Sual (131) : Camaat arasında şəxsi sirlərdən, gizli və xüsusi şeylərdən danışmaq caizdirmi?
Ad: Hesen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Başqasına da müəyyən qədər aid olsa, yaxud fəsada səbəb olsa, özünə məxsus olan şəxsi şeyləri başqalarının yanında açıb demək caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (132) : Çox vaxt psixoloq xəstəliyin səbəblərini aydınlaşdırıb onun müalicəsi yolunu tapmaq üçün xəstənin şəxsi və ailəyə aid olan şeyləri barəsində soruşur. Buna cavab vermək xəstə üçün caizdirmi?
Ad: Hesen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Heç bir fəsada səbəb olmasa, digər bir şəxs üçün qeybət, yaxud təhqir sayılmasa, onun eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (133) : Küçələrdən birinin genişləndirilməsi işində plana düşüb sökülməli olan bir neçə məscid var ki, lahiyənin şamil olduğu sahədə yerləşirlər. Belə ki, nəqliyyat vasitələrini və s. hərəkətini asanlaşdırmaq üçün onların bəzilərini tamamilə sökmək, bəzilərinin isə bir qismini sökmək lazım gəlir. Bu barədə Sizin mübarək rəyiniz nədir?
Ad: Axan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Məscidi, yaxud onun bir hissəsini sökmək caiz deyil. Lakin nəzərdən qaçırılması, əhəmiyyət verilməməsi mümkün olmayan bir məsləhət qarşıya çıxdıqda, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (134) : Məscidlərdə camaatın dəstəmaz alması üçün məxsus olan sudan azacıq miqdarda şəxsi istifadə etmək mümkündürmü? Məsələn, mağaza sahibləri sərin su içmək, çay qoymaq, maşına tökmək məqsədi ilə o sudan götürə bilərmi, halbuki, məscidin bir vəqf edəni yoxdur ki, bu işə mane olsun?
Ad: faiq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər, vəqfiyyə suyun yalnız namaz qılanların dəstəmazı üçün olması məlum olmasa, camaat da o məhəllə məscidində alicənablıq edib, məscidin qonşularının və suyun yanından keçənlərin sudan istifadə etmələrinə icazə versələr, bu halda heç bir eybi yoxdur. Hərçənd bu barədə ehtiyat etmək daha yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (135) : Krosnu almaq və onlardan istifadə etmək olarmı?
Ad: Huseyn asiqi, Ölkə: azerb, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Onlardan faydalı və şəri istifadə etməyin iradı yoxdur. Amma əgər qeyri-şəri və əxlaqi fəsada görə, istifadə olunarsa, icazəli deyil. İndiki rabitə vasitələri, internet və televiziyanın xüsusi şəraiti zamanında, cəmiyyətin xüsusi ilə gənc nəslin İslam əxlaqının qorunmasını təhlükəyə salır, hamı xüsusi ilə ailənin böyükləri ehtiyatlı olmalıdırlar ki, onların yaxınları belə təhlükəli bir ziyana düçar olmasınlar və onların əxlaqi həyati qorunsun.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (136) : Bir şəxs, dövlət idarələrində işi başa çatdıqdan sonra onun işini yerinə yetirən işçiyə müəyyən məbləğdə pul verir. (əlbətdə bu əvvəlcədən nəzərdə tutulmayıb) verilən bu pul rüşvət sayılırmı? rüşvət və hədiyyə arasında nə fərq var?
Ad: Gulaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim

Bu pulu almaq İslam respublikasının qanunlarına zidd deyildirsə, Suala əsasən maneəsi yoxdur. rüşvət və hədiyyə arasında fərq budur ki, rüşvət diqqəti cəlb etmək, alanı onun xeyrinə hökm vermək ya zülm və günaha kömək etmək qəsdiylə verilir. amma hədiyyə isə qürbət niyyəti yaxud dostluq qəsdiylə verilir. zahirən, Sualda verilən məbləğ dostluq qəsdiylə olduğundan nöqsanı yoxdur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (137) : Əgər haqqı bərpa etmək təkcə rüşvət verməklə düzəlirsə, bu halda rüşvət vermək düzgündürmü?
Ad: Hafiz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim

Məhdudiyyət və məcburiyyət olan surətdə rüşvət verməyin maneəsi yoxdur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (138) : Birinin on bir yaş, digərinin isə on iki yaşı olan iki uşaq digər iki uşaqla bir-birlərinə daş atmışlar. Bu halda bir daş on iki yaşlı uşağın dişinə dəymişdir. onun diyəsi nə qədərdir və onu kim ödəməlidir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər diş yerindən qopmuş ola, diyəsi vardır. onun diyəsi uşağın sahiblərinin öhdəsindədir. qeyd olunan diş əgər qabaq on iki dişlərdən biri olsa, onun diyəsi 50 şəri misqal qızıl puldur. Əgər axırda olan 16 dişdən biri olsa, onun diyəsi 25 şəri misqal qızıldır. Əgər dişi sınmış olsa da həmin qopmuş dişin diyəsini versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (139) : İki uşaq arasında mübahisə zamanı biri digərini qovmuşdur. qaçan uşağın ayağı büdrəyib yerə dəymiş və ayağı sınmışdır. qovan uşağın vəlisi diyəyə zamindirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qovmağın yıxılmağa və ayağın sınmasına səbəb olduğu sabit olsa, diyəsi vardır. qovanın həddi-buluğ olmadığı surətdə diyə onun sahiblərinin öhdəsindədir. amma əgər qovmaq onun yıxılmasına səbəb olmayıbsa, bir şəxs zamin deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (140) : Bir uşaq oynadığı zaman meyvə bıçağını atmış və digər bir uşağın gözünə dəyib, onu kor etmişdir. uşağın valideynlərinin bu məsələdə təqsiri yoxdur. xahiş edirik, bunun hökmünü bəyan edin.
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən uşağın zərbəsinin təsirindən digər uşağın gözünün kor olması sabit olmuşdursa, onun diyəsi kamil diyənin yarısıdır. vuran uşağın sahibləri diyəni ödəsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP