Sual (21) : Salam. İmamətlə xilafət arasında nə kimi fərqlər var? təşəkkür
Allahın adı ilə.   
Əleykumus-salam.         
Bu sözlərin lüğət mənaları arasında elə bir fərq yoxdur. Amma tarixdəki imamət və xilafət cərəyanlarını müqayisə etsək, bu cərəyanlar arasında mühüm fərqlər olduğunu görərik.
İstər imamət, istərsə də xilafət hakimiyyət növüdür. İmamlar Allah, xəlifələr isə insanlar tərəfindən tə`yin olunur. İslamda xilafətin dini hökumət olduğunu təsdiq edən heç bir mənbə yoxdur. İmamətin həqiqi dini hakimiyyət olduğu isə əqli və nəqli dəlillərlə sübuta yetir. Bə`zi dəlilləri nəzərdən keçirək:
-“...O (İbrahim) Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona buyurdu: Səni insanlara imam tə`yin edəcəyəm.”
−İslam Peyğəmbəri (s) buyurdu: “On iki imam bu ümmətə hakim olduqda onun işləri qaydasındadır.”
Həzrət Peyğəmbər (s): “Məndən sonra on iki canişinim var: birincisi Əli ibn Əbu Talib, sonuncusu Mehdidir (ə).
 Allah sizə yar olsun.
Go to TOP