Sual (131) : Salam Allahin Rehmeti uzerinize olsun.mesumlarimiz borcdan qurtulmaq ucun verdiyi tovsiyeleri hedisleri yazardiniz Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Borcdan xilas olmaq üçün insan çalışmalı və zəhmət çəkməlidir və bunun kənarında Allahdan bərəkət və kömək istəyib Ona təvəkkül etməlidir. İmam Sadiq (ə) buyurub:
Dörd nəfərin duası müstəcab olmaz. Biri evdə oturub Allahdan ruzi istəyən kişinin. O, dua edərkən belə cavab gələr: “Məgər Mən kəsb etməkdən ötrü çalışmaq göstərişi verməmişəm?!”
İkincisi öz mal-dövlətini aradan aparıb, sonra Allahdan ona ruzi verməsini istəyən kişinin. Onun da cavabında belə deyilər: “Məgər mən sənə israfa yol verməməyini və malını islah etməyi bildirməmişdimmi?!”
Hz. Əlidən (ə) nəql olub ki, Peyğəmbərə (s) şikayət etdim borcdan buyurdu: Bu duanı çox oxu
اللَّهُمَّ أَغْنِنِي بِحَلَالِكَ عَنْ حَرَامِكَ، وَ بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ
Allahummə əğnini bihəlalikə ən həramik və bifəzlikə əmmən sivak.
Həmçinin çoxlu istiğfar etmək, Qədr və Fatihə surələrini oxumaq sifariş olunub.

Allah sizə yar olsun.

Sual (132) : Men qebiristanliga gedende orda yatan ucun ne ede bilerem ki, ruhu şad olsun, ve qebir sixintisindan az eziyyet ceksin. Salama layiq olan kimseye Salam olsun!!!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbəri Əkrəm buyurub: ''Qəbristanlığa girib ''Yasin'' surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər rahat və şad olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab verilər.
Yaxşı və xeyr işlərin savabında ölüləridə şərik edin.

Allah sizə yar olsun.

Sual (133) : Salam.Meşhede gedecem.Imam Rzanin qebrinin yaninda hansi duani oxuyum? Ne edim?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Imam Rzanın (ə) xüsusi ziyarəti var ki, dua kitablarında qeyd olunub, yaxşı olar Camiə-kəbirə və Əminəllah ziyarətnaməsini oxuyasız çünki bu ikisi imamların dilindən nəql

olunmuş mötəbər ziyarətnamələrdir. Səfərə çıxanda ziyarət qüsulu vermək müstəhəbdir.

Allah sizə yar olsun.

Sual (134) : salam.fitir namazi neter qilinir?
Bismillahir-rəhmanir-rəhim.

Ələykumus-salam.

Bayram namazı iki rükətdir. Bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır.
İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.
Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:

«Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun.

Allah sizə yar olsun.
Sual (135) : Salam deyerli mominler! Mene ele bir dua ve ya zikr deyin ki, heqiqeten Allah-teala o dua ve zikrden razi qalsin, ve Allah dergahinda en ustun zikr olsun! Allah size yar olsun!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-təala bütün dua və zikrlərdən razıdır və hər dua və zikrin öz yeri var. Fəzilət baxımından salavat Allah 

dərgahında qəbul  olunmuş duadır.

Allah-taala Qurani-kərimdə buyurur: “Həqiqətən, Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! (Siz də) Peyğəmbərə salavat göndərin, salam deyin və (onun əmrinə) tabe olun!” Əhzab 56.

İmam Sadiq (ə) buyurmuşdur: “(Qiyamət günü) əməllər ölçüləndə, Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdən ağır bir əməl olmaz.”

İmam Rza (ə) buyurmuşdur: “Mühəmməd və onun Əhli-beytinə salavat göndərmək təsbih (Subhanəllah), təhlil (Əl-həmdu lillah) və təkbir (Əllahu-əkbər) deməyin savabı ilə bərabərdir.”

Allah sizə yar olsun.

