Sual (11) : eger namaz qilmaqa valideynler icaze vermirse ne etmeliyik
Имя: ...., Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.
Valideyn, övladın mühüm və taleyini həll edən işlərlə səbəbsiz yerə müxalifət etdikləri məsələlərdə onlardan təbəiyyət etmək vacib deyil və razılığlarını ələ gətirmək lazım deyil. Amma çalışışın valideynlərinizlə ədəb və ehtiramla davranın. Əgər valideynin razılığını ələ gətirmək mümkün deyilsə, təkcə vaciblərə əməl etməklə kifayətlənin. Namaz heç bir halda insanın üzərindən götürülmür. Çalışın valideynlərinizin inam və etimadını qazanasınız və onları inandırın ki, namaz sizin başqa fəaliyyətlərinizə maniə törətmir, əksinə müvəffəqiyyətinizə səbəb olacaq.

Allah sizə yar olsun.

Sual (12) : Salamun Aleykum ve rahmetullah. eger ana heddi buluğa çatan qızına namaz ve hicabı öyretse hicab taxdırsa ve buna gelinin öz anası müdaxile Edib dese qıza hicab taxdırsan seni erinnen boşadacam. gelinin vazifesi nedir.
Имя: etibar, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şərait olduğu halda, yumşaq söz və xoşdillə ehtiram edərək onlara “əmr be məruf və nəhy əz münkər” etsin, bundan artıq boynunda vəzifəsi yoxdur.

Allah sizə yar olsun.

Sual (13) : Essalamu eleykum.Aqa Allahu-taala sizin vucudunuza bereket versin Insallah.Burada eziyyet cekenlerinde ecrini versin Insallah. Aqa men bir muddetdiki lenet olmus massonun simvollariyla maraqlanirdim ki,onlara xas olan seylerden istifade etmeyim.Tezelikce bildim ki,cizgi filmlerde,kinolarda simvollar doludu ve bu mene cox pis tesir etdi cunki usaqliq ve genc yaslarimda olara cox baxmisam.Elhemdulillah indi hicabli ve namaz ehliyem ve oseylerden uzaqam.Indi men bildiyimi xebersiz insanlara catdirmaqa calisiram amma bu islerle o qeder maraqlandim ve mene pis tesir etdi ki,yoldasim dedi senin olarnan maraqlanmaqin olmaz.Indi men bilmek isteyirem ki,bu seylernen maraqlanmaq mene haramdi ya yox? cavaba gore cox saq olun.
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər həyat yoldaşınızın hüquqları ilə ziddiyyəti olmasa haram deyil. İki məsələdə ərin hüququ var ki, qadın təbəiyyət etməlidir. Biri evdən xaric olmaqda ərindən icazə almalıdır və birdə qadın ərinin cinsi istəklərinin qarşısında təmkin etməlidir. Amma yaxşı olar ailə münasibətlərini möhkəmlətmək üçün digər məsələlərdə də təbəiyyət olunsun, tainki ