Sual (31) :
Bəzən övladı olmayan şəxslər, uşaq evindən bir qız götürürlər. Onun öz atalığı ilə məhrəm olması üçün bir yol varmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
O kişinin atası varsa, bu qız onun (atasının) müvəqqəti nikahına girsə bu kişiyə və onun övladlarına məhrəm olacaqdır. Əgər başqa qadından oğlanları varsa, qızın müvəqqəti nikahını özü üçün oxusun ki, oğlanlarına məhrəm olsun. Amma bu şəkildə müvəqqəti əqdin müddəti sona çatandan sonra özünə məhrəm olmayacaqdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) :
Xarici radioların xəbərlərinə, elmi və incəsənət verilişlərinə qulaq asmaq caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İnsanın azğınlığa və fəsada düşməsinə səbəb olmazsa, caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) :
Əxlaqsız video kasetlərin və kinoların, eləcə də videokameraların alınıb-satılmasının və icarəyə verilməsinin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər filmlərdə şəhvəti təhrik edən, insanın yolunu azmasına səbəb olan və fəsada salan biabırçı şəkillər olsa, yaxud onda ğina, mütrib, ləhv və günah məclislərilə uyğun olan musiqilər olsa, belə filmlərin hazırlanması, alınıb-satılması, icarəyə verilməsi, eləcə də videoların bu işlərdə istifadə olunması üçün icarəyə verilməsi caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) :
Video kameraların alınıb-satılması caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Haram işlərdə istifadə etmək məqsədi olmayınca video kameraların alınıb-satılmasının işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) :
Üzərində yad qadınların şəkli olan və paltar seçməsi üçün işlədilən qadın paltarlarını göstərən jurnalları alıb-satmaq və saxlamağın hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu jurnallarda sadəcə olaraq yad qadın şəklinin varlığı onun al-verinin və paltar seçmək üçün bəhrələnməsinə mane deyil. Amma əgər şəkillər insanın fəsada düşməsinə səbəb olarsa, bu hal istisnadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) :
İslam Orientasiyası Nazirliyi tərəfindən təsdiqlənən filmlərin göstərilməsinin və yayılmasının hökmü nədir? Həmçinin bu nazirlik tərəfindən təsdiq olunan musiqi lentlərini institutlarda yayılmasının hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər filmlər, yaxud lent yazıları mükəlləfin nəzərində ürfən ğinaya, yaxud mütrib musiqiyə, günah və ləhv məclislərinə münasib olan ləhv musiqiyə şamil olarsa, onları yaymaq, həmçinin onlara baxıb və qulaq asmaq həmin (mükəlləf) şəxs üçün caiz deyil. Sadəcə olaraq əlaqədar təşkilatlardan bəzilərinin təsdiqləməsi mükəlləfin mövzunu ayırd etməkdəki nəzərinin onu təsdiqləyənlərin nəzəri ilə müxalif olan vaxta qədər onun caiz olmasına şəri bir dəlil hesab olunmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) :
İslam inqilabından sonra çəkilən və yarı hicablı qadınların iştirak etdiyi İran filmlərinə baxmağın hökmü nədir? Halbuki, bu filmlər bəzən qadınların təlim-tərbiyəsinə mənfi təsir qoyur.
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu filmlərin özünə baxmaq əgər ləzzət və reybə məqsədi ilə olmazsa, insanın fəsada düşməsinə səbəb olmazsa, öz-özlüyündə işkalı yoxdur, lakin kino çəkənlər islamın dəyərli təlimləri ilə zidd olan kinoların hazırlanmasından çəkinməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) :
Bəzi hallarda İslam respublikasının müqəddəslərinə və rəhbərlik məqamına təhqir və hörmətsizlik sayılan filmlərə baxmağın hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onlardan çəkinmk vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) :
İslam dövlət qanunları əsasında qadağan olunan film və şəkillər heç bir fəsada səbəb olmazsa, onlara gizli şəkildə baxmağın hökmü nədir? Onun cavan ər-arvadla əlaqədar hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qadağan olunması fərz olunduqda işkallıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) :
Ər və arvadın evdə cinsi məsələlərlə əlaqədar video filmlərə baxması caizdirmi? Onurğa beyni zədələnmiş şəxslərin, şəhvətin təhrik olunması və həyat yoldaşı ilə yaxınlıq etməyə qüdrət tapmaq məqsədi ilə bu kimi filmlərə baxması caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Cinsi məsələlərlə əlaqədar video filmlər vasitəsilə şəhvətin təhrik edilməsi caiz deyil.