Sual (21) :
Dövlət əmlakı dövlət büdcəsi tərəfindən təmin olunmasını nəzərə alaraq, dövlət büdcəsinə malik olan şirkət, zavod və ya idarəyə lazım olan əmtəələrin, ləvazimatın, büdcəsi dövlət tərəfindən təmin olunan digər şirkət, zavod və ya idarədən alması caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər müamilə qanuni və şəri qərarlara müvafiq olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) :
Qanuna əsasən müharibə əlilləri əlillik və iş qüvvəsini itirmək dərəcəsi 25 faizdən artıq olduqda, müəssisədən borc almaq güzəştindən istifadə edə bilərlər. Əlillik və iş qüvvəsini itirmək dərəcəsi qeyd olunan rəqəmdən az olan şəxslər bu güzəştdən istifadə edə bilərlərmi? Əgər istifadə edib müəssisədən müəyyən məbləğdə borc alsa, ondan istifadə etməsi caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Beytül-maldan borc almaq üçün qoyulan şərtlərə malik olmayan bir kəsin həmin şərtlər və güzəştləri nəzərə alaraq borc alması, aldığı təqdirdə ondan istifadə etməsi caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) :
Hesabdarın səhvə yol verdiyinə görə, bir ay üçün maaşımın üç mislini almışam. Bu məsələni də müəssisənin məsul işçisinə xəbər vermişəm. Bu işdən dörd il keçməsinə baxmayaraq onun hökumət müəssisəsinə məxsus olan illik dövlət büdcəsindən olduğunu bilirəm. Bu məbləği müəssisənin hesabına necə köçürə bilərəm?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hesabdarın səhvə yol verməsi haqqın olan məbləğdən artıq almağa qanuni bir əsas ola bilməz. Hətta keçən illərin dövlət büdcəsindən olsa belə, həmin məbləği qeyd olunan müəsisəyə qaytarmağın vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) :
Vəzifəsi müayinə etmək olan tibbi diaqnostika mərkəzi mənə müəyyən dərəcədə iş bacarığımı itirməyimi təyin etdikdən sonra dövlətdən bir qədər yardım almışam, amma indi həkimlərlə tanışlıq və aramızda olan hörmətə görə güzəştə getdikləri və məni nəzərə aldıqları üçün, bu qədər yardımı almağa haqlı olmadığıma ehtimal verirəm. Yaralarımın çox olmasını və həmin qədərdən artığa da layiq olmağımın mümkün olduğu halda mənim vəzifəm nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qanun əsasında həmin məbləği almağa haqlı olmadığına yəqinin olmayana qədər müayinə etməyə vəzifəli olan tibbi diaqnostika mərkəzinin sənin üçün təyin etdiyi iş qüvvəsini itirmək dərəcəsinə uyğun olaraq sənə verilən məbləği almağının eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) :
Mən beytül-maldan şəxsi məqsədlər üçün istifadə etmişəm. İndi öhdəmdə olanları qaytarmaq (bəraəti-zimmə) üçün nə etməliyəm? Vəzifəli şəxslər üçün beytül-malın imkanlarından hansı həddə istifadə etmək caizdir? Bu iş (beytül-maldan istifadə) əlaqədar məsul şəxslərin icazəsi ilə olduqda, hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəzifəli şəxslər üçün beytül-malın imkanlarından vəzifədə çalışdıqları rəsmi iş saatında və zərurət və ehtiyac hallarında və normal miqdarda istifadə etməyin eybi yoxdur. Belə ki, mövcud şərait onlara həmin miqdarda istifadə üçün icazə verilməsini göstərsin. Eləcə də bu barədə şərən və qanun üzrə icazəli olan şəxslərin də icazə verdiyi adamların beytül-maldan istifadə etməsinin eybi yoxdur. Əgər sənin beytül-maldan şəxsi istifadə etməyin bu iki qismin birindən olsa, sənin üzərinə heç bir məsuliyət düşmür. Amma qeyd olunan həmin miqdardan artıq istifadə edilmiş olsa və ya icazə verə bilən şəxslərin icazəsi olmadan o miqdardan artıq istifadə etsən, bu halda onlara zaminsən, qaldığı halda onun özünü (eynini), tələf olub aradan getmiş olduqda isə onun əvəzini beytül-mala qaytarmalısan. Bundan əlavə, ondan istifadə olunduğu təqdirdə müəyyən qazancı da olubsa, onun ücrətül-mislini (dəyərini) də beytül-mala qaytarmalısan.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) :
Bir ildir ki, mənim yanımda beytül-mala qaytarılacaq bəzi şeylər var. İndi onları öz öhdəmdən götürmək istəyirəm. Mən nə etməliyəm?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər beytül-maldan sənin əlində olan şeylər hər hansı dövlət idarəsinə məxsus olan dövlət əmlakındandırsa, mümkün olan təqdirdə onları həmin idarəyə qaytarmalısan. Əks halda, ümumi dövlət əmlakına (büdcəsinə) keçirməlisən.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) :
Sığorta şirkəti ömrünü sığortalayan şəxs ilə müqavilə bağlayır ki, o şəxsin vəfatından sonra onun təyin etdiyi şəxslərə müəyyən məbləğ pul versin. Əgər həmin şəxs borclu olsa və mal-dövləti də o borcları ödəməyə kifayət etməsə, bu halda borc sahibləri öz haqlarını sığorta şirkəti tərəfindən verilən məbləğdən götürə bilərlərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu iş müqavilənin necə bağlanmasından asılıdır. Əgər müqavilə əsnasında razılaşmış olsalar ki, sığorta şirkəti qərara alınan məbləği sığorta olunan şəxsin vəfatından sonra onun tərəfindən müəyyən şəxsə və ya şəxslərə versin, bu halda şirkətin verdiyi pul o şəxsin mirasından hesab olunmur, əksinə, meyyitin təyin etdiyi şəxslərə verilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) :
Bir şəxsin tibbi sığorta dəftərçəsindən, o dəftərçə sahibinin ailəsindən olmayan başqa şəxsin istifadə etməsi caizdirmi? Sahibinin bu kartı başqasının istifadəsinə verməsi caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Tibbi sığorta dəftərçəsindən istifadə etmək yalnız o şəxs üçün caizdir ki, sığorta şirkəti həmin şəxsə xidmət etmək barədə onunla müqavilə bağlamış olsun. Digərlərinin ondan istifadə etməsinə gəldikdə isə, bu iş zəmanətə səbəb olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) :
İnsanın öz ömrünü sığortalamasının hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şərən bu işin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) :
Qəbz eynilə nağd pul kimidirmi, belə ki, borclu onu borc sahibinə verdikdə onun borcu ödənmiş olsun?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qəbz nağd pul kimi ola bilməz. Borcun, yaxud onun qiymətinin borc aldığı şəxsə, yaxud satıcıya (qəbz şəklində) verməsi ilə borcun qaytarılması o vaxt düzgün olar ki, camaat arasında o qəbzin alınması həmin məbləğin alınması hesab olunsun. Bu da müəyyən hallarda və şəxslərə görə fərqlənir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.