Sual (61) :
Bankın öz səhmdarlarından bəziləri müsəlman olduqda, bu bankdan əlavə gəlir almaq caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Müsəlman olmayanların səhmlərinin nisbətində bankdan qazanc almağın eybi yoxdur. Amma müsəlmanın payına nisbətdə banka əmanət qoyulanlar fayda, sələm şərti ilə və ya onu almaq məqsədi şərt edildiyi hallarda əlavə qazanc almaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) :
Qeyri-islami ölkələrin dövlət banklarına əmanət qoyulan pullar üçün əlavə gəlir alması caizdirmi? Aldığı təqdirdə istər bank sahibi əhli-kitab və ya müşrik olsun, istərsə də pulu əmanət qoyduğu zaman əlavə gəlir almasını şərt etsin, istərsə şərt etməsin, onda təsərrüf etmək caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müsəlmanın qeyri-müsəlmandan əlavə gəlir alması caizdir, hətta əlavə gəlir alacağını şərt etsə belə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) :
Bank mənzil almaq üçün şəriklik adı ilə, yaxud sair müamilə əqdləri adı ilə pul borc verir, alanda isə 5-8 faiz artıq alır. Bu fayda və borcun hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bankdan müəyyən məbləğin şəriklik, yaxud sair şəri və düzgün müamilələrdən biri kimi alınması borc almaq, yaxud borc vermək deyil və bu kimi şəri müamilələrdən bank üçün hasil olan qazanc da sələm sayılmır. Deməli, banklardan mənzil almaq və ya tikmək məqsədi ilə qeyd olunan adlarda pul almağın və onda təsərrüf etməyin heç bir maneəsi yoxdur. Amma artıq alınması şərt edilən halda borc olmasını fərz etdikdə, bu halda sələmli borc təklif baxımından haram olmasına baxmayaraq, borcun özü (əsli) vəzi hökm baxımından borc alan şəxs üçün düzgündür və onda etdiyi təsərrüflərin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) :
Məskən bankı bizim üçün bir ev alıb və şərt edib ki, borcu aybaay qaytaraq. Bu müamilə şərən düzgündürmü və biz o evin sahibi oluruqmu?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bank o evi əvvəlcə özü üçün alıb sonra pulunu aybaay qaytarmaq şərti ilə sizə satsa, bunun heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) :
Öz məişət xərclərini təmin etmək üçün heç bir işi olmadığı şəraitdə ehtiyac üzündən sələmli bankda işləməyə məcbur olan şəxsin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bankda işləmək sələmli müamilələrlə əlaqəli olarsa və onun gerçəkləşməsində müəyyən qədər rolu olsa, bu şəxsin orada işləməsi caiz deyil. O şəxsin, sadəcə olaraq öz məişətini təmin etmək üçün halal olan başqa bir iş tapmaması haram ilə məşğul olmasına əsas ola bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) :
Banklar camaatın oraya əmanət kimi qoyduğu pullara 3-20 faiz qazanc verir. İnfliasiya səviyyəsini nəzərə alaraq bu məbləği bankdan götürəndə artan bu miqdarın sələm sayılmaması üçün o pulun əmanət qoyulduğu günə nisbətən alıcılıq dəyərinin aşağı düşməsindən yaranan zərərin əvəzi hesab etmək olarmı?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bankın verdiyi əlavə qazanclar və əlavə gəlir pul qoyanların tərəfindən vəkalət əsasında o pulların işlədilməsindən hasil olsa və düzgün şəri əqdlərdən birinin vasitəsilə həyata keçsə, sələm deyil, şəri müamilənin qazancıdır və bunun heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) :
İran İslam Respublikasında məskən bankı camaata ev almaq, tikmək və təmir etmək üçün borc verir. Ev alındıqdan, tikildikdən və ya təmir edildikdən sonra bu borcları hissə-hissə almağa başlayır. Lakin hissə-hissə alınan borcların məcmusu verilən borcun miqdarından artıq çıxır. Artıq alınan bu məbləğin şəri bir əsası varmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Məskən bankının ev tikmək, yaxud almaq üçün verdiyi pul borc sayılmır. Əksinə, onu şirkət, yaxud cüalə, yaxud da icarə və s. kimi düzgün olan şəri əqdlərdən birinə uyğun olaraq verir. Əgər bu qəbildən olan müamilələrdə şəri şərtlərə riayət edilsə, onun düzgün olmasına hökm olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) :
Bankdan borc götürdükdə bank (borc alınan miqdardan) artıq alacağını şərt etsə, bu hallarda mükəlləf belə borc almaqda şəriət hakimindən və ya onun vəkilindən icazə almalıdırmı? Zərurət və ehtiyac halı olmadıqda belə borc almaq caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc almağın özündə (əslində), hətta hökumət banklarından olsa belə, şəriət hakiminin icazəsi şərt deyil, vəzi hökm cəhətindən sələmli olsa belə, düzdür. Amma sələmli olduğu halda təklifi cəhətdən onu almaq haram sayılır, istər müsəlmanlardan alınsın, istərsə də qeyri-müsəlmanlardan, istər islam dövlətindən alınsın, istərsə də qeyri-müsəlman dövlətindən. Amma harama mürtəkib olmağın caiz olduğu bir həddə zərurət və çıxılmaz vəziyyətə düşməsi istisna olunur. Haram borc şəriət hakiminin icazəsi ilə alınsa belə, halala çevrilmir. Ümumiyyətlə bu məsələdə onun icazəsinin heç bir rolu yoxdur. Lakin o şəxs bankın ondan artıq alacağına tam əmin olduğu halda belə, artıq alınacaq hissəni verməyəcəyini niyyət etməklə haramdan qaça bilər. Sələmli olmadığı halda borc almağın caiz olması zərurət və ehtiyac halları ilə şərtlənmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) :
Essalamu aleykum.Selaem vermenin haram oldugunu bilirem.Bes bankdan kredit almaq selem sayilirmi?Bu is alana gunah yazarmi?Eger bankdan kredit almanin selem sayildigini bilmemisemse cezasi varmi ve nedir?Tesekkur edirem.
Ad: Kamil, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Ad: Kamil, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər müzaribə, kreditlə mal satqısı və s. kimi şəri müamilələrin biri çərçivəsində olsa, eybi yoxdur və bunun şərtlərinə əməl etmək lazımdır. Əgər şəri müamilələr çərçivəsində olmasa, bank da dövlət və ya dövlətlə müştərək banklardan olsa, həmin məbləği məchulul-malik (sahibi məlum olmayan) mal ünvanı ilə götürün, sonra Ayətullah əl-üzma Sistaninin izni ilə həmin pulu özünüzə düzgün borc hesab edin. Həmin pulu kredit götürdükdə qeyd olunan qaydalara uyğun olaraq istfadə edin.
Əlbəttə, bank tərəfindən verilən pulun əslinin və əlavə gəlirinin sizdən alınacağını bilməyiniz, borca bir zərər yetirmir. (Bu o surətdədir ki, siz həmin məbləği məchulul-malik və Ayətullah əl-üzma Sistaninin izni ilə almış olasınız).
Qeyd: Ayətullah əl-üzma Sistani bu izni bütün möminlərə vermişdir.
Bu hökm islami banklara aiddir. Qeyri-islami banklardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.
http://sual.nur-az.com/az/

Sual (70) :
Xeyriyyə fondunun rəhbərləri fonda üzv olanlardan vəkalət almadan (üzvlər pulu fonda qərzül-həsənə adı ilə verirlər) orada olan pullarla işləyə bilərlərmi? Aşağıdakı iki halda şəriət hökmü necədir?
1) Əldə olunan gəlir, borc vermək və avadanlığın alınması daxil olmaqla müştərək şəkildə fondun xərclərinə sərf olunsun.
2) Əldə olunan gəlir işləyənlərə qalsın.
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İcazə almadan caiz deyil. Əgər
hesab açmaq üçün qeyd olunan şərtlərdə xeyriyyə fondunda olan pulların bir
qismindən gəlir götürüləcəyi və ondan fondun xeyrinə istifadə olunacağı bildirilmişdirsə,
kifayətdir və camaatın razılıq verdiyi şəkildə əməl olunmalıdır.