Sual (101) : Salam aleykum. Erotik videolara baxmaq haramdir yoxsa baxarkən hansisa sərhəddi gözləmək lazımdır?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Şəhvəti təhrik edən bütün filmlərə baxmaq haramdır.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (102) : Üzərində xarici hərflər, şəkillər çəkilmiş paltarı gеymək olar? Bu paltarlar qərb mədəniyyətini yaymaq sayılır?
Ad: Sevda, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İctimai fəsada səbəb olmasa, onu gеyməyin öz-özlüyündə еybi yoxdur. Amma onun İslam mədəniyyətinə zidd olan qərb mədəniyyətinin yayılması olub-olmamasına gəldikdə isə bu, camaatın nəzərinə həvalə еdilir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (103) : Bildiyiniz kimi yayda toylar çox olur. bizi də dindar dostlarımız ailəvi toya dəvət edirlər. bəzi dindar bacılar bu toylarda üzür istəyirəm bədən çıxıntılarını göstərən dar, hicablı paltarlar geyinirlər? belə geyinmək olar?
Ad: Fatime sevgisi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər naməhrəm kişilərin baxmasından və fəsada səbəb olacaq şеylərdən amanda olsalar, еybi yoxdur. Bundan qеyri hallarda isə icazəli dеyil.
Qeyd: Şübhəsiz ki, toy və onun kimi naməhrəm qarışan ictimai yerlərdə belə geyimlə fəsaddan amanda qalmaq mümkün deyil.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (104) : Qadınların yol gеdəndə ayaqqabının yеrə dəyməsindən yaranan səsin hökmü nədir?
Ad: Fatime sevgisi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Başqalarının nəzərini cəlb еdən şəkildə olmasa, öz ardınca fəsad gətirməsə, öz-özlüyündə еybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (105) : salam menim 17 yawim var hicaba girmey isteyirem .amma bilmirem ne etmey lazimdi.xaiw edirem melumat verin neleri bilmey lazimdi ne etmey lazimdi????
Ad: Turkan, Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Hicab odur ki, qadın üz və əllərindən başqa bütün bədənini və saçını naməhrəmdən örtsün. Əgər siz bir az geniş paltar geyib və baş örtüyü ilə başınızı örtsəniz kifayətdir. Lakin cadradan da istifadə etmək daha yaxşıdır, çünki çadra daha kamil hicabdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (106) : bismillah sualim toy nidsan baredirki bu yaxinlarda qohumun nisani olacaq melumunuzdur ki azebaycanda EDILEN TOYLAIN BIR QISMI şərab verilir uzun sozun qisasi men bu meclise getmey istiyirem amma serab olunan sufredede oturmayacam eger nisan heyetde olsa evde oturacam yeni nisan olan heyetin evinde demeyim budur ki eger nisana getmesem ve yaxud orada gorulmasem qohumun qelbu inciyecek men ne ede blerem bu barede deyerdiz bir de subh namazini qeza etmey istemediyim halada qezaya gedir men ne ede bilerem
Ad: hggg, Ölkə: aze, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Şərab içilən, həmçinin məhrəm-naməhrəmin bir-birinə qarışacağı, habelə fitnə-fəsad məclisinə daxil olmaq vacib ehtiyata görə haramdır və zərurət üzündən daxil olduğunuz surətdə də əgər əmr be məruf və nəhy əz münkər üçün şərait yaransa, bu ilahi vəzifəni yerinə yetirmək lazımdır.
Lakin qeyd edilən məclislərdən sayılmayan hissələrdə iştirak etmək olar.
2. Namazı qəzaya vermək günahdır. Bunun üçün sizi namaza oyada biləcək vasitələrdən istifadə edin. Hətta əgər gücünüz çatan xərci də olsa.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (107) : Əssəlamu əleykum və rəhmətullah.Mən bilmək istərdim ki,məsələn dini bir saytda naməhrəmlərlə günaha təhrik olmadan,ardınca fəsad aparmazsa belə yazışmaq günahdırmı?Allah razı olsun
Ad: Gunahlar bende, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Fəsada düşmək qorxusu olmasa, adi söhbətlərin eybi yoxdur. Amma təhrikedici söhbətlər haramdır, hətta günaha düşmək qorxusu olmasa da.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (108) : salam cavan bir qizam 19 yasim var evda aylam qoymur bawimi ortum deyir olmaz hacam ayla qorsan omda baglayarsan bida man oz namazimida qiliram qaza namazimida qiliram arada weytan manim urayima girir deyir qilma namaz onsusda ALLAH sanin istadiyivi vermir man yenada qiliram ama bilmak istiram 2009 basdamisam qiliram 3 ilde qeza qilmisam nece ilim qalib xaiw ediram yazin aylamda gunax gormuram cunku ona gora istamilar bawimi ortum bizda pis baxilar oncun istamilar ama anan bawini baglayir atamda seyiddi xayiw ediram yazin sizin meslehetinize eytiyacim var
Ad: Sevgi meleyi, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Hicab dinin zəruri məsələlərindəndir və ona riayət etməyiniz vacibdir. Bu məsələdə heç kimdən itaət etmək olmaz. Qeyd edək ki, hicab heç də xüsusi bir geyim deyil. Əgər siz bədəninizi tamamilə örtən uzun və bir az enli geyim geyinsəniz və başınızı örtsəniz, kifayətdir. İnşallah, belə geyinsəniz, evdə də razı olarlar.
Bir də yazırsınız ki, hərdən namaz qılmamaq zehninizə gəlir. Bilməlisiniz ki, bu şeytan tərəfindən sizə tərəf tuşlanmış bir hissdir. Şeytan həmişə insanda zəif nöqtələr axtarır, çalışın şeytani hisslərdən uzaq olasınız.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (109) : Əgər kişinin həyat yoldaşı hicaba riayət eləmirsə kişi dava və başqa vasitələrlə onu hicaba məcbur edə bilərmi? sağ olun
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vacib hicaba riayət etməkdə və digər şəri təklifləri yerinə yetirməkdə ərin öz həyat yoldaşı ilə dava etməyə və onu döyməyə haqqı yoxdur. Yalnız yumşaq və sadə dillə onu yaxşılığı dəvət edə vəpislikdən çəkindirməlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (110) : Kişilər üçün qızıl bəzək əşyalarının – üzük, boyunbağı və bilərzik kimi – alğı-satqısının hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bu kimi qızıl əşyaları adətən təkcə kişilər istifadə edrsə, icazəli deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP