Bismillahir-rəhmanir-rəhim.
Cəfər, Peyğəmbərin (s) əmisi Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alınını öpüb buyurdu: “Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?” Sonra Peyğəmbər (s) bu namazı ona öyrətdi və buyurdu: əgər edə bilsən hər gün, olmasa hər həftə, ya hər ay, olmasa hər il, ya ən azı ömründə bir dəfə bu namazı qıl.Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Allah Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.” Buna görə də ona Cəfəri-Təyyar (uçan) deyiblər.
Cəfəri Təyyarın namazı böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə də malikdir. Onun ən fəzilətli vaxtı cümə günü günorta vaxtıdır. Cəfəri Təyyar namazının qılınma qaydası:
Bu müstəhəbbi namaz 4 rəkətdir, 2 dənə 2 rəkətli namaz kimi qılınır. Hər rəkətdə Həmd və Surə oxuduqdan sonra rükuya getmədən əvvəl 15 dəfə təsbihati-ərbəə* zikri oxunur. Rükuda rükunun zikrini söylədikdən sonra bu zikr 10 dəfə deyilir. Rükudan qalxdıqdan sonra (qiyam halında) bu zikr yenə 10 dəfə oxunur. Daha sonra 2 səcdədə və səcdələr arasında oturarkən zikr 10 dəfə oxunur. İkinci səcdədən qalxıb oturduqdan sonra yenə 10 dəfə oxunur. Digər rəkətlər də eynilə bu cür qılınır. Təsbihati-ərbəə zikri belədir: "Subhanəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər"
Allah sizə yar olsun.
Əleykumus-salam.
Bəli, ikinci rükətdə rukuya getməzdən əvvəl qunut tutulur.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şəriətdə bunun səbəb və əsasına rast gəlməmişik, amma bu adətən möhür Kərbəla torpağından olduğunda və Kərbəla torpağı şəfa olduğu üçün təbərrük məqsədi ilə bunu edirlər.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Təkcə aq valideyn deyil, bəzi günahları görən insanın müəyyən müddətdə namazı qəbul olmur, o cümlədən şərab içən insanın 40 gün namazı qəbul olmur. Bəzən isə namazın müəyyən miqdarı, misal üçün yarısı, üçdə biri və s. qəbul olur. Ümumiyyətlə namazların qəbul olub olmamasını Allah bilir. Mömin həmişə namazının qəbulu üçün çalışır. İmam Sadiq (ə) buyurur: hər kəs namazının qəbul olub olmamasını bilmək istəyirsə baxıb görsün ki, namaz onu günahdan və çirkinlikdən saxlayır ya yox. Amma qəbul olmadığı surətdə də vəzifəsi namaz qılmaqdır və insan heç vaxt Allah dərgahından naümid olmamalıdır və hər günahdan sonra tövbə etməlidir. Namaz saniki yanar od üzərinə su tökməkdir, əgər bəzən su odu söndürməsədə dahada alovlanmağının qarşısını alır. Etdiyimiz günahlara görə Allah bizdən üz çevirsə və əlaqə qırılsa, namaz qılmağın vasitəsi ilə tədricən bu əlaqəni yenidən bərpa edirik.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan həddi-büluğa çatandan sonra ilahi təkliflər o cümlədən namaz vacib olur.
Həddi-büluğaçatmağın əlamətləriüçşeydənbiriolabilər:
Birincisi,qəməritəqvimiilə kişilərdə 15(miladi tarixi ilə təqribən 14 il yeddi ay 15 gün), qadınlardaisə 9 (8-il 8 ay 20 gün) yaşıntamamolması.
İkincisi,spermanın xaric olması;
Üçüncüsü,cinsiyyətüzvününətrafındaqalıntüklərinbitməsi.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Oğlan uşağına təqribən 14 yaş 6 ayda, qızlara isə 8 yaş 9 ayda həddi-büluğ yaşına çatırlar və ibadət onlara vacib olur. Amma hədislərdə sifariş olunur ki, 7 yaşından namaza başlasınlar. Əzbərləyənə qədər namazı üzündən oxumağın heç bir eybi yoxdur. Əgər həddi-büluğ yaşına çatmamısınızsa oruc tutmaq vacib deyil və tutub sonra açmağında günahı yoxdur.Allah sizə yar olsun.
Əleykumus-salam.
İslami bəzi mənbə kitablarda gəlibdir ki, Peyğəmbər (s) buyurdu: "Behiştin açarı, namazdır". [1] "Və namaz təşkil edin ki, namaz (insanı) çirkinlik və günahdan çəkindirir" [2] ayəsinə və namaz barəsində, digər hədislərə diqqət etdikdə, namazın niyə behiştin açarı olmasını anlamaq olar. Necə ki, Peyğəmbər (s) buyurur: "Namaz dinin sütunudur, onu yerinə yetirməyən, dinini məhv etmişdir". [3]
Həmçinin buyurur: "Hər bir namazın vaxtı çatdıqda, bir mələk camaat qarşısında səslənər ki, qalxın və arxanızda alovlandırdığımız odları, namazla söndürün". [4]
İzah: İnsanın yaranma hədədi Allah- Taalanı tanımaq və ona bəndəlik üçündür. [5] Allaha pərəstiş sayəsində, insan təkamülə və İlahi qürb məqamına yetişir. Namaz, uca Allaha bəndəliyi izhar etməyin ən yaxşı formasıdır. Bundan əlavə, pərəstiş və dua hər bir insanın fitrətində var. O namaz kimi vacibləri yerinə yetirməklə, bu həqiqəti öz vücudunda dirildib, bəsləyib və özünü yaxşılıq və çirkinliklərdən çəkinmə yolunda qərar verir. Beşlik namazlara əhəmiyyət vermək, ruhi fəzilət və qüdrətə səbəb olur ki, insanı günah və pis əməllərdən saxlayır və təqva qüvvəsini insan ruhunda daha da gücləndirir. Bu zaman namazın niyə behişt qapısının açarı olmasını anlamaq olar.
Qeyd etməliyik ki, namaz behişt açarı olması kimi, savab nəzərdə tutulan ibadət əməllərindən biridir. Çünki, rəvayətlərdə pak İmamlar (ə)- a məhəbbət bəsləmək, [6] La ilahə illəllah « لا إله إلا الله » zikri, [7] səbr [8] və ... də behişt açarı sayılıbdır. Ona görə də, behiştin açarı olmaq, namaza məxsus deyil. Amma namaz insanın daha çox məşğul olduğu ibadətlərdən olduğuna və başqa sözlə, mövsümi ibadət olmadığına görə, vacibdir ən mühümlərində biri olaraq onu yerinə yetirmək onun şərtləri ilə behişt kimi savaba malikdir. Həmçinin bu rəvayətlərdən namazın tövhidə və Allahın yeganəliyinə iman və Əhli- beyt (ə)- a məhəbbət bəsləməklə birgə olub və xüsusi bağlılığın olması başa düşülür.
Allah sizə yar olsun.
---------------------------------------------------
[1] - « مِفْتَاحُ الْجَنَّةِ الصَّلَاة » İbn Əbi Cumhur, Məhəmməd bin Zeynuddin, Əvalil- ləalil- əziziyyə fil- əhadisid- diniyyə, cild 1, səh 322, Daru Seyyidüş- şühəda bin- nəşr, Qum, çap birinci 1405 q; Məhəmməd Reyşəhri və həmkarlar, Hokun- nəbiyyil- əzəm (s), cild 5, səh 285, Darul- hədis, Qum, çap birinci, 1429 hicri qəməri Zuheyli, vəhvə bin Mustafa, Ət- təfsirul- munir fil- əqidə vəş- şəriə vəl- minhəc, cild 6, səh 102, Darul- fikril- muasir, Beyrut- Dəməşq, çap ikinci, 1318 hicri qəməri, Suyuti, Cəlaləddin, Əd- durrul- mənsur fi təfsiril- məsur, cild 1, səh 296, Ayətullah Mərəşi Nəcəfinin kitabxana nşriyyatı, Qum, 1404 hicri qəməri.
[2] - « وَ أَقِمِ الصَّلاةَ إِنَّ الصَّلاةَ تَنْهى عَنِ الْفَحْشاءِ وَ الْمُنْکَر » Ənkəbut- surəsi, ayə 45.
[3] - « الصَّلَاةُ عَمُودُ الدِّینِ فَمَنْ تَرَکَهَا فَقَدْ هَدَمَ الدِّین » İbn Əbil- hədid, Əndül- Həmid bin Hibətullah, Nəhcül- bəlağənin şərhi, Araşdırıcı və tənzimləyən İbrahim, Məhəmməd Əbəlfəzl, cild 10, səh 206, Nəşri Məktəbətu Ayətullah Əl- Mərəşi - ən- Nəcəfi, Qum, çap birinci, 1404 hicri qəməri, Əvalil- ləalil- əziziyyə fil- əhadisid- diniyyə, cild 1, səh 322.
[4] - « مَا مِنْ صَلَاةٍ یَحْضُرُ وَقْتُهَا إِلَّا نَادَى مَلَکٌ بَیْنَ یَدَیِ النَّاسِ أَیُّهَا النَّاسُ قُومُوا إِلَى نِیرَانِکُمُ الَّتِی أَوْقَدْتُمُوهَا عَلَى ظُهُورِکُمْ فَأَطْفِئُوهَا بِصَلَاتِکُم » Şeyx Səduq, Səvabil- əmal və iqbalul- əmal, səh 35, Nəşri Darur- Rəzi, çap birinci, 1406 hicri qəməri.
[5] - "Mən cin və insanları yalnız mənə ibadət etmək (və bu yolla təkamülə yetişib və mənə yaxın olmaları) üçün yaratdımı, Zariyat, 56.
[6] - Təbəri Amuli, İmadud- din Əbi CəfərMəhəmməd bin Əbil- Qasim, Bəşarətul- Mustafa lişiətil- Murtəza, cild 2, səh 68, Əl- məktəbətul- Heydəriyyə, Nəcəfi, çap ikinci, 1383 hicri qəməri; Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 11, səh 114, Daru ehtiyat- turasil- ərəbi, Beyrut, çap ikinci, 1403 hicri qəməri.
[7] - Biharul- ənvar, cild 48, səh 105.
[8] - Həmin, səh 75, səh 9.
http://www.islamquest.net/
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dini kitablarda bütün hökümlərin tamam fəlsəfəsi qeyd olunmamışdır. Bu məsələnində əsas səbəbini bilmirik, amma məsum imamdan bir hikməti açıqlanıb ki, sübh və axşam namazları havanın qaranlıq vaxtına düşdüyü üçün, səsli qılmaqla camaat namazına qoşulmaq istəyənlər üçün namazın məkanı və mövqeyi məlum olsun, amma zöhr namazı gündüz və işıqlı vaxta düşdüyü üçün buna ehtiyac qalmır. Əlbətdə yenədə qeyd edirəm ki, bu məsələnin tam fəlsəfəsi deyil, soruşmayın ki, bəs bu zamanda hər yer işıqlıdı və ya camaat namazı olmasa necə və s. lakin bir hikməti və faydası kimi hesab olunur.Allah sizə yar olsun.
Əleykumus-salam
Şiənin dörd mühüm hədis kitabından ikisinin ("Təhzib" və "İstibsar") müəllifi olan Şeyx Əbu Cəfər Tusinin (383-460 hq) "Əl-Əmali" kitabında nəql edilir - (s.292, hədis: 14-567):
Əbu Məhəmməd Fəhham dedi: Əbulhəsən Məhəmməd ibn Əhməd Haşimi Mənsuri "Samerra" şəhərində mənə xəbər verdi ki, Əbu Səriyyə Səhl ibn Yəqub ibn İshaq (Samerra şəhərinin "Səffi şənif" məscidinin azançısı) 298-ci ildə Həsən ibn Əbdullah ibn Mütəhhərdən və o da Məhəmməd ibn Süleyman Deyləmidən və o da atasından belə rəvayət edib ki, günlərin birində bir kişi İmam Sadiqin (ə) yanına gələrək dedi: "Ey mənim ağam, Sənə ödəyə bilmədiyim borcdan və mənə zülm və zorakılıq edən sultandan şikayətçiyəm. İstəyirəm mənə bir dua öyrədəsən ki, onunla borcumu ödəmək üçün qazanc ələ gətirim və sultanın zülmündən qurtarım"İmam Sadiq (ə) o kişiyə buyurdu: "Gecə düşdüyündə iki rəkət namaz qıl. Birinci rükətdə "Fatihə surəsi" və "Ayətəl-kürsi" oxu. İkinci rükətdə "Fatihə" surəsi və "Həşr" surəsini 21-ci ayəsindən - «لَوْ أَنْزَلْنا هذَا الْقُرْآنَ عَلى جَبَلٍ» - sonadək oxu. Namazdan sonra Quranı başının üzərinə qoy və de: "(İlahi) Səni and verirəm bu Qurana və bu Quranı göndərdiyin kəsin haqqına, (bu kitabdakı ayələrin haqqına), Quranda təriflədiyin bütün möminlərin haqqına, Sənin onların üzərində olan Haqqına ki, Sənin Haqqını Səndən yaxşı tanıyan yoxdur!
Ya Seyyidi! (Ey Mənim Ağam – 3 dəfə)!
Ya Allah (10 dəfə).
Bikə Ya Allah (Səni Özünə and verirəm ey Allah). – (10 dəfə).Ya Muhəmməd (10 dəfə)...
Ya Əli
Ya Fatimə
Ya Həsən
Ya Hüseyn
Ya Əli bin Hüseyn
Ya Muhəmməd bin Əli
Ya Cəfər bin Muhəmməd
Ya Musa bin Cəfər
Ya Əli bin Musa
Ya Muhəmməd bin Əli
Ya Əli bin Muhəmməd
Ya Həsən bin Əli
Ya Hüccətu!" - Sonra Allah-Taaladan hacətini istə".
Həmin kişi neçə gündən sonra qayıtdı ki, borcunu ödəmiş, sultanla arasında sülh yaranmış və işlərində rifah hasil olmuşdu".
Qeyd: İmam Musa Kazimdən
(ə) nəql edilən başqa rəvayətdə "Bikə Ya Allah"dan sonra "ya Muhəmməd"
deyil, "bi Muhəmmədin", "bi Əliyyin" ... rəvayət edilmişdir.
Həmçinin bu hədisdə
deyilir ki, imamların adın hər kəs öz zamanın İmamına qədər desin. Yəni
İmam Rza (ə) zamanında bu duanı oxuyanlar İmam Rzaya (ə) qədər and
verirmişlər. Buna görə də ehtimal olunur ki, Şeyx Tusi sonrakı İmamları
özü duaya əlavə etmişdir ki, duanı oxumaq möminlər üçün rahat olsun.
("İqbalul-əmal", Seyid Tavus, 1/187 (346); "Əl-İnsaf fin-nəssi əla əimmətil-əthar", Seyid Haşım Bəhrani, s.486; "Biharul-Ənvar", Əllamə Məclisi, 88/346; 89/112; 95/146; "Vəsailuş-şiə", Hürr Amuli, 8/135)
Allah sizə yar olsun.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Cümə gününü Allah-taala günlərin arasından seçdiyi üçün fəzilətlidir. Bəzi əməllərin fəzilətli olması cümə gününə xatirdir, cümə gününün fəziləti bu əməllərə xatir deyil, yəni əməllərsizdə cümə günü fəzilətlidir. Hər halda cümə gününün əməlləri arasında ən fəzilətlisi cümə namazıdır. Cümə günün cümə adlanması ilə bağlı İmam Sadiq (ə) buyurur: Bu gündə Allah-taala öz məxluqatlarını Mühəmməd (s) və Ali-mühəmmədin vilayətinə cəm etdi.Allah sizə yar olsun.