Sual (51) : Əgər bank sistemi sələm əsasında olarsa, onda sərmayə qoymaq yolu ilə banka borc verməyin, yaxud ondan müəyyən məbləği borc almağın hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sərmayəni banka qərzül-həsənə (faizsiz borc) kimi əmanət qoymağın, eləcə də (faizsiz) borc kimi pul götürməyin heç bir eybi yoxdur. Sələmli borca gəldikdə isə borc verməyin və ya almağın vəzi cəhətdən düzgün olmasına baxmayaraq, o, təklif cəhətindən mütləq şəkildə haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : İslam banklarında belə bir qayda var ki, bir şəxsin tərfindən banka qoyulan sərmayəni, bank onları şərən halal sayılan müxtəlif iqtisadi sahələrdə işlədir və qazanc götürür. Bankın bu qanuna müvafiq əməl edərək sərmayəni bank kimi, müxtəlif sahələrdə işlətsin deyə, bazarda işləyən bəzi etibarlı tacirlərə verməsi caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər sərmayəni həmin şəxslərə aylıq, yaxud illik olaraq faiz nisbətində müəyyən qazanc almaq şərti ilə borc versələr, bu kimi müamilələr, borc verməyin özünün vəzi cəhətdən düzgün olmasına baxmayaraq təklifi nəzərdən haramdır. Borc müqabilində fayda (əlavə gəlir) götürmək də şərən haram sayılan sələmdir. Amma əgər sərmayəni şərən halal olan işlərdə işlətmək üçün nəzərdə tutduğu adama versə və şəri əqdlərdən birinə uyğun olaraq sərmayənin istifadəsindən əldə olunan qazancın müəyyən miqdarını sərmayə sahibinə verməyi şərt etsələr, onda bu kimi müamilələr düzgün, ondan əldə olunan qazanc isə halaldır. Bu məsələdə bankla həqiqi və hüquqi şəxslər arasında heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : İslam ölkələrində mövcud olan bankların bəzisi zalım hökumətlərə, bəzisi kafir hökumətlərə, bəzisi də müsəlman və ya qeyri-müsəlmanlara məxsus olan şirkətlərə tabedir. Bu banklarla edilən müamilə növlərinin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu banklarla şəri cəhətdən halal olan müamilə etməyin heç bir maneəsi yoxdur. Amma sələmli (faizli) müamilələr və borcdan fayda almağa gəldikdə isə, bu işlər islami müəssisə və banklar barəsində caiz deyil. Amma banka qoyulan sərmayə qeyri-müsəlmanın olsa, onun eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Müsəlmanlarla düşmən olan, yaxud islam düşmənləri ilə müqavilə bağlayan qeyri-islami dövlətlərin banklarının hesablarına uzun müddətli pul qoymaq caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyri-islami dövlətlərin İslam və müsəlmanların əleyhinə işlədilən siyasi və iqtisadi qüdrətlərinin artmasına səbəb olmayınca onların banklarına əmanət kimi pul qoymağın öz-özlüyündə heç bir eybi yoxdur. Əks halda isə caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Sərmayəni şərən halal olan müamilələrdən birində işlədib qazanc əldə etmək məqsədi ilə, amma sərmayə sahibinin qazancdan əldə edəcəyi payını dəqiq şəkildə müəyyənləşdirmədən, bankın da hər altı ayda sərmayənin sahibinə, onun qazancından bir hissəsini verməsini şərt etməklə banklara əmanət qoymaq caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər sərmayə banka qoyulan zaman bütün ixtiyarları, hətta fəaliyyət növünü seçməyi və sərmayə sahibinin qazancdan payına düşəcək hissənin vəkalət əsasında təyin edilməsi belə, bankın öhdəsinə qoymuş olsa, bu cür əmanət qoymanın və sərmayənin şərən halal olan müamilələr yolu ilə istifadə olunmasından hasil olan qazancın heç bir eybi yoxdur. Bu zaman sərmayə sahibinin qazancdan öz payına düşəcək miqdarın nə qədər olduğunu bilməməsi onun düzgün olmasına heç bir zərər yetirməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Bir şəxs saxta sənədlərlə bankdan müzaribə adı ilə müəyyən məbləğdə pul alır və şərtləşir ki, müəyyən müddətdən sonra o, pulu artıqlaması (əlavə gəlirlə) banka qaytarsın. Bankın həmin sənədlərin saxta olduğunu bilmədiyini nəzərə alsaq, bu cür pul almaq borc sayılırmı və o şəxsin banka verdiyi əlavə gəlir (fayda) sələm hökmündədirmi? Əgər bank işçiləri bu sənədlərin saxta olduğunu bilə-bilə ona istədiyi məbləği versə, bunun hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bank tərəfindən müzaribə əqdi, əqdin bağlandığı sənədlərin düzgün olması əsasında bağlanıbsa, onda bu əqd sənədlərin saxta olduğu fərz edildikdə batil sayılır. Belə olan halda bankdan alınan pul müzaribə olmadığı kimi, borc da sayılmır. Əksinə, zamin olmaq cəhətindən batil əqdlə əldə edilən pulla alınan şey hökmündədir, eləcə də onunla əldə edilən qazancın hamısı banka məxsusdur. Bu, bankın sənədlərin saxta olmasından agah olmadığı haldadır. Amma əgər xəbərdardırsa, ondan alınan pul qəsb hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Bank bir layihədə iştirak etmək üçün mənə müəyyən məbləğ pulu borc vermişdir. Aldığım məbləğin yarısını dostuma verib şərt qoydum ki, o, borcun banka ödəniləcək bütün faydasını ödəsin. Bu məsələdə mənim öhdəmə hər hansı bir vəzifə düşürmü?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bank bu məbləği müəyyən etdiyi xüsusi layihədə şərik olmaq üçün vermişsə, pulu alan şəxs nəinki onu başqasına borc verə bilməz, hətta təyin etdikləri həmin işdən başqasına da sərf edə bilməz. Bu pul onun əlində əmanət sayılır və hansı iş üçün təyin olunubsa, elə həmin məqsəd üçün də işlətməli, yaxud onun eynini banka qaytarmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : İran İslam Respublikasında bankların camaata ev tikmək, mal-qara saxlamaq, əkinçilik və sair kimi işlər üçün verdiyi pullar müqabilində aldığı qazanc halaldırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bankın ev tikmək, ev almaq və sair kimi işlər üçün camaata verdiyi sərmayənin borc olması düzdürsə, şübhəsiz onlardan əlavə qazanc alması şərən haramdır, bankın da artıq miqdarı almağa haqqı yoxdur. Amma çox güman ki, banklar bu sərmayəni borc adı ilə vermir, əksinə, halal müamilə əqdlərindən biri, məsələn, müzaribə, şəriklik, cüalə, icarə və s. ünvanlı kooperasiya qəbilindədir. Misal üçün, bank mənzil tikintisində şərik olaraq onun tikinti xərclərinin bir qismini ödəyir, sonra öz payını şərikinə, misal üçün, iyirmi aya hissə-hissə verməklə satır, yaxud müəyyən müddətdə və müəyyən məbləğə ona icarəyə verir, belə olan halda bu işin özü və bu kimi müamilədə (bankların) əldə etdiyi qazancın heç bir eybi yoxdur. Bu kimi müamilələrin borc və onun faydası (əlavə gəliri) ilə heç bir əlaqəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : İran İslam Respublikasının bank əməliyyatlarının düzgün olmasına hökm olunurmu? Banklardan alınan pulla mənzil və ya başqa şey almağın hökmü nədir? Bu pullarla alınan evlərdəki edilən qüsl və qılınan namazların hökmü necədir? Camaatın banklara əmanət qoyduğu pullardan əldə olunan əlavə qazancı almaq halaldırmı?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə İslami Şura Məclisi tərəfindən qəbul edilən və İcra Aparatı tərəfindən təsdiq edilən qanunlara əsasən bankların yerənə yetirdikləri bank müamilələrinin heç bir eybi yoxdur və onun düzgün olmasına hökm edilir. Düzgün islami əqdlərdən hər hansı birinin əsasında sərmayənin işlədilməsindən hasil olan qazanc da şərən halaldır. Deməli, banklardan mənzil və s. almaq üçün pul götürmək şəri əqdlərdən birinin adı ilə olsa, heç bir eybi yoxdur. Amma sələmli borc surətində olsa, onda təklifi baxımdan onu almağın haram olmasına baxmayaraq, borc vermənin əsli vəzi baxımdan düzgündür, o şeylər borc alanın mülkiyyətinə keçir, onda və onunla aldığı hər şeydə təsərrüf etməsi caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Əgər bank verdiyi borcdan sələm alırsa, onda bankdan borc almaq istəyən mükəlləf şəxs sələmdən qaçmaq istədiyi vaxt caizdirmi ki, nağd olaraq min tümənlik əskinas vərəqəsini nisyə surətində min iki yüz tümənə alsın və belə şərt etsin ki, hər ay onun yüz tümənini qaytarsın və beləliklə də ona bankın on iki ədəd əmanət üçün nəzərdə tutulan xüsusi vərəqələrindən yüz tümənlik versin? Yaxud bankdan məcmusu 1200 tümən olan on iki ədəd müddətli səftəni nağd olaraq min tümənə alsın və şərt etsin ki, on iki ay ərzində o səftələrin məbləğini ödəsin?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc sələmindən xilas olmaq üçün edilən bu kimi zahiri (saxta) müamilələr şərən haram və batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP