Sual (101) : Şəhərlərin birində mürtədd və onun hökmləri mənasında şiddətli ixtilaf mövcuddur. xahiş edirik, Bu barədə ixtilafın aradan qalxması, müttəhim şəxsin yaxınları vəzifələrini bilmək və əməl etmək üçün bir az izah verəsiniz.
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mürtədd, yəni bir müsəlmanın həddi-buluğ və ağıllı olan halda öz ixtiyarı ilə islamdan xaric olub küfrü seçməsidir.
M ürtədd iki qismdir:
M ürtədde-fitri: yəni bir müsəlman uşağı islamdan çıxıb kafir olsa.
Mürtədde-milli: yəni islamı qəbul edən kafir uşağı yenidən kafir olsun. təkcə şəxsin ata-anası ya babasının müsəlman olması müsəlmançılığa kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (102) : Lütfən mürtədde-fitrinin hökmlərini bəyan edin.
Ad: Xaleddin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Fitri mürtədd əgər kişidirsə, kafir və mürtədd olan kimi arvadı ondan ayrılır. təlaqa ehtiyac yoxdur. gərək vəfat iddəsi saxlasın. ondan sonra əgər istəsə ərə gedə bilər. malı da kafir olan kimi borcları ödəyəndən sonra onun müsəlman vərəsələri arasında bölünür. Şəriət-hakimi tərəfindən edama məhkum olunur. onun tövbə və islama qayıdışı zahirə əsasən qəbul olunan deyil. yəni onun canının hifzi, arvadının və malının qayıdışında bir rolu yoxdur. amma özü və allah arasında əgər tövbə etsə, allah onun tövbəsini qəbul edər.
Əgər edam olunmasa ən güclü rəyə əsasən tövbədən sonra ələ gətirdiyi mallar onun öz malıdır və ikinci dəfə evlənmək hətta əvvəlki, arvadı ilə olsa da haqqı vardır. fitri mürtədd əgər qadın olsa, onun malları öz mülkündə qalır. Əgər əri onunla yaxınlıq etməyibsə, yaxud yaisə olsa kafir olan kimi ərindən ayrılır və iddəsi yoxdur. Əgər əri onunla yaxınlıq edibsə və yaisə deyilsə mürtədd olan zamandan iddəsi tamam olana qədər səbr edirlər. Əgər bu müddətdə tövbə etsə onların izdivacı öz qüvvəsində qalır. Əgər tövbə etməsə kafir olan zamandan onların ayrılığına hökm verilir. fitri mürtədd olan qadını edam etmirlər, bəlkə həbs olunur, zindanda onu çətinlikdə saxlayırlar və namaz vaxtında onu döyürlər ki, tövbə etsin. Əgər tövbə etsə azad olunur. Əgər tövbə etməsə ömürlük zindanda qalır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (103) : Nəzərə çatdırırıq ki; mərhum mirzaye qumi rəhmətullah əl-hudud kitabında buyurmuşdur:–mürtədd islamdan sonra kafir olmaqdan ibarətdir. o da bu yolla hasil olur ki, mən islam dinindən çıxdım deyib, iqrar etsin. zahir budur ki, allahın allahlığında və peyğəmbər (s)-ın peyğəm- bərliyində şəkk zahir etmək də mürtəddlikdir. yaxud yəhudi, nəsrani və məcusi kimi batil dinlərdən birini ixtiyari surətdə izhar etsə, yaxud büt, günəş, ulduz və ya bir məxluq üçün allah qəsdi ilə səcdə etsə və ya peyğəmbər salavatullah dinindən sabit bir aydın şeyi inkar etsə, mürtəddir. beş namazı, ramazan orucunu və sairlərin vacibliyini inkar etsə, Quranı nəcasətə atsa və həmçinin ayaqla vursa, yaxud məsum imamların zərihlərinə bu işlərdən görsə və yaxud allahın peyğəmbərinə, imamlara və həzrəti fatimeyi zəhra əleyhissalama söyüş söysə, bəlkə sair peyğəmbərlər, onların vəsiləri və məlaikə də belədir... Sualımız budur ki, qeyd olunan işlər və onun kimilər mütləq şəkildə mürtəddliyə səbəb olurmu? Ya əgər bu işlərə mürtəkib olmaq şəkk və şübhə ilə olsa, mürtəddliyə səbəb olur? Əslən mürtədd, yəni nə? və kimə şamil olur?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mürtədd yəni bir müsəlmanın baliğ, ağıllı və ixtiyar halında islamdan xaric olub küfrü ixtiyar etsin. Ümumiyyətlə qeyd olunan işlərə mürtəkib olmaq həmçinin tovhid və nübuvvəti etiraf etməmək mürtədd, küfr və nəcis olmağa səbəbdir. bu o surətdədir ki, şəxs baliğ, aqil və azad olsun.
Bu qəbildən olan işlər ya bəzi deyilənlər şəkk və şübhə gətirsə məsələ müşkül, ixtilaflı yerlər, qasir və müqəssir arasında fərq vardır. hər bir surətdə şəkk və şübhə tohvidin və nübuvvətin inkarına qayıtsa və həzrəti peyğəmbər salavatullahı təhqir etsə, şəkk edən mürtəddir. mürtədd hökmləri ona aiddir. amma şəkk və şübhə bir başa onun dindar olmamasına qayıdır. təkcə müsəlman hökmləri ona aid deyil. (məsələn, nəcisdir və müsəlman qəbirstanlığında dəfn oluna bilməz) hər halda belə məqamlarda vacibdir ki, etiqadı məsələlərdə mütəxəssis və etimad olunan alimə müraciət edib öz şəkk və şübhələrini aradan qaldırsın. hər zaman bir şəxs həzrəti peyğəmbər salavatullah, məsum imamlar, fatimeyi-zəhra əleyhissalam, yaxud allahın peyğəmbərlərindən birinə söyüş ya nasaza desə, nəcis və qətli vacibdir. hərçənd nübuvvətin inkarına qayıtmasa, yaxud onun küfr və mürtədd olmasına hökm olunmasa da.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (104) : Bir şəxs ağ spirti şəkər və su ilə qarışdırıb içmişdir. Şərab içən hökmdədirmi?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan qarışıq kefləndirici olsa və kefləndirici olduğunu bilən şəxs onu içibsə, şərab içmə həddi onun haqqında həqiqiləşir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (105) : Lütfən şərab içənin həddi, şərab içməyin sübut yolu və onun şəraitini bəyan edin.
Ad: Huseynaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər baliğ, aqil, öz ixtiyarı və diqqəti olan müsəlman şərab yaxud sair məstedici içkilər içsə, hərçənd az olsa və məstlik həddinə çatmasa da şəriət hakimi tərəfindən səksən şallaq zərbəsi vurulur. Əgər iki dəfə şərab içsə, hər dəfə onu şallaq zərbəsi ilə vursunlar. Üçüncü dəfə onun həddi öldürməkdir. Əhli-zimmə kafir də əgər aşkarda şərab içsə, həmin hökmdədir. Bu məsələdə hədd miqdarında kişi və qadın arasında bir fərq yoxdur. Şərab içən əgər kişi olsa, bədəninin övrətindən başqa . yundururlar. Çılpaq halda ona taziyanə vurulur. gərək üzünə və övrətinə taziyanə vurulmasın. Əgər qadın olsa, onun paltarının üstünə ona taziyanə vururlar.
Şərab içmək iki yolla sabit olur:
1) İki adil kişinin şəhadəti;
2) İki dəfə iqrar etmək, bir dəfənin kifayəti məhəlle-işkaldır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (106) : Bir şəxs şərab içmişdir və şərab içməyin hədd məsələni bilmədiyini deyir. həddi bilməmək və cahil olmaq həddi götürürmü?
Ad: yusif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, həddi bilməmək həddi götürməyə səbəb olmur. Şərab içməyin haramlığını bilən şəxsə hədd icra olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (107) : Əgər şərab içənə hədd vurulan zaman huşsuz olsa, vəzifə necədir?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək huşa gələnə qədər səbr etsinlər. Özündən getmə və bihuş halında hədd icra olunmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (108) : Bəzi şəhərlərdə bir mənzili hazırlayan qadınlar var ki, bir qrup qadınları orada yerləşdirib, onlar üçün müştərilər təşkil edirlər. Bu yolla pul qazanırlar. istilahi mənada onlara xanım rəis deyilən bu şəxslər vasitəçi, ya yerdə fəsad törədən hökmdədirlər və gərək edam olunsunlar?
Ad: Nadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vasitəçi hökmü belə qadınlara icra edilir. Əgər üç dəfə hədd vurulandan sonra dördüncü dəfə bu günaha mürtəkib olsa, onun hökmü qətldir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (109) : Bir qızı aldadıb kişilərin ixtiyarında onunla kobud və məcburi zina etdirən qadının hökmü necədir?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan qadına vasitəçilik hökmü icra edilir. amma o qızla ikrahla zina edən kişilərin hökmü qətldir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (110) : Bir qadın qadınları aldadaraq yalan vədlər verməklə kişilərin ixtiyarında qoyursa, hökmü necədir?
Ad: Mirsahil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə əgər bir şəxs kişi, qadın və ya bir qızı zinaya yaxud kişi kişini və ya kişi bir oğlanı ləvata sövq etsə, əgər o şəxs qadındırsa yetmiş beş taziyanə ona vursunlar, əgər kişidirsə, yetmiş beş taziyanədən sonra gərək onun başı qırxılsın. küçə, məhəllə və bazarda dolandırsınlar və bu işləri gördüyü şəhərdən onu çıxartsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP