Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu suala cavab vermək üçün aşağıdakı məsələlərə diqqət etmək lazımdır:Birinci: Fəlsəfi baxımdan “nəfs (ruh) ” üç növdür: Nəbati (bitki, bioloji, vegetable), heyvani (animal) və insani (human). İnsanlar hər üç növə malikdirlər. Heyvanlar birinci iki növə və bitkilər isə yalnız birinci qismə malikdirlər. Başqa sözlə daha yüksək mərhələdə yerləşən “nəfs” özündən aşağıda yerləşən nəfsin kamalatına malikdir. Nəbati nəfsin ən əsas xüsusiyyətləri inkişaf, qidalanma və artımdan ibarətdir. Heyvani nəfsin xüsusiyyətləri qeyd edilən hallardan əlavə hissi idrak və hərəkətdən ibarətdir. İnsani həyatın digər özəllikləri isə ixtiyar və düşüncədir. Deyilənlərdən belə məlum olur ki, hər bir “nəfs” xüsusi qüvvələrə malikdir və xüsusi hərəkətlərin aşkara çıxmasına səbəb olur. Buna görə də diri olmaq, nəfsə və ya insani ruha malik olmaq deyildir. Yəni ola bilsin ki, bir yerdə həyat olsun, amma insani ruh və hətta heyvani ruha belə malik olmasın, buna “nəbati” həyat deyirlər. Rüşeym də ilkin formalaşma mərhələlərindən etibarən diri hesab edilir. Amma onun həyatı ilk öncə “nəbati”, sonra “heyvani” və sonda isə “insani” olur və onun hüdudları bir sıra rəvayətlərdən məlum olduğu kimi 4- 5 aylıqdır.
Başqa sözlə bədənin hissələri kamilləşəndən sonra (dörd aylığın sonu və beşinci ay boyunca) rüşeymin zahiri forması kamilləşir və ana bətnində olan rüşeymin hərkət etməsini hiss edir. Bu mərhələ ruhun tapılmasının başlanğıcı və başqa sözlə “insani” həyatın ilkin simvolları hesab edilir.
İkinci: “Ruh” qurani kərim ayələrində, müsəlman filosof və kəlam alimləri arasında müxtəlif mənalarda istifadə edilmişdir ki, onlardan biri də insani nəfsdir.
"فإذا سویته و نفخت فیه من روحی2]
ayəsi kimi. Tədqiqatçılar deyir: “Allah öz ruhumdan insan bədəninə üfürdüm” dedikdə ruhu özünə aid edir. Burada uyğunluq formal xarakter daşıyır. Yəni məqsəd insan ruhunun əzəmət və şərafətini ifadə etməkdir. Burada məqsəd Allahdan bir şeyin ayrılaraq insana birləşməsi demək deyil, bəlkə ruh da cism və digər bütün işlər kimi Allahın məxluqudur.
Üçüncüsü: Ruh və bədənin müstəqil xilqəti olub – olmaması barəsində müxtəlif nəzərlər mövcuddur. Molla Sədraya görə ruh “cismaniyətul- hudus” və “ruhaniyətul- bəqa” dır. Yəni maddə embriomda öz substantiv hərəkət və təkamül seyrində ruhani və nəfsani mücərrədlik mərhələsinə çatır. Cism və ruhun iki ayrı xilqəti və əlavə tərkibi yoxdur.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Cinin insan bədəninə girməsi çoxda aydın məsələ deyil və qətiyyətlə nəzər vermək çətindir. Amma cin və şeytanların insana əziyyət etməsi və bunun nəticəsində insan ruhunun zədələnməsi əqli baxımdan mümkündür və Quranda da buna işarə olunur.Bəqərə surəsi ayə 275. Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu onların «şübhəsiz, alış-veriş də sələm kimidir» demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan dünyaya göz açdığı vaxt heç nə bilмir. Və мüxtəlif işlərdə başqalarının təcrübəsindən istifadə etмəyə мəcbur olur. İnsan öz istəyindən asılı olмayaraq, başqalarının elмi nəaliyyətindən bəhrələnir. Çünki həyatın dolaмbaclı yollarını adlaмaq üçün hər addıмda elм və biliyə ehtiyac var.Əleykumus-salam.
Ağıl bir vasitədir iman isə hədəf, bəs nəticədə ağıl əvvəl yaransada iman ondan üstündür.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanın batinində iki böyük və əzəmətli qüvvə – əql və eşq qoyulmuşdur ki, bunların hər biri insanın həyatında mühüm rol ifa edir. Əql nurlu bir çıraq kimi həyatın enişli-yoxuşlu yollarında işıq saçır. Əql qərizə (instinkt) qəbilindən deyildir; o, insanın daxilində mövcud olan meylləri tənzimləmək, mötədil vəziyyətə salmaq işini öhdəsinə alır və onun işi mühasibədən ibarətdir. Bu kəlmə qərb terminologiyasında tamamilə başqa mənaya işlənir. Bu məfhumda əql yalnız rəqəmlərin, hesablamaların, riyazi əməliyyatların, qazanc və ziyanların məfhumundan başqa bir şey daşımır və insani istəklərin və şəhvətin təmin olunması üçün bir xidmətçiyə çevrilir.Eşq isə insanın daxilində və təbiətində başqa bir şeyə olan cazibədən və meyldən ibarətdir.
İman qəlbən yəqin edib ürək bağlamaqdan ibarətdir. Onun həqiqi mənada gerçəkləşməsi iki əsas ünsürün gerçəkləşməsinə bağlıdır, yəni eşq və əqlin qane olması ilə müyəssər ola bilər.
Ürək və qəlb camaat arasında və ariflərin terminində əqlin qarşılığında dayanır. Bu mənaya ki, əql dedikdə külli deyil, cüzi əql nəzərdə tutulur. Amma Quran ayələrinə müraciət etməklə aydın olur ki, bu səmavi kitabın terminində qəlb – hüsuli və hüzuri idrakların, həm də insani duyğuların, atifələrin (emosional xislətlərin, ülvi duyğuların) mərkəzi sayılır. Deməli, qəlb deyildikdə məqsəd bitki və heyvanlara məxsus olan həyat deyil, insani həyatın mənşəyi olan insan ruhundan və nəfsindən ibarətdir.
Əqlin müqabilində dayandığı zaman qəlb dedikdə məqsəd insan ruhunun o yönü nəzərdə tutulur ki, şühudi idraklar, hüzuri elmlər, insani duyğular, atifələr (emosional xislətlər), ülvi duyğular və eşq ondan qaynaqlanır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ağıl bir vasitədir iman isə hədəf bəs nəticədə ağıl əvvəl yaransada iman ondan üstündür. Əgər hədislərə əsasən günah ağılı aradn aparırsa günahı tərk etmək və saleh əməllərdə ağılı artırır. Günah, şəhvətin ağıla qələbəsinin nəticəsidir. Hər günah imanda bir ləkə yaradır.İslam dinində əvvəlcə ağıl sonra imandır xiristianlıqda isə əksinə. Əlbətdə ağil və iman biri-birin kamilləşdirir, necəki iman saleh əməldən qabaq gəlsədə iman və əməli saleh biri-birin gücləndirir. Ağıl daha geniş məna daşıyır mümkündür bir kəsin elmi olmasın amma ağıllı adam olsun. Əlbətdə ağilin nə olmağı barədə konkiret fikir yoxdur bəlkə müxtəlif təriflər olunub. İmam Sadiqdən (ə) soruşurlar əqil nədir İmam buyurur: Əqil o şeydir ki, onunla Allaha ibadət olunar və cənnət ələ gətirilər. İmamdan (ə) soruşurlar bəs Müaviyədə olan nə idi? buyurur onda olan şeytənət idi. Əlbətdə bu hədisdə əqli əməlidən söz gedir. İman - dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Nəfsi paklamaq üçün həm ağıl lazımdır həm iman. Ağıl iman üçün qaranlıqda nura bənzəir.
İmam Sadiqin (s) hədisinə əsasən bəli imansız insan həmdə ağılsızdır. Ələbtdə ağıl iki qisimdir, əməli və nəzəri.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ağıl bir vasitədir iman isə hədəf bəs nəticədə ağıl əvvəl yaransada iman ondan üstündür. Əgər hədislərə əsasən günah ağılı aradn aparırsa günahı tərk etmək və saleh əməllərdə ağılı artırır. Günah, şəhvətin ağıla qələbəsinin nəticəsidir. Hər günah imanda bir ləkə yaradır.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam dinində əvvəlcə ağıl sonra imandır xiristianlıqda isə əksinə. Əlbətdə ağil və iman biri-birin kamilləşdirir, necəki iman saleh əməldən qabaq gəlsədə iman və əməli saleh biri-birin gücləndirir. Ağıl daha geniş məna daşıyır mümkündür bir kəsin elmi olmasın amma ağıllı adam olsun. Əlbətdə ağilin nə olmağı barədə konkiret fikir yoxdur bəlkə müxtəlif təriflər olunub. İmam Sadiqdən (ə) soruşurlar əqil nədir İmam buyurur: Əqil o şeydir ki, onunla Allaha ibadət olunar və cənnət ələ gətirilər. İmamdan (ə) soruşurlar bəs Müaviyədə olan nə idi? buyurur onda olan şeytənət idi. Əlbətdə bu hədisdə əqli əməlidən söz gedir. İman - dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Nəfsi paklamaq üçün həm ağıl lazımdır həm iman. Ağıl iman üçün qaranlıqda nura bənzəir.
İmam Sadiqin (s) hədisinə əsasən bəli imansız insan həmdə ağılsızdır. Ələbtdə ağıl iki qisimdir, əməli və nəzəri.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İstədiyiniz qıza qovuşmaq üçün dua etməyin və ya onun haqqında dua edib Allahdan istəməyin eybi yoxdur, amma cadu elətdirmək günahdır. Həmçinin günaha səbəb olan işlərdən çəkinəsiniz misal üçün arada məhrəmiyyət nikahı olmadan istədiyiniz qızla ünsiyyət qurmaq və zərurəti olmadan görüşmək və söhbət etmək günahdır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.Bəzi rəvayətlər onun həqiqət olduğunu təsdiqləyir. "Durrul- mənsur" kitabında Peyğəmbərdən (s) rəvayət olmuşdur ki, o həzrət buyurdu: Göz dəymə məsələsi həqiqətdir. Və yenə buyurdu: Göz dəymə (nəzər) sağlam insanı qəbrə və sağ dəvəni isə qazanda qərar verir.
Nəhcül- bəlağə hikmət- 400- də gəlmişdir: Nəzər həqiqətdir və ondan amanda qalmaq üçün dualardan istifadə etmək də həqiqət və haqqdır.
Bu rəvayətdən məlum olur ki, nəzər və göz dəymə xurafat olan bir şey deyil, bəlkə bir həqiqətdir ki, zahirdə baş verir və onun qarşısını almaq üçün də yolları vardır.
Məşhurdur ki, Qələm surəsinin 51-52 ci ayəsi gözdəymə amanda qalmaq üçün çox təsiri vardır.
Və in yəkadulləzinə kəfəru la yuzliqunəkə bi əbsarihim ləmma səmiuz zikrə və yəqulunə innəhu ləməcnun. Və ma huvə illa zikrun lil aləmin.
Bu ayədə Allah- Taala Peyğəmbərə (s) buyurur: Az qalır ki, kafirlər Quran ayələrini eşitdikdə, nəzərlə səni aradan aparsınlar və deyirlər: "o dəlidir!"
Bu ayənin nazil olması barəsində gəlmişdir: Bəni Əsəd qəbiləsindən bir nəfər, bəzi vaxtlar üç günlərlə aclıq çəkirdi və ondan sonra hər bir şeylə qarşılaşırdısa deyirdi: onun kimisini bu günə kimi görməmişəm və bu zaman o əşyaya ziyan dəyirdi. Bəziləri istəyirdilər bu işi Peyğəmbərin (s) haqqında da həyata keçirsinlər. Amma Allah- Taala Peyğəmbəri ondan amanda saxladı.
Həmçinin "Ayətəl kürsi","Nas", "Fələq" "Həmd" və "Tövhid" surələrini oxumaq gözdəymənin qarşısını alar.
İmam Sadiq (ə) buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:
«ماشاء الله لاقوة الا بالله العلی العظیم»
Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim.
Üzərliyin xasiyyətini həm din həmdə elm təsdiqləyir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, üzərliyi yalnız mələklər əkir və məmur olduqları yerə çatdırırlar. Onun dənəsində şəfa vardır və yetmiş növ xəstəliyə dərmandır.” Üzərlik barəsində məsumlardan hədislər nəql olub.
Allah sizə yar olsun.