Sual (136) : Birdeki,namazin sonunda salavat ceviririk,peygemberlerimize,imamlarimiza.umumiyyetle salavatin menasi Peygemberimize ve onun ehli beytine ALLAHin salami demekdir,ama men olulerimize,meleklerimize,qaracuxamiza,14mesuma ve s. salavat gonderirem .bu duzgundurmu.umumiyetle qara cuxanin anlamini tam olarag derk etmirem,ona salavat gondermek duzgundurmu.coxsagolun

 Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, namazı qurtardıqdan sonra olar. 

Xalqımız arasında məşhur olan Qaraçuxa anlayışı, insanı qoruyan və ya onun taleyinin təcəssümü olan, çiyninə qara çuxa (əba) salmış bir varlığı təsəvvür edir. İlkin İslam qaynaqlarında apardığımız araşdırmalar göstərir ki, xalqımız arasında formalaşmış bu fikrin heç bir dini əsası yoxdur. Buna görə də bu fikrin ilk dəfə necə və haradan qaynaqlandığı haqqında əlimizdə heç bir məlumat yoxdur. Lakin Quranda (Qaf, 18) insanın yaxşı və pis əməllərinə göz qoyan iki mələkdən söhbət açılır. Ola bilsin ki, uzun illər həqiqi İslamla arasında fasilə yaranan xalqımız zaman keçdikcə bu iki mələyi xurafatlaşdıraraq onları qoruyan qara çuxalı (əbalı) varlıq kimi yazılı və şifahi ədəbiyyatımıza daxil etmişdir.

 Allah sizə yar olsun.
Sual (137) : men namaz qilmaq isdeyirem amma ozume inamim yoxdur xahis edirem mene komeklik edin

Bismillahir-rəhmanir-rəhim.

Şeytan namazı insanın gözündə çətinləşdirir və buinamsızlığı yaradanda odur. Allah-təala Quranda buyurur:

Bəqərə 45. (İşlərinizdə) səbr (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir.

Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir» Ənkəbut surəsi 45.

Allah sizə yar olsun.


Sual (138) : salamu alaykum ve rahmatullahi va barakatuh bilmek istiyirdim, sunniler neye gore deyir:Sadaqallahul azim", neye gore :aliyyul sozunu isdetmiller? tskler

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Belə deyilməsi son zamanlar rəsmləşib. Baxmayaraq ki, Əl-Əliy Allahın sifətidir amma bəziləri cahil təssübkeşlik üzündən bunu demir və elə təsəvvür edilir ki, şiələr İmam Əliyə (ə) görə belə deyirlər amma Ayətul-kürsünün sönunda əliyyul-əzim bir yerdə gəlib və Peyğəmbərdən (s) nəql olan hədisdə buyrulur: Quranın sonu Sədəqəllahul əliyyul əzimdir. Biharul-ənvar cild 57 səh 243.

Allah sizə yar olsun.

Sual (139) : Salam.Qedr gecesi qurani-kerimi başi uzerine qoymaq bidetdir? Niye bele edirler?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr bidət deyil, bidət odur ki, dində olmayanı dinə nisbət verəsən. Bu əməl alimlərin kitabında məsumlardan nəql olunub. Bir növ bu əməllə Qurana pənah aparıb məsumları vasitə qərar verirlər.

Allah sizə yar olsun.

Sual (140) : sələm `əleykum. yaddaşı gücləndirmək üçün hansı dualar var? çox sağolun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1) Quranda Bəqərə surəsi 255 ci ayəni "Ayətul kürsini" çox oxuyun.

2) Çoxlu istiğfar edin bu cümləni deyin: "Əstəğfirullahə rəbbi və ətubu iləyh"

3) Mütaliə zamanı bu duanı oxuyun.  

 اَللّهُمَّ اَخْرِجْنى مِنْ ظُلُماتِ الْوَهْمِ وَ اَكْرِمْنى بِنُورِ الْفَهْمِ اَللّهُمَّ افْتَحْ عَلَيْنا اَبْوابَ رَحْمَتِكَ وَانْشُرْ عَلَيْنا خَزائِنَ عُلُومِكَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ 

Allahumə əxricni min zulumatil-vəhm və əkrimni binuril-fəhm, Allahumməftəh ələyna əbvabə rəhmətik vənşur ələyna xəzainə ulumik berəhmətikə ya ərhəmər-rahimin.   

Allah sizə yar olsun. 

Go to TOP