Sual (61) :
Mələklər tərəfindən qüsl verilən cavanın adı nədir və bu hadisə hansı müharibədə olmuşdur?
Allahın adı ilə. Â Â
Həmin cavanın adı Hənzələdir, bu hadisə isə Ühüd müharibəsində baş vermişdir. Peyğəmbər bu cavana, toy gecəsi üçün şəhərdə qalmağa icazə vermişdi. O, toy mərasimini şəhərdə keçirib sübh qüsl vermədən Peyğəmbərin ardınca müharibə meydanına gəlmiş və Qüreyş kafirlərinin əli ilə şəhid olmuşdu. Rəsuli-Əkrəm (s.ə.v.v) bu hadisə ilə əlaqədar buyurmuşdu: “Mən mələklərin Hənzələyə qüsl verdiyini gördüm.” Buna görə də ona “Ğəsilül-məlaikə” (mələklərin qüsl verdiyi şəxs) adlandırırlar.
Allah sizə yar olsun.
Sual (62) :
Müsəlmanların “Bədr” müharibəsində qələbəsinin və “Ühüd” də məğlub olmalarının səbəbi nə idi?
Allahın adı ilə. Â Â
“Bədr” müharibəsində müsəlmanların qələbəsi, onların tam sədaqət və ixlasla Allah yolunda vuruşmaları və Onun razılığını qazanmaq üçün səy etmələri idi. Amma Ühüd müharibəsində müsəlmanlar əvvəlki qələbədən qürurlandılar, qureyş kafirlərinin qoyduqları qənaəti toplamaq fikrinə düşdülər və pak niyyətlərini dəyişdilər. Məhz bu, onların məğlub olmasına gətirib çıxartdı.
Allah sizə yar olsun.
Sual (63) :
Ühüd müharibəsi nə vaxt baş verib və bu müharibədə hansı mühüm amil müsəlmanların məğlubiyyətinə səbəb olmuşdur?
Allahın adı ilə. Â Â
Ühüd müharibəsi hicrətin 3-cü ilində baş verib. Aşağıdakı mühüm səbəblər müsəlmanların məğlubiyyətinə səbəb oldu: 1) İkiüzlü və münafiq bir şəxs olan Əbdüllah ibni Übey döyüşün həssas vaxtında islam ordusunun bir hissəsini Mədinəyə qaytardı.
2) İşlərdə hərc-mərciliyin olması və nizam-intizamın olmaması.
3) Müsəlmanların ruhiyyəsinə çox ağır təsir edən Peyğəmbər (s.ə.v.v)-in öldürülmə şayiəsi.
Allah sizə yar olsun.
Sual (64) :
Bədr müharibəsində müşriklərin başçılarından kimlər qətlə yetirildi?
Allahın adı ilə. Â Â
Bədr müharibəsində öldürülənlər Əbu Cəhl, Ütbə ibni Rəbiə, onun qardaşı Şeybə və oğlu Vəlid, As ibni Səid, Əsvəd ibni Əbdül Əsəd Məxzumi, Üməyyə ibni Xələf, Zümə ibni Əsəd, Əqil ibni Əsvəd, Nəbiyyəh, Münəbbih, Əbul Bəxtəri, Hənzələ ibni Əbu Süfyan, Tüeymə ibni Ədi ibni Nofəl, Nofəl ibni Xüveylid, Haris ibni Zəmə, Nəzr ibni Haris ibni Əbdüddar, Ümeyr ibni Osman Təmimi, Osman və Malik (Təlhənin qardaşları-dır), Məsud ibni Üməyyə ibni Müğeyrə, Qeys ibni Fakəhə ibni Müğeyrə, Hüzeyfə ibni Əbu Hüzeyfə ibni Müğeyrə, Əbu Qeys ibni Vəlid ibni Muğeyrə, Əmr ibni Məxzum, Əbul Munzər ibni Əbi Rəfaə, Hacib ibni Saib ibni Üveymir, Ovs ibni Müğeyrə ibni Lovzan, Zeyd ibni Müleys, Asim ibni Əbi Ovf, Səid ibni Vəhəb (Bəni-Amir qəbiləsinin həmpeymanı idi), Müaviyə ibni Əbdül Qeys, Əbdüllah ibni Cəmil ibni Züheyr ibni Haris ibni Əsəd, Saib ibni Malik, Əbul Həkəm ibni Əxnəs, Hişam ibni Əbu Üməyyə ibni Müğeyrə və s.
Allah sizə yar olsun.
Sual (65) :
Bədr müharibəsi neçənci ildə baş verib? Bu müharibədə Peyğəmbər (s.ə.v.v)-in tərəfdarları, eləcə də düşmən ordusu neçə nəfərdən ibarət idi?
Allahın adı ilə. Â Â
Bu müharibə hicrətin ikinci ilində baş verib. Peyğəmbər (s.ə.v.v)-in tərəfdarları 313, düşmən tərəfi isə 950 nəfərdən ibarət idi. Müsəlmanların güclü imanı və fədakarlıqları onları düşmənə qarşı qüvvətli etmiş, bu səbəbə görə də onlar düşmənə qələbə çalmışdılar.
Allah sizə yar olsun.
Sual (66) :
“Zirar” məscidi kimin əmri ilə, harada və nə məqsədlə tikilmişdir?
Allahın adı ilə. ÂÂ ÂÂ
Zirar məscidi Ğəsilul-məlaikə adı ilə məşhur olan şəhidin - Hənzələnin atası Əbu Amirin əmri ilə Quba kədində, müsəlmanların məscidi müqabilində tikilmişdi. Əbu Amir hiss etmişdi ki, dinin hökumət etdiyi bir ölkəni yıxmaq üçün ən yaxşı yol dinin adından istifadə edib dindən başqa bütün pis işləri yerinə yetirməkdir.
Bu məscid Peyğəmbərin əmri ilə dağıdıldı, sütunları yandırıldı və bir müddət zibillik oldu. Zirar məscidinin dağıdılması nifaq (münafiqlərin) hizbinin dağılmasına səbəb oldu, o hizbin kökü kəsildi və onların yeganə havadarı olan Əbdüllah ibni Übəyy Təbuk müharibəsində öldürüldü.
Allah sizə yar olsun.
Sual (67) :
Ərəbistan yarımadasında bütpərəstlik neçənci ildə tamamilə aradan getdi?
Allahın adı ilə. Â Â
“Bəraət” surəsinin ilk ayələri nazil olandan sonra Əli (əleyhissalam)-ın vasitəsi ilə bu ayə (hicrətin 9-cu ilində) müşriklərə oxundu. Dörd ay keçməmişdi ki, müşriklər dəstə-dəstə tək Allahlığa, tovhid dininə üz gətirdilər. Hicrətin 10-cu ilində bütpərəstliyin kökü Ərəbistan yarımadasından tamamilə kəsildi.
Allah sizə yar olsun.
Sual (68) :
İslam tarixi nə zamandan başlanıb?
Allahın adı ilə. Â Â
İslam tarixi (hicri qəməri tarixi) Həzrəti Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in Məkkədən Mədinəyə hicrətindən başlanmışdır.
Əvvəllər ərəblər arasında fil ordusunun Məkkəyə hücum etdiyi il - “Amul-fil” tarixin başlanğıcı sayılırdı. (Peyğəmbər də həmin ildə anadan olmuşdur.) Əbrəhənin sərkərdəliyi ilə böyük bir fil ordusu Kəbəni dağıtmaq üçün Məkkəyə hücum etdilər, amma Allahın qeybi yardımları ilə həlak oldular. Bu zaman ərəblər həmin hadisəni öz tarixlərinin başlanğıcı təyin etmiş və onu “Amul-fil” adlandırmışdılar. Lakin sonralar Həzrəti Əli əleyhissalamın məsləhəti ilə müsəlmanların rəsmi tarixi hicrətdən hesablanıb.
Müsəlmanların müstəqil tarixi yox idi. Buna görə də islam tarixinin başlanğıcı kimi, hər mühüm hadisəni, hətta besəti götürmək istəyirdilər. Besətin əvvəllərində müsəlmanların sayı az olduğundan, həmin günü tarixin başlanğıcı təyin etmək mümkün olmadı. Lakin hicrətin birinci ilində müsəlmanlar böyük qələbə qazandılar. Mədinədə müstəqil islam hökuməti qurulduğu üçün müsəlmanlar tarixin başlanğıcını hicrətdən götürdülər.
Allah sizə yar olsun.
Sual (69) :
Vəhyi (Quran ayələrini) yazanların adları nədir?
Allahın adı ilə. Â Â
Onların məşhurları bunlardır: Həzrəti Əli ibni Əbu Talib (əleyhissalam), Əbdüllah ibni Məsud, Zeyd ibni Sabit, Məaz ibni Cəbəl, Übeyy ibni Kəb.
Allah sizə yar olsun.
Sual (70) :
İslamın sürətli inkişaf etməsinə hansı işlər səbəb olmuşdur?
Allahın adı ilə. Â Â
İslam tarixini təhlil edərkən aydın olur ki, bu bu asimani dinin sürətlə inkişafına on şey səbəb olmuşdur. Onlar aşağıdakılardır: 1) Quranın cazibədarlığı və islamın həqiqi-ilahi bir din olması. 2) Peyğəmbər (s.ə.v.v) və müsəlmanların şücaətli və səbirli olması. 3) İslam dininin yoxsullara rəğbət bəsləməsi. 4) Peyğəmbər (s.ə.v.v)-in camaat ilə məntiqi rəftarı və mehrban davranışı. 5) Peyğəmbər (s.ə.v.v)-in şəxsiyyətinin yüksək, əxlaqının əzəmətli olması və nəticədə camaatın ona tərəf cəzb olunması. 6) Peyəğmbər (s.ə.v.v)-in Allah təalaya tam təvəkkül etməsi və islamın möhkəm bir din olması. 7) Müsəlmanların şəhadəti iftixar bilib cihada rəğbət göstərmələri. 8) Bütün varlığı ilə islam yolunda vuruşan, müsəlmanların yenilməz qəhrəmanı Həzrəti Əli əleyhissalamın varlığı. 9) Qeybi yardımlar və Peyğəmbər (s.ə.v.v)-in möcüzələri. 10) Bəni-Haşim qəbiləsinin və sair qohum-əqrabanın könüllü olaraq o həzrətə yardım etmələri.
Allah sizə yar olsun.