Sual (171) : Lotoreya biletlərini alıb-satmaq və mükəlləfin udduğu mükafatı götürməsinin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Lotoreya biletlərini alıb-satmaq düzgün deyil və mükafatı (uduşu) alan bir şəxs onun (şəri) maliki olmur və onu almağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (172) : Bəziləri müalicə məqsədi ilə deyil, insanın ruhi qüdrətini göstərmək məqsədi ilə hipnotizm edirlər. Bu iş caizdirmi? Bu barədə təcrübəyə malik olan, lakin mütəxəssis olmayan şəxslər üçün bu işi görmələri caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumi halda hipnotizmi öyrənmək və onun halal və nəzərə çarpacaq ağlabatan məqsədlər yolunda istifadə etməyin işkalı yoxdur, bu şərtlə ki, süni yuxuya getmək istəyən şəxsin razılığı ilə olsun və ona etina olunacaq bir zərər dəyməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (173) : Hipnotizm caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər əql sahiblərinin bəyəndiyi məqsədlə, eləcə də hipnotizm olunmaq istəyən şəxsin razılığı ilə baş versə və haram bir işlə yanaşı olmasa, işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (174) : Daş parçaları vasitəsilə fala baxmaq və bu yolla qazanc əldə etmək caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yalan xəbər vermək caiz deyil. Hər bir halda bu kimi işlərin şəri əsası yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (175) : Möminlərin, ruhları və cinləri ram etməklə xəstəliyi müalicə edən bəzi şəxslərə müraciət etməsinin hökmü nədir? Bunu da nəzərə alaq ki, onlar yalnız xeyir işlər görürlər.
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işin öz-özlüyündə eybi yoxdur, bu şərtlə ki, şərən halal olan yollarla görülmüş olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (176) : Sehri öyrənmək və ona əməl etmək caizdirmi? Ruhları, mələkləri və cinləri çağırmaq caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sehr elmi və onu öyrənmək haramdır. Amma əgər əql sahibləri yanında bəyənilən və qanuni bir məqsədlə olsa, bu istisna olunur. Ruhların, mələklərin və cinlərin çağırılmasına gəldikdə isə şəraitin, vəsait və məqsədlərin fərqləndiyinə görə hökmlər müxtəlif ola bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (177) : Cəfr, rəml, tilsim və bu kimi qəribə elmləri, eləcə də qeybdən xəbər verən sair elmləri öyrənmək caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hal-hazırda camaat arasında mövcud olan bu elmlər əksər hallarda qeybi işlərin kəşf olunmasına və onlardan xəbər verilməsinə yəqin və xatircəmliyə səbəb olacaq qədər etimad olunası deyil. Lakin cəfr və rəml kimi elmləri düzgün şəkildə öyrənməyin işkalı yoxdur, bu şərtlə ki, öz ardınca bir fəsad gətirməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (178) : Gözbağlayıcılığı öyrətmək, öyrənmək və ona baxmaq, sürətli əl hərəkətləri ilə yanaşı olan oyunları keçirməyin hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Gözbağlayıcılığı öyrətmək və öyrənmək haramdır, lakin sürətli əl hərəkətləri ilə yanaşı olan və gözbağlayıcılıq növündən hesab olunmayan bu oyunların işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (179) : Ərlə arvad məşhur rəssamdırlar. Onların işi incəsənət tablolarını yenidən təmir etməkdən ibarətdir. O tabloların çoxu məsihi cəmiyyətlərini göstərir. Onların bəzilərində xaç şəkli, Həzrət Məryəmin və İsa (ə)-ın şəkilləri vardır. Bu tabloların çox qədimdən qaldığından, yaxud başqa səbəblərdən müəyyən hissələrinin aradan getdiyindən müəssisələrin, şirkətlərin sahibləri və bəzi şəxslər kilsə tərəfindən onları təmir etmək və düzəltmək üçün həmin şəxslərə müraciət edirlər. Tabloların əksəriyyəti həmin surətdədir, tablonu təmir etmək də onların yeganə işidir və güzəranını onunla təmin edirlər, İslam dininə də vəfalıdırlar. Bunu nəzərə almaqla onların tabloları təmir etmələri və bu iş üçün əldə etdikləri əmək haqqından istifadə etmələri caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sadəcə olaraq incəsənət tablolarının təmir edilib yenidən düzəldilməsinin işkalı yoxdur, hətta əgər məsihi cəmiyyətini vəsf etmiş olsa da, yaxud onun üzərində Həzrət İsa və Həzrət Məryəmin şəkilləri olsa belə. Bu iş müqabilində əmək haqqı almağın, eləcə də bu işi bir peşə kimi seçməyin və onun gəliri ilə yaşamağın da işkalı yoxdur. Amma əgər batilin, azğınçılığın yayılmasına gətirib çıxarsa və ya başqa fəsadlara səbəb olarsa, bu hal istisna olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (180) : Camaatdan bəziləri öz adətlərinə görə bədənlərinə xal döyür və bədənin üzərində müəyyən şəkillər çəkirlər. O da həmişəlik qalır və aradan getmir, bunun hökmü nədir? Dəstəmaz və qüslün düzgünlüyünə mane olurmu?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xal qoymaq haram deyil, onun dərinin altında qalan izləri suyun dəriyə çatmasına mane olmur, dəstəmaz və qüsl də onunla düzgündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP