Sual (41) : Bank şəxslərin oraya əmanət qoyduğu sərmayə müqabilində onlara qazanc adı ilə aylıq olaraq müəyyən məbləğ pul verir. Qazancın miqdarının hətta o sərmayədən iqtisadi fəaliyyətdə istifadə edilməmişdən qabaq təyin olunmasını, eləcə də sərmayə sahibinin dəyə biləcək ziyanın ödənməsində şərik olmadığını nəzərə alsaq, bu halda bu kimi qazancları əldə etmək məqsədi ilə sərmayəni banka qoymaq caizdirmi, yoxsa bu qəbildən olan müamilələr sələm olduğu üçün haramdır?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər sərmayə borcdan qazanc almaq məqsədi ilə banka qoyularsa, şübhəsiz, bu, təklifi cəhətdən haram olan sələmli borcdur. Bu işdən əldə olunması nəzərdə tutulan qazanc da şərən haram olan sələmdir. Amma borc adı ilə deyil, əksinə, bank tərəfindən sərmayənin şərən halal olan müamilələrdə istifadə olunması üçün qoyularsa, bu halda eybi yoxdur və həmin sərmayədən istifadəyə başlamazdan əvvəl qazancın miqdarının təyin edilməsinin, eləcə də sərmayə sahiblərinin qeyd olunan ehtimal üzrə dəyəcək ziyanlarda şərik olmamasını şərt etmək müqavilənin düzgünlüyünə zərər yetirmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : Bankın məsul işçilərinin, orada qoyulan sərmayənin qazancından fiziki və ya hüquqi şəxslərə hədiyyə vermələri şərən caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bu qazanclar bankın xüsusi mülkiyyətində olsa, onda bu iş bankda təyin edilmiş qanunlardan asılıdır. Amma qazanc əmanət sahiblərinin olsa, bu halda ondan istifadə etmək haqqı onların sahiblərinindir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Bnkın orada hesab açanlara püşk atma yolu ilə almaq istədikləri hədiyyələri onlara xəbər verməsi vacibdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu, bank sisteminin qanunlarına tabedir. Əgər bu kimi hədiyyələrin sahiblərinə verilməsi və müraciət edib almaları onları bu işdən xəbərdar edilməsinə bağlıdırsa, onda xəbər verilməsi vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Bir şəxs bankdan müzaribə məqsədi ilə müəyyən məbləğ pul alır. Bir müddətdən sonra həmin məbləği və əldə olunan qazancdan bankın payını hissə-hissə ödəməklə banka qaytarır. Amma onun borcunu hissə-hissə alan bank işçisi qaytarılan malları öz ixtiyarına keçirmiş və saxta yolla sənədləri ləğv etmişdir. Özü də bu işləri məhkəmədə etiraf etmişdir. Bunları nəzərə alsaq, iş görən(pul götürən) müzaribə malı ilə əlaqədar bank qarşısında borclu (məşğuli-zimmə) sayılırmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər borcun banka qaytarılması bank sistemində mövcud olan qayda-qanunlar əsasında baş vermiş olsa və bank işçisinin də pulları mənimsəməsi borclu tərfindən borcun qaytarılmasında, qayda-qanunların icrasında təqsirə yol verməsindən irəli gəlməyibsə, onda o, heç nəyə zamin deyil. Bu işdə sərmayəni mənimsəyən şəxs zamindir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : Əgər bir şəxs bankdan xüsusi yerlərdə işlətmək üçün pul götürsə, hökmü nədir? Onun bu iş üçün götürməsi formal olsa, amma əsl məqsəd isə sair məişət səhələrində istifadə edilməsi olsa, yaxud götürdükdən sonra daha mühüm bir işdə xərcləməyi qərara alsa, bunun hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Pulun verilməsi, yaxud alınması borc adı ilə olsa, o, istənilən halda və o pul borc alanın mülkiyyəti olur, onu istədiyi hər bir yerdə xərcləməsi düzgündür. Amma təklifi nəzərdən xüsusi yerlərdə sərf olunmasını şərt etmiş olsalar, bu şərtə əməl etməsi vacibdir. Amma bankdan alınan və ya oraya qoyulan məbləğ, misal üçün, müzaribə və ya şəriklik adı ilə olsa, bu zaman əqd formal olsa, düzgün deyil. Bu kimi hallarda sərmayə bankın mülkiyyətində qalır və onu alan şəxsin onda təsərrüf etmək haqqı yoxdur. Eləcə də malı (sərmayəni) hansı ünvanla almışsa, həmin ünvanda ciddi məqsədi olsa, o pul onun əlində əmanətdir və bu zaman nəzərdə tutulduğundan başqa işlər üçün istifadə etməsi caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : Banka uzunmüddətli qoyulan və üstünə müəyyən faiz də qazanc gələn əmanətlərin (pulların) hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Halal müamilələrdən birinə əsasən istifadə edilsin deyə, sərmayənin banka qoyulmasının və eləcə də bu işdən hasil olan qazancın heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Bankların birində belə bir hesab var ki, əgər bir şəxs banka hər ayda filan məbləğdə olmaqla beş il müddətində pul qoysa və bu beş il ərzində öz hesabından heç nə götürməsə, bank qeyd olunan müddət sona çatandan sonra həmin hesaba aylıq olaraq filan məbləğ əlavə edib və hesab sahibinin həyatda olduğu müddətdə ona verəcək. Bu müamilənin hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan müamilənin şəri əsası yoxdur və o, sələmdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) : Bir nəfər bankların birində özünə hesab açır. Bundan bir müddət keçəndən sonra ona müəyyən qədər qazanc verirlər. Bunu almağın hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər öz sərmayəsini banka borc kimi qoyub qazancı şərt etsə, yaxud məqsədi qazanc olsa, yaxud ona nail olmaq məqsədi ilə pul qoysa, onu (əlavə gəliri) alması caiz deyil, çünki bu gəlir şərən haram olan sələmdir. Əks halda isə heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) : Bir nəfər ticarətdə işlətmək üçün bankdan müəyyən qədər sərmayə götürür və şərt edir ki, qazancda onunla şərik olsun. O şəxs ticarətdə ziyana düşsə, onda bank dəyən zərərdə onunla şərikdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müzaribə müamiləsində dəyən ziyan sərmayəyə və onun sahibinin öhdəsinə düşür və qazanc yerindən ödəməlidir. Amma dəyəcək ziyanın hamısının, yaxud müəyyən bir hissəsinin sərmayəni müzaribədə işlədən şəxs tərəfindən ödənməsinin şərt etmələrinin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) : Bankdan müzaribə adı ilə müəyyən məbləğ pul almışam. Müzaribə malından (sərmayəsindən) ev almaq üçün istifadə etmək caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müzaribə üçün qoyulan sərmayə onun sahibinin tərəfindən müzaribədə işlədəcək şəxsin əlində əmanətdir. Ondan yalnız razılaşdıqları yerdə işlətmək haqqı var. Əgər özü təkbaşına başqa işlərə sərf etsə, qəsb hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP