Sual (1) : Əti və ya quyruğu suya çəkərkən onlarla yanaşı murdarlanmis əl də pak olur?
Ad: Tek Allahim, Ölkə: rusiya, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Pak olur. Bu şərtlə ki, onun üzərini, yağ maddəsi örtməsin. Lakin az miqdarda yağlı olmağın eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : assalamaleykum!isac yuyucusu(sampun)eger terkibinde necis sayilan(pive)olarsa istifade etmek olarmi?saq olun
Ad: elxan, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onunla saçınızı yuya bilərsiniz, lakin bilməlisiniz ki, başı və dəydiyi yerləri murdar edir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Salam aleykum, Xahis edirem deyerdiz Xamenei aga etir ve parfumeriyanin icindeki etil spirti necis bilir ya yox?
Ad: Rovshan, Ölkə: Azerbaijan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər əslində axıcı və məstedici spirtlərdən olsa, murdardır amma belə olmasa, yaxud məstedici və axıcı olmasını bilməsəniz, eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : salam aleykum. Çirkab, kanalizasiya və bu kimi sulari sexlərdə və zavodlarda təmizlənəndən və saflaşdırılandan sonra pak ola bilermi?
Ad: Selim, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İradı var. Lakin axar və ya kürr suyuna kifayət qədər qarışsa, eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : salam size bir sualim var necis olmus xemiri nece paklamaq olar?
Ad: Heyder Kerrar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zahirən bunun diqqətə layiq bir yolu yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Əgər patlarları iki hissəli yarı avtomatik paltaryuyan maşınarla yuyub və yuyulandan sonra bir başa yuyan hissədən qurudan hissəyə köçürək və qurudan hissənin yuxarısında qoyulan məcradan maşından boşaltmaq üçün şlanqla suya çəkək. Əgər yuyulmuş paltarlarda nəcis bir paltar olsa, bu yolla paltarların hamısını pak olmasına əmin olmaq olarmı?
Ad: Zemine, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Əgər nəcasətin eyni aradan gedəndən sonra, ker su paltarın hər yerinə yetişib və qurudanın fırlanması nəticəsində onun suyu xaric olsa, paltar pak olar.

Həzrət Ayətullah Xaminei:

Əgər nəcasətin eyni gedəndən sonra, boruya birləşən su paltaryuyan maşının içindəki paltarlara və maşının hər yerinə yetişsə və ondan ayrılıb və xaric olsa, pak olmasına hökm olunur.

Həzrət Ayətullah Fazil:

Bəli, qurudanın fırlanması nəticəsində onun suyu xaric olandan sonra, pak olar.

Həzrət Ayətullah Məkarim:

Əgər su şıanqını ona qoşub, su onun hər yerini tutsa və artıq sular çölə çıxsa, pakdır.

Həmçinin, özü neçə dəfə paltarı yuyub və onu suya çəkən avtomatik paltaryuyan maşını vasitəsi ilə paltarın pak olması barəsində olan sualın cavabında buyurublar:

"(Paltaryuyan maşının içindəki paltarlar) pakdır. Fərqi yoxdur ki, paltarları yuyan zaman boru sularına birləşmiş olsun ya da, o kəsiləndən sonra yumağa başlasın".

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (7) : Kür və axar su ilə olan təharətin (paklamanın) fərqi nədir?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu barədə onların heç bir fərqi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (8) : Əgər duzlu su qaynadılsa, onun buxarından (distillədən) əldə edilən su ilə dəstəmaz almaq səhihdirmi?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Buxarlanmış duzlu suyun damcılarından (yığılan) suya mütləq su adı deyilsə, (mütləq suyun hökmü də) ona aid olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Nəcis olmuş paltarı çox su ilə yuyanda onu sıxmaq lazımdırmı, yoxsa nəcasət aradan gedəndən sonra suyun nəcis olan yerin üstündən axması kifayətdir?
Ad: Gulaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kəsir suyun daxilində suyun nəcis olan yerin üstündən axması, sonradan isə ondan çıxması (hətta suda hərəkət etdirməklə də olsa) kifayətdir. Sıxmaq isə lazım deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : Nəcis xalça-palazı və s. borulara birləşmiş su krantından gələn su ilə yumaq istədikdə krantın suyu nəcis olan yerə çatan kimi pak olurmu, yoxsa (paltarın) yuyulduğu suyun (ondan) ayrılması vacibdir?
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Krant suyu ilə paklamada (paltar) yuyulan suyun ondan ayrılması şərt deyildir. Elə nəcasətin eyni (özü) aradan getdikdən sonra və həmçinin nəcasət dəymiş yerin suyu öz yerindən nəql olunduqdan sonra suyun nəcis dəyən yerə çatması ilə (o paltar) pak olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP