Sual (191) : Bizim işimiz radio-televiziya proqramlarının qəbuledicilərini təmir etməkdir. Son zamanlar çoxları müraciət edərək peyk antenalarının hissələrinin təmir edilməsi və onun evdə quraşdırılmasını istəyir. Bu barədə bizim vəzifəmiz nədir? Onların hissələrini alıb-satmağın hökmü nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bu dəzgahdan əksər hallarda olduğu kimi, haram yollarda istifadə etmək nəzərdə tutulsa, yaxud siz peyk antenasını alan şəxsin ondan haram işlərdə istifadə edəcəyini bilirsinizsə, onun al-veri, hissələrinin quraşdırılması, işə salınması, təmir edilməsi və satılması caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (192) : Qərb dövlətləri, yaxud Fars körfəzi sahillərində yerləşən ölkələr və ya başqa ölkələrin peyk vasitəsilə efirə buraxılan elmi, dini və s. kimi proqramları əldə etmək üçün peyk antenalarından istifadə etməyin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu dəzgahlardan elmi, Qurani və s. kimi proqramları görmək və dinləmək üçün istifadə etməyin öz-özlüyündə maneəsiz olmasına baxmayaraq, Qərb dövlətləri və qonşu dövlətlərin əksəriyyətinin vasitəsilə efirə buraxılan peyk proqramlarının çoxu əksər hallarda azdırıcı fikirlərə malik olduğundan, həqiqətləri təhrif etdiyindən, həmçinin içərsində ləhv və fəsad proqramları olduğundan, hətta onların vasitəsilə elmi, yaxud Qurani proqramları müşahidə etmək belə insanın fəsada düşməsinə, harama mürtəkib olmasına səbəb olduğundan qeyd olunan antenalardan istifadə edərək o proqramları görmək şərən haramdır. Amma əgər sırf faydalı elmi, yaxud Qurani verilişlər olsa və onlara baxılması heç bir fəsada səbəb olmazsa, yaxud haram əmələ mürtəkib olmağa gətirib çıxarmazsa, bu hal istisna olunur. Amma əgər bu barədə qanun olmuş olsa, ona riayət edilməsi yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (193) : Əgər peyk antenaları İran İslam Respublikasının verilişlərini götürməkdən əlavə, Fars körfəzi ölkələrindən və Ərəb ölkələrindən bəzi faydalı proqramları və xəbərləri, eləcə də bütün Qərb ölkələrinin və fasid kanallarını götürsə hökmü nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu dəzgahdan televiziya kanallarının verilişlərini almaq üçün istifadə etməyin caizliyində meyar yuxarıda deyilənlərdən ibarətdir. Bunda Qərb ilə sair ölkələrin kanalları arasında heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (194) : İran İslam Respublikasından xaricdə yaşayan bir şəxs üçün İslam Respublikasının verilişlərini peyk kanallarından götürmək üçün bu dəzgahın alıb-satması caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan dəzgahın halal istifadələr üçün qabiliyyətli olan müştərək vəsaitlərdən olmasına baxmayaraq, əksər hallarda ondan haram yolda istifadə edilir, bundan əlavə ondan evdə istifadə edilməsi başqa fəsadlara da səbəb olur, buna görə də onun alınması və evdə istifadə edilməsi caiz deyil. Yalnız o kəs üçün caizdir ki, ondan haram istifadə etməyəcəyinə əmin olsun və onun evdə saxlanması da başqa bir harama, fəsada səbəb olmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (195) : Peyk vasitəsilə televiziya verilişlərini alan dəzgahları alıb saxlamaq və onlardan istifadə etmək caizdirmi? Əgər bu dəzgah insanın əlinə pulsuz çatsa hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Peyk antena sırf şəkildə həm halal, həm də haram verilişləri olan televiziya proqramlarını əldə etmək məqsədi ilə ixtira edildiyindən müştərək alətlər hökmündədir. Buna görə də onun alınıb-satılması və saxlanması haram işlərdə istifadə etmək üçün olarsa haram, halal istifadələr üçün olduqda isə halaldır. Amma bu vəsait, onu öz ixtiyarında saxlayan şəxsin haram verilişlərə düşməsinə tam şərait hazırladığından və bəzən də onun saxlanması digər fəsadlara səbəb olduğundan onun alınıb saxlanması caiz deyil. Yalnız o kəslər üçün caizdir ki, onlardan haram yolda istifadə etməyəcəyinə və onu evdə saxlamasının ardınca bir fəsad gəlməyəcəyinə xatircəm olsunlar. Əgər bu məsələ ilə əlaqədar müəyyən qanunlar olsa, ona riayət edilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (196) : Bəzi oyun vasitələri bir məntəqədə qumar alətlərindən sayılsa, başqa yerdə isə qumar alətlərindən sayılmasa, onlarla (həmin yerdə) oynamaq caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər iki yerdə camaatın nəzəri mülahizə edilməlidir: əgər o şey (hal-hazırda) iki yerdən birində qumar alətlərindən sayılırsa, keçmişdə də hər iki yerdə qumar alətlərindən sayılırmışsa, hal-hazırda da onunla oynamaq haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (197) : “Ənv” və “kirm” ilə oynamağın hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Camaat arasında qumar alətlərindən sayılsalar, şərtsiz olsa belə, onlarla oynamaq caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (198) : Kompüterdə, kart və sair kimi qumar alətləri ilə oynamağın hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qumar alətləri ilə oynamaq hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (199) : Qumar alətlərindən başqa şeylərlə olan oyunlarda pul və ya başqa şeyləri şərt etmək caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şərt etməklə oynamaq, qumar alətlərindən başqa alətlərlə olsa belə, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (200) : Qoz, yumurta və şəri cəhətdən mal sayılan bu kimi şeylərlə oynamağın hökmü nədir? Bu kimi oyunlar uşaqlar üçün caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər oyun, qumar və şərtli (udub-uduzmaq) olsa, şəri cəhətdən haramdır və udan şəxs uduzandan udaraq aldığı şeyə malik olmur. Amma, oynayanlar həddi-büluğa çatmayan şəxslər olsalar, udduqları şeylərə malik olmamalarına baxmayaraq, şərən mükəlləf deyillər və onlara heç bir təklif (şəriət hökmü) yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP