Sual (11) :
Bəzi təlim-tərbiyə mərkəzlərində müşahidə olunur ki, mərkəzin şöbələrindən birində işləməyə vəzifəli olan bir müəllim və ya müdir özünün idarədəki bilavasitə məsul işçisinin razılığı ilə həmin yerdəki rəsmi iş saatları əsnasında başqa məktəblərdə də dərs deyir və onun üçün təyin olunan maaşdan əlavə, həmin əlavə dərs saatları üçün də maaş alır. O şəxs üçün bu iş və onun əvəzində əmək haqqı alması caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O mərkəzin məsul işçisinin başqa bir şəxsə rəsmi iş saatı əsnasında (başqa yerdə) tədrisə razılıq verməsi həmin məsul şəxsin qanuni səlahiyyətlərinin hansı həddə olmasından asılıdır. Amma o şəxsə hökumət tərəfindən rəsmi iş saatına əsasən maaş verildiyi fərz olunarsa, onda həmin rəsmi iş saatı əsnasında başqa məktəbdə tədris etməsi əvəzində əlavə maaş almağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (12) :
Dölət işçiləri üçün rəsmi iş saatlarında camaat namazı bərqərar etmək caizdirmi? Caiz olmadığını fərz etdikdə, onlar idarənin rəsmi iş saatı qurtardıqdan sonra arada namaza sərf edilən vaxt qədər işləyərək onun əvəzini çıxmağa dair iltizam versələr, rəsmi iş saatında camaat namazı bərqərar etmələri caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Gündəlik vacib namazlara xüsusi əhəmiyyət verildiyini, eləcə də namazın əvvəl vaxtda qılınmasına təkidli tövsiyələr edildiyini və camaat namazının fəzilətini nəzərə alaraq daha münasib olar ki, idarə işçiləri işlərini elə tənzim etsinlər ki, idarə işləri arasında vacib namazı camaat namazı şəklində və əvvəl vaxtda, həmçinin ən az vaxtda qıla bilsinlər. Lakin bu işin hazırlıq mərhələsi elə tənzim olunmalıdır ki, əvvəl vaxtda qılınan camaat namazı çox uzanıb müraciət edənlərin işinin təxirə düşməsinə səbəb olmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (13) :
Su idarəsi su anbarında balıq saxlayır. Oraya tökülən çayın özündə də balıq var. Amma su idarəsi su anbarındakı balıqları yalnız öz işçiləri arasında bölüşdürür, başqalarına oradan balıq tutmasına mane olur. Başqalarının bu balıqları özləri üçün tutması caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bəndin arxasında toplanan suda mövcud olan balıqlardan istifadə haqqı, oraya tökülən çayın balıqları olsa belə, ixtiyarı su idarəsinin əlində olan suya tabedir. Deməli, o balıqları ovlamaq və onlardan istifadə etmək bu idarənin icazəsinə bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (14) :
Əgər bir şəxsin dövlətdən müəyyən qədər maaş, yaxud qanun əsasında verilən bəzi güzəşt və üstünlüklərdən alacağı olsa, lakin öz haqqını isbat etmək üçün heç bir qanuni sənədi yoxdursa, yaxud öz haqqını tələb etməyə qadir deyilsə, həmin şəxs öz ixtiyarında olan dövlət əmlakından icbari müsadirə yolu ilə haqqını götürə bilərmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu şəxsin öz əlində əmanət sayılan və onun ixtiyarında olan dövlət əmlakından təqass edərək öz haqqını götürməsi caiz deyil. Əgər onun dövlətdən alacağı malı, yaxud haqqı olsa və onu almaq istəyərsə, onu isbat və ya tələb etdikdə qanuni yolla hərəkət etməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (15) :
Əgər bəzi məsul şəxslər rəsmi idarə qonaqlarına yemək və ya meyvə almaq üçün nəzərdə tutulan və onların ixtiyarında olan büdcədən sui-istifadə etsələr və ya onu başqa yerlərdə işlətsələr, bu işin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dövlət əmlakının icazə verilmiş yerlərdən başqa məqsədlər üçün xərclənməsi qəsb hökmündədir və zəmanətə səbəb olur. Amma yuxarı vəzifəli şəxslər tərəfindən qanuni icazə ilə olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (16) :
Əlaqədar təşkilatlar tərəfindən idarə işlərində istifadə olunsun deyə, hökumət müəssisələrinin müdirlərinə və hərbi qulluqçullara bir neçə maşın verilir. Onların həmin maşınlardan qeyri-idari və ya şəxsi işlərdə istifədə etməsi caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dövlət əmlakından nə müdirlərin, nə məsulların, nə də sair vəzifəli şəxslərin şəxsi olaraq istifdə etməsi caiz deyil. Yalnız əlaqədar təşkilatların qanuni icazəsi ilə bu yerlərdə istifadə edə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (17) :
Ali məktəblərdə və ya ali təhsil müəssisələrində ticarət nazirliyi və ya sair müəssisələr tərəfindən bu mərkəzlərdə təhsil alan tələbələrə verilən yemək, dərs vəsaiti və s. kimi güzəştlərdən həmin təhsil müəssisələrində işləyən şəxslərə və qulluqçulara da verilməsi caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xüsusi şəkildə ali məktəblərdə təhsil alan tələbələr üçün nəzərdə tutulan güzəştlərin orada işləyən sair şəxslərə də verilməsi caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (18) :
Ali məktəb tələbələrinə verilən yemək kuponlarından müəyyən olunmuş gündə istifadə etməsə və o kuponların pulunu almasa (vaxtı keçsə və) etibarsız sayılsa, etibardan düşən bu kuponları (yemək almaq üçün) etibarlı kuponların yerinə vermək olarmı? Bu yolla alınan yeməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yemək almaq üçün etibardan düşmüş kuponlardan istifadə etmək caiz deyil. Bu yolla alınan yeməklər qəsbi, ondan istifadə etmək haramdır və zəmanətə səbəb olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (19) :
Kafir ölkələrdə ümumi əmlakda dövlətin hüququna, eləcə də xüsusi əmlakda maliklərin şəxsi hüququna riayət etmək vacibdirmi? Müəyyən təlim mərkəzlərində mövcud olan imkanları, qayda-qanunların o mərkəzlər üçün icazə verdiyi hallardan başqa yerlərdə işlətmək caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Başqasının malının toxunulmazlığına riayət etməyin vacib və sahiblərinin icazəsi olmadan onlardan istifadə etməyin haram olmasında şəxsi əmlakla dövlət əmlakı arasında heç bir fərq yoxdur – istər müsəlman olsun, istərsə də qeyri-müsəlman. Eləcə də kafir və ya müsəlman ölkəsində olmasının, malikinin də kafir və ya müsəlman olması arasında heç bir fərq yoxdur. Ümumiyyətlə, başqasının əmlakında şərən caiz olmayan təsərrüf və istifadə qəsb və haramdır, onlar qarşısında zəmanətə səbəb olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (20) :
Dövlətin, hökumətin, ixtiyarında və ya onların nəzdində olan zavod və fabriklərin, karxanaların, şirkət və ya müəssisələrin ixtiyarında olan islami və yaxud qeyri-islami dövlət əmlakının hökmü nədir? Bu əmlak məchulul-malikdirmi, yoxsa dövlət mülkiyyəti hesab olunur?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dövlət əmlakı, hətta qeyri-islami ölkələrdə olsa belə, şərən (qanuna görə) dövlət mülkiyyəti sayılır. Onlarla “sahibi məlum olan əmlak” kimi davranılmalıdır. Onlarda təsərrüf (istifadə) etmək bu əmlakın təsərrüf olunma icazəsi əlində olan şəxsin icazəsinə bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.