Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Cinlərdən qorunmaq üçün Fələq və Nas surələrini oxuyun. Təəssüf ki, belə məzmunda məktub tapa bilmədik. Hz. Əli (ə) cinlərlə müharibəyə gedəndə Allahın gözəl adlarını çəkib və Allahu əkbər deyib.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər nəzərinizdə xüsusi bir dua varsa duanın adını qeyd edin. Allahın hər zaman insanı qoruması üçün çoxlu dualar var misal üçün covşən kəbir duası var.Bismillahir-rəhmanir-rəhim.
Bəli, belə dua var və namazda qunut, rüku və səcdədə oxuya bilərsiz.Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Kafər, zalım və münafiqə rəhmət düşmür və onlara dua edib savab hədiyyə etmək mənasızdır.
Allah-təala Quranda buyurur:
Tövbə surəsi ayə 84. Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər.
113. Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz).
114. İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Xeyr, hənəfi məzhəbində namazın qəzası vacibdir istər sübh istər digərləri, istər yuxuya qalsın istər qəsdən tərk olsun eyni şiə fiqhi kimi. Hənəfi və digər 3 məzhəbin şiə ilə fərqi bundadır ki, onlar dünyasını dəyişmiş insanın qəza namazlarını niyabətən qılmağı düzgün hesab etmirlər cəfəri fiqhində isə düzgündür.Ad: İsmayıl, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, olar. Camaat namazı niyyəti ilə, Əgər əvvəlinci rükətdə iqtida olunubsa 3 cü rükətdə pişnamaz qalxanda iqtida edən qalxmayacaq və namazını bitirəcək. Ümumiyyətlə pişnamaza bütün namazları və hər hansı rükətdə olarsa iqtida və bağlanmaq olar.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.
İlk 8 rükət gecənin nafiləsi niyyəti ilə qılınır - 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə "Fatihə" və "İxlas", 2-ci rükətdə "Fatihə" ve "Kafirun" surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, insana zülm verən zalımı cəzalandırması barədə də Allaha dua etmək olar. Hər iki rükətin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrət Fatimənin (ə) zikrini demək savabdır.
Sonra 2 rükət "Şəf'" namazı qılınır. 1-ci rükətində "Fatihə" dən sonra "Nas", 2-ci rükətində "Fatihə"dən sonra "Fələq" surələri oxunur, qunut tutulmaz.
Axırda 1 rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "ixlas" və 1 dəfə "Fələq" lə "Nas"surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər mominin bağışlanması üçhün dua edilir, sonra 70 dəfə istiğfar edilir, 7 dəfə "hazal-məqamul-aizu bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerine yetirilir.
Gecə namazı qılmağın savabı və fəziləti çoxdur və gecə namazını tərk etməkdənsə hər nəqədər imkan olsa o qədər qılmaq daha yaxşıdır. Əgər 11 rükəti qılmağa çətinlik çəkirsinizsə təkcə şəf və vitri (son 3 rükəti) qılın və vitrin qunutunda qısa deyə bilərsiz.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu Quran ayəsidir, Hz. Zəkəriyya peyğəmbərin duasıdır.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, bu barədə bir neçə hədis var. Hz. Zəhra (s) atası Rəsuləllahdan (s) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: Cümə günündə elə bir saat var ki, o saatda edilən duaya Allahın inayəti olar və qəbul olar, soruşdum hansı vaxdır buyurdu: Cümə günü gün batan vaxtı, daha dəqiqi günəşin yarısı batsın yarısı isə yox.
Bundan əlavə İmam Baqir (ə) buyurur: Cümə günü zöhr azanı vaxındada edilən dua qəbul olar.
Allah sizə yar olsun.