Sual (121) : Həddi icra etmək üçün müctəhid və onun naibi olmayan yerlərdə ümumi camaatın vəzifəsi nədir?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Camiuş-şərait müctəhid tərəfindən işləri idarə etmək və həddləri icra etmək üçün təyin olunan alimlər, təyin olunmuş qanunlara tabedir. düzgün olan hər bir yola əməl edə bilərlər. Əgər təyin olunmayıblarsa, əmr be məruf və nəhy əz munkər babından camaatı nəsihət etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (122) : Camaat qarşısında şallaqlamaq, vurulanın heysiyyətinin hörmətsizliyinə səbəb olur. hər bir cəzalandırmağın şəri bir yoluvardırmı?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Camaat arasında həddləri icra etmək şəriət qanunudur. cinayətkarın əzabını görmək üçün bir qrup adamın yığışması əgər olmasa, şübhəsiz üstünlük və müstəhəbliyi vardır. bəziləri onu vacib bilirlər. xüsusi ilə cəza şallaqlarında hakimin nəzərinə tabedir ki, əgər məsləhət bilsə, ümumi camaatın qarşısında cəzalandıra bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (123) : Edama məhkum olan bir şəxs edam olunmamışdan əvvəl bihuş edici dərmanlar vasitəsi ilə onu bihuş etməyi xahiş edir, bihuş halında onu edam etsinlər?
Ad: Sefulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, edama məhkum olunan əzaba layiq görülmüşdür. gərək onun çətinlik və acılığını dadsın ki, öz əməl və zülmünün nəticəsi bilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (124) : Bir şəxs şikayət edib ki, filan şəxs məni kötəkləmişdir, lakin müttəhim bunu inkar edir. yoxlamadan sonra şikayət edən kifayət edici dəlil gətirmirsa, müttəhimi and içdirməlidirlər? and içmək lazım olan surətdə əgər andsız hökm bəraət qazansa, səhihdir yoxsaa hökm ləğv oluna bilər?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
And içmə haqqı mövcuddur. Verilən suala əsasən əgər şikayət edən müttəhimim and içmək haqqı olduğunu bilməyibsə və qazi onu agah etməyib hökmü bağlamışdırsa, hökm səhih deyil və pozulur. Əgər şikayətçi haqqı olduğunu bilib, amma fikrindən dönüb və qazi hökm etmişdirsə, səhih və pozulmazdır. məgər ki, hökm sadir olandan sonra qazi üçün xilaf aydınlaşsın. Şikayətçinin hakk olduğu məlum olsa ki, bu surətdə hökmü pozmaq vacibdir. hətta müttəhimi and içdirmiş olsalarda.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (125) : Bir dövlət məmurunun dövlət əmlakını mənimsəməsi barədə bir neçə yazılı xəbər (məlumat) verilib. Onun ittihamı barəsində təhqiqat işləri apardıqdan sonra haqqında deyilmiş bəzi ittihamların düzgünlüyü məlum oldu. Lakin o, bu məsələ barədə təhqiq aparanda, ona aid edilən bütün ittihamları inkar edirdi. Bu məlumatları məhkəməyə göndərmək caizdirmi, halbuki bu iş onun abır-heysiyyətinin aradan getməsinə səbəb olacaq? Caiz olmadığı təqdirdə, bu məsələdən xəbəri olan şəxslərin vəzifəsi nədir?
Ad: Elmar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Beytül-malın (ümumxalq əmlakının), dövlət mallarının qorunmasına məsul olan şəxs dövlət işçisi, yaxud başqa şəxs tərəfindən o malların mənimsənilməsindən xəbərdar olsa, bu halda haqqın dirçəldilməsi məqsədi ilə dövlət malını mənimsəmiş adamın bu barədə işini əlaqədar orqanlara xəbər vermək onun şəri və qanuni vəzifəsidir. Müttəhimin abır-həyasının getməsi qorxusu, beytül-malın qorunmasında haqqı almaqdan çəkinmək üçün şəri dəlil ola bilməz. Başqa şəxslər də öz məlumatlarını sənədli şəkildə əlaqədar məsullara verməlidirlər ki, onlar bu məsələ barəsində axtarış və təhqiqat aparıb müddəanı sübut etdikdən sonra tədbir görsünlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (126) : Qəzetlərdə müşahidə edirik ki, oğruların, fırıldaqçı adamların, idarələrdə rüşvətxor bandaların, iffətlə zidd olan işlər görənlərin, həmçinin fəsad, əxlaqsız, gecə barlarında yığışan bandaların tutulması barədə xəbərlər çap edirlər. Belə xəbərləri çap, nəşr etmək fəhşanı (pis şeyləri) yaymağın bir növü deyilmi?
Ad: Vuqar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sadəcə olaraq baş vermiş hadisələri qəzetlərdə çap etmək fəhşanı yaymaq sayılmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (127) : Təlim mərkəzlərinin birinin tələbələrinə, qarşısının alınması üçün müşahidə etdikləri yaramaz işlər haqqında xəbərləri əlaqədar təşkilatın məsullarına göndərməsi caizdirmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O xəbərlər açıq-aşkar şəkildə görülən işlər haqqında olsa və ona başqasının eybini axtarmaq, yaxud qeybət məfhumu aid edilməzsə, onun eybi yoxdur. Hətta əgər nəhy əz münkərin müqəddimələrindən olarsa, o iş vacib olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (128) : Bəzi idarə məsullarının etdiyi zülm, yaxud xəyanətini camaat arasında demək caizdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təhqiqat aparıb xatircəm olandan sonra o məsələni yoxlanmaq üçün məsul orqanların, mərkəzlərin yanında deməyin eybi yoxdur. Hətta əgər nəhy əz münkərin müqəddimələrindən sayılsa, onu demək vacibdir. Lakin onu camaatın arasında deməyə bir əsas yoxdur. Üstəlik fitnə-fəsada, İslam dövlətini zəiflətməyə səbəb olan halda, onu camaat arasında demək haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (129) : Möminlərin mal-dövləti barəsində təcəssüs (eyblərini axtarmaq) edib onların xəbərlərini məxsusən onların əziyyətə, zərərə düşmələrinə səbəb olacağı halda zülmkar hakimin hökumətinə çatdırmağın hökmü nədir?
Ad: Calal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu kimi işlər şəri cəhətdən haramdır və əgər zülmkar hakimin yanında möminlərdən xəbərçilik etmək səbəbi ilə, möminlərə ziyan dəysə zəmanətə səbəb olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (130) : Möminlərdən münkərin (pis işin) görüldüyü, yaxud mərufun (yaxşı işin) tərk olunduğu müşahidə olunan halda “əmr be məruf və nəhy əz münkər”i əsas tutaraq onların öz şəxsi və qeyri-şəxsi işlərində təcəssüs etmək (eyblərini axtarmaq) caizdirmi? Vəzifəsi təcəssüs etmək olmayan, amma camaatın pis işlərini və qanun pozuntularını tapmaq üçün təcəssüs edən adamların hökmü nədir?
Ad: ramal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəzifəsi yoxlamaq və təftiş aparmaq olan rəsmi şəxslərin idarə işçilərinin əməllərindən idarə işi, yaxud başqa iş barəsində qanun çərçivəsində təhqiq, axtarış aparmalarının eybi yoxdur. Lakin sirlərini bilmək üçün başqalarının işlərini qanun çərçivəsindən kənarda araşdırmaq, yaxud idarə işçilərinin əməllərini, rəftarlarını təftiş etmək hətta vəzifəsi bu iş olanlara belə caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP