərindən sayılmasa da) şərt edilən şeylərlə oynamaq heç bir vəchlə caiz deyil. Amma qumar alətlərindən hesab edilməyən hər bir şeylə, şərt edilmədən oynamağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (202) :
Əgər bəziləri şərt kəsmədən, həmçinin qumar oynamaq, udub-uduzmaq və qazanc əldə etmək məqsədi olmadan, sadəcə boş vaxtlarını keçirmək üçün vərəqlə (kartla) oynasalar, onlar haram iş görmüş olurmu və əyləncə üçün vərəqlə oynanılan yerdə iştirak etməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Camaat arasında qumar alətlərindən sayılan vərəqlə (kartla) oynamaq mütləq şəkildə (bütün hallarda) haramdır. İnsanın öz ixtiyarı ilə qumar məclisində iştirak etməsi, yaxud qumar alətləri ilə oynaması caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (203) :
Xarici ölkələrdə kafirlərlə şahmat və bilyard kimi alətlərlə oynamağın hökmü nədir? Şərt edilmədən bu alətlərdən istifadə etməyə görə pul xərcləməyin hökmü nədir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Keçən məsələlərdə şahmat və qumar alətləri ilə oynamağın hökmü deyildi. Bu hökmdə o alətlərlə islami ölkələrdə oynamaqla qeyri-islami ölkələrdə oynamağın, həmçinin müsəlmanla oynamaqla kafirlə oynamağın arasında fərq yoxdur. Qumar alətlərini satmaq, almaq, həmçinin bu kimi yerlərdə mal (pul) xərcləmək caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (204) :
Riyaziyyat təlimi müdiriyyətinin şahmat oyunları yarışlarını keçirməyə icazə verməsi, onun qumar alətlərindən olmadığını göstərirmi? Mükəlləfin buna etimad etməsi caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəriət hökmlərinin mövzularını müəyyən etməkdə meyar, mükəlləfin özünün ayırd etməsi, yaxud onun özü üçün bu barədə şəri dəlilin olmasıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (205) :
Aşağıdakı hallarda şahmatın hökmü nədir:
1. Şahmatı düzəltmək, satmaq və almaq,
2. Şərt kəsməklə, yaxud şərtsiz şahmat oynamaq,
3. Şahmat öyrətmək, onunla oynamaq və camaatı onu oynamağa həvəsləndirmək üçün ümumi və qeyri-ümumi mərkəzlər açmaq.
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Mükəlləf öz nəzərində şahmatın hal-hazırda qumar alətlərindən sayılmadığını müəyyən edərsə, onu düzəltmək, alıb-satmaq və şərtsiz oynamağın eybi yoxdur, həmçinin qeyd olunan şərtlərlə onu öyrətməyin də eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (206) :
Baş qatan vasitələrlə, o cümlədən pulsuz kart oynamağın hökmü nədir? Baş qatmaq üçün və şərt edilmədən bu alətlərlə oynamaq caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Camaat arasında qumar alətlərindən sayılan şeylərlə oynamaq, baş qatmaq üçün və pulsuz oynasalar belə mütləq şəkildə haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (207) :
Məktəblərin çoxunda şahmat oyununun geniş yayıldığını nəzərə almaqla, şahmat oynamaq, yaxud onu öyrətmək üçün məşğələlər təşkil etmək caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər mükəlləfin nəzərincə şahmat hal-hazırda qumar alətlərindən sayılmasa, heç bir şərt edilmədən şahmat oynamağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (208) :
Bir şəxsin adını İmaməli ya İmamhüseyn və s. qoymaq caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər təhqir olunmağa səbəb olsa, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (209) :
Allah təala iblisi atəşlə necə əzablandırar, halbuki, iblis özü oddandır?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Allahın əzabı bir başa atəşə aid deyil. Bundan əlavə atəşlə də əzab verə bilər. necə ki, torpaqdan yaranan insana torpaqla əzab verdi.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (210) :
Qəlyan atəşini və tiryək hazırlamaqda valideynə itaət etməmək olarmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Maneəsi yoxdur.