Sual (11) : salam bilmek isdeyirem qadin emisinin ve dayisinin yaninda hicabini aça bilermi dinimiz buna icaze verirmi?
Ad: Tofiq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadının öz əmi, dayı, qardaş, bacı oğlu, qardaş oğlu, qayınata kimi məhrəmlərinin yanında hicaba riayət etməsi vacib deyildir. 
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Bismillah. Salam Əleykum. 1.Həddi Büluğ yaşına çatmamış naməhrəmlə zarafat edib gülmək olar? 2. Qadının Naməhrəm tələbəsi ilə rəftarı necə olmalıdır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Xırda uşaqları istisna etməklə bu işi tərk edin. 
2. Rəsmi davranış. 
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : Salam. Meshed,Kerbela ziyaretine gedende,azerbaycan qadinlari hicabsiz wekil cektirib ve serhedden kecerken,namehrem görur hicabsiz wekilini. Bu mustehe gore vacibi terk etmek deyilmi?
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər şəkili qadın, yaxud məhrəm şəxs çəksə və çıxartsa, onu pasporta yapışdırmağın işkalı yoxdur və bu pasportla Həcc və ziyarətlərə getməyin heç bir maneəsi yoxdur.
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (14) : Salam. Işdən deyirlər üzünü qırx və qalstuk tax. Bunları etməsəm işdən çıxaracaqlar. Başqa işdə tapa bilmirəm. Üzümü qırxıb və qalstuk taxa bilərəmmi. Azərbaycanda çox işlərdə üz qırxmaq tələb edirlər. Bunların hökmü nədir.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Ümumiyyətlə, vacib ehtiyata əsasən, saqqalı qırxmaq və üzqırxan maşınla qırxmaq kimi götürmək,icazəli deyildir. Qalstuk taxmaq və qeyri-müsəlmanların geyimi hesab olunan geyimləri geyinmək, qərbin bədxah və bayağı mədəniyyətinin yayılması ilə nəticələnərsə, icazəli deyildir. Hər bir surətdə, Allahın hökmünü yerinə yetirmək hər bir mükəlləfə vacibdir. Əlbəttə, əhəmiyyətli dərəcədə əzab-əziyyəti və ziyanı olan hallar istisnadır.
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (15) : salam aleykum aga. Bir dindar var bezi hicablilara riwgen edir deyirki Cadra geymeyen hicablilar o hicabi geymeseler ondan yaxsidi Halbuki xanimlar normal hicabdadirlar amma cadrada deyiller Bu duzgundurmur? Yani aga mominlerin yoldaslari hicabdadirlar amma tam cadrada deyiller.bu dindar ise mescidde qayidib onlara deyibki men bucur hicablari tanimiram naqis hicabdilar dinden kenardilar.
Ad: Allahin qulu, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Geyinilməsi vacib olan hicab və geyimdə müəyyən bir geyim şərt olunmayıb. Qadının bütün bədənini (üz və biləklərə qədər əllər istisnadır) örtən hər bir paltar, əgər naməhrəmin nəzərini cəlb etməsə, kifayətdir. Əlbəttə, İslamın ən üstün hicabı ünvanında çadranı geyinmək daha yaxşıdır.
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : 60 yasindan buyuk bir kadinin sacinin on taraflarinin,boynunu,el bileklerinin namahrem tarafindan gorulmesi haram midir?
Ad: aysu, Ölkə: hollanda, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Artık evlenme ümidi olamayan yaşlı kadınların normalde açık olan yerlerine (biraz saçı ve kolu gibi ama göğüs ve karın bölgesi gibi kısımlar buna dahil değildir) bakmak caizdir. Ama onların dışında ki kısımlara bakmak caiz değildir.
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Salam~~~deyirler ki 60yasi kecmis qadinlarla әl gorusmey gunah deyil bu dogrudUr?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Naməhrəmlə əl görüşmək icazəli deyil və bu məsələdə yaş həddinin bir fərqi yoxdur.
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Allahın salamı olsun üzərinizə , mənim sualım naməhrəmlə zarafat haqqındadır , belə ki iki hədis var ki naməhrəmlə zarafat haramdır --hədis budur "" Naməhrəmlə zarafat etməmək. Naməhrəmlə zarafat etmək - arada olan sərhədi zəiflədər. Günaha batmaq ehtimalını gücləndirər. Ona görə də İlahi övliyalar həmişə insanları naməhrəmlə zarafat etməkdən çəkinməyi tövsiyə edərdilər. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, naməhrəm qadınla zarafat edər, onunla danışdığı hər kəlməyə görə cəhənnəmdə min il həbs olunacaqdır” . İmam Sadiqin (ə) şagirdlərindən olan Əba Bəsir nəql edir ki, Kufədə bir qadına Quran öyrədirdim, bir gün onunla zarafat etdim və Mədinədə İmam Baqirin (ə) xidmətinə gələndə məni danladı və buyurdu: "O kəs ki, xəlvətdə günaha batar, Allah ona etina etməz. O qadına nə dedin?” . Xəcalətdən üzümü bağladım və tövbə etdim. Həzrət (ə) buyurdu: "Bir daha təkrar etmə””. bunun haqqında bir şey deyərdiz İnşəallah , əsasən sosiyal şəbəkələrdə tanımadığı naməhrəmlə zarafatlar çoxdur , bir nəzər deyin İnşəallah
Ad: Bakı Saatlı , Ölkə: Amid , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Günaha düşmə qorxusunu və ardınca fəsad gətirəcəyini nəzərə alsaq, icazəli deyildir.
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : Allahın salamı olsun üzərinizə , mənim sualım naməhrəmlə zarafat haqqındadır , belə ki iki hədis var ki naməhrəmlə zarafat haramdır --hədis budur "" Naməhrəmlə zarafat etməmək. Naməhrəmlə zarafat etmək - arada olan sərhədi zəiflədər. Günaha batmaq ehtimalını gücləndirər. Ona görə də İlahi övliyalar həmişə insanları naməhrəmlə zarafat etməkdən çəkinməyi tövsiyə edərdilər. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, naməhrəm qadınla zarafat edər, onunla danışdığı hər kəlməyə görə cəhənnəmdə min il həbs olunacaqdır” . İmam Sadiqin (ə) şagirdlərindən olan Əba Bəsir nəql edir ki, Kufədə bir qadına Quran öyrədirdim, bir gün onunla zarafat etdim və Mədinədə İmam Baqirin (ə) xidmətinə gələndə məni danladı və buyurdu: "O kəs ki, xəlvətdə günaha batar, Allah ona etina etməz. O qadına nə dedin?” . Xəcalətdən üzümü bağladım və tövbə etdim. Həzrət (ə) buyurdu: "Bir daha təkrar etmə””. bunun haqqında bir şey deyərdiz İnşəallah , əsasən sosiyal şəbəkələrdə tanımadığı naməhrəmlə zarafatlar çoxdur , bir nəzər deyin İnşəallah
Ad: amidsadıqov012@gmail.com, Ölkə: Amid sadıqov, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Adətən günaha– tədrici şəkildə olsa da - düşmək təhlükəsi ilə müşayiət olunan belə münasibətlər icazəli deyil. Eləcə də zarafat etmək, qeyri-əxlaqi və sevgi-məhəbbət söhbətlərinə daxil olmaq haramdır.
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Salam aleykum.Kisi muellim namehrem telebelerle zarafat ede,daniwib gule biler? sag olun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu qəbil işlərdən çəkinmək lazımdır.

Go to TOP