Sual (41) :
Bəzən əxlaqsız şəkilləri olan video filmlərinə başqalarına göstərmək üçün baxmaq, onlara nəzarət edib əxlaqsız yerlərini ixtisara salmağın hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu filmlərə, onları islah etmək və fəsada səbəb olan yerlərini ixtisara salmaq məqsədi ilə baxmağın eybi yoxdur, bu şərtlə ki, bu işləri görən şəxs harama düşməyəcindən əmin olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) :
İslam orientasiyası nazirliyinin işçilərinin müxtəlif filmlərə, jurnallara, bülletenlərə və lent yazılarına, onların icazə verilən hallarını ayırd etmək məqsədi ilə baxmasının hökmü nədir? Bunu da nəzərə alaq ki, bu kimi nəzarət onların əyani olaraq müşahidə edib qulaq asılmalarını tələb edir.
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəzarət məmurlarının qanuni vəzifəni yerinə yetirmək məqamında onlara zərurət miqdarında qulaq asmağının və görməyinin işkalı yoxdur. Lakin ləzzət və reybə qəsdindən uzaq olmalıdırlar, nəzarət və təhqiqat üçün təyin olunan şəxslərin də fikri və ruhi cəhətdən məsul şəxslərin nəzarəti altında və onların yol göstərmələri əsasında olmaları vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) :
Evli kişilər üçün hamilə qadınlarla düzgün yaxınlıq yolunu göstərən filmlərə baxmaq onların harama düşmələrinə səbəb olmadığını nəzərə almaqla caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həmişə şəhvətli baxışlarla yanaşı olan bu kimi filmlərə baxmaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) :
Ailə qurmuş şəxslər üçün şəhvət yaradan kinolara baxmaq caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onlara baxmaq şəhvəti təhrik etmək məqsədilə olarsa, yaxud onun təhrik olunmasına səbəb olarsa, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) :
Televizorda diktorun bəzənmiş və başı-sinəsi açıq olan halda tüklərinə baxmaq caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ona sadəcə baxmaq əgər ləzzət üzündən olmazsa və harama, fəsada düşmək qorxusu olmazsa, eləcə də birbaşa (canlı) şəkildə efirə buraxılmazsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) :
Televiziyalar, yaxud peyk antenalardan birbaşa yayınlanan kanallar qərb cəmiyyətinin ictimai məsələlərini bəyan edən və azğın fikirlərin yayılmasına səbəb olan bir sıra ictimai proqramları və verilişləri efirə buraxır, o cümlədən qadınla kişinin açıq-saçıq bir-birinə qarışması, qanunsuz əlaqələrin yayılması da bu qəbildəndir. Belə ki, bu verilişlər möminlərin bəzilərinə təsir qoyur. Onlardan təsirlənəcəyi ehtimal verilən bir şəxs üçün onlara baxmağın hökmü nədir? Bu hökmdə həmin verilişləri araşdırıb tənqid etmək, mənfi və nöqsanlı cəhətlərini bəyan etmək və camaata, onlara baxmasınlar deyə, nəsihət etmək məqsədilə baxanlar arasında fərq vardırmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu kimi verilişlərə baxmaq əgər ləzzət üzündən olarsa, yaxud ondan təsirlənib fəsada düşmək qorxusu olarsa, caiz deyil. Lakin onları tənqid etmək, onun törədəcəyi təhlükə və mənfi cəhətlərini camaata çatdırmaq üçün səlahiyyəti olan, o proqramlardan təsirlənməyəcəyinə və fəsada düşməyəcəyinə xatircəm olan şəxslər üçün bu işin işkalı yoxdur. Əlbəttə əgər bu barədə müəyyən qayda-qanunlar olarsa, riayət edilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) :
Şəhvətin təhrik olunmasına səbəb olan qeyri-əxlaqi şer və kitabları oxumağın hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onlardan çəkinmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) :
Filmlərin (xarici və ya daxili), eləcə də İran İslam Respublikasının televiziyasından verilən musiqilərin keyfiyyətinə diqqət yetirməklə onları görməyin və onlara qulaq asmağın hökmü nədir?
Ad: Mahammad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahammad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər görən və baxan şəxs radio-televiziyadan efirə buraxılan musiqinin mütrib, ləhv və günah məclislərinə münasib olan bir musiqi olmasını ayırd etsə, yaxud televiziyadan efirə buraxılan filmi görmək fəsada səbəb olsa, onları eşidib qulaq asmaq onlar üçün caiz deyil. Sadəcə olaraq radio-televiziyadan efirə verilməsi onun caiz olmasına şəri əsas hesab olunmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) :
Videoya çəkmək məqsədilə musiqi çalınan və bəzilərinin oynadığı şadlıq mərasimlərində iştirak etməyin hökmü nədir? Kişinin kişi məclislərində, qadının qadın məclislərində video çəkməsinin hökmü nədir? Toy mərasimlərində çəkilən şəkillərin kişi vasitəsilə çıxarılması, göstərilməsinin hökmü nədir, istər o ailəni tanısın, istərsə də tanımasın? Həmçinin onun qadın vasitəsilə zahir edilməsinin hökmü nədir? O filmlərdə musiqidən istifadə edilməsi caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şadlıq mərasimlərində iştirak etmək, kişilərin kişi məclislərində, qadınların qadın məclislərində video çəkməsi ğinaya, yaxud haram musiqiyə qulaq asmağa səbəb olmasa, yaxud hər hansı bir başqa haram əmələ mürtəkib olmaqla nəticələnməzsə, eybi yoxdur. Lakin kişinin qadın məclisində, qadının da kişi məclisində video çəkməsi fəsad və reybəyə səbəb olarsa, caiz deyil. Həmçinin, günah və ləhv məclisləri ilə münasib olan ləhv mütrib musiqilərdən filmlərdə də istifadə etmək haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) :
Hicabsız qadının öz məhrəmləri arasında şəklini çəkməyin hökmü nədir? Əgər o şəkilləri çıxaran zaman naməhrəm kişinin onları görməsi ehtimalı verilsə, hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ona baxıb şəkil çəkən şəxs onun məhrəmlərindən olsa, onun şəklini çəkməyin eybi yoxdur və onun şəklini də onu tanımayan bir şəkil çəkənin yanında çıxartdırmağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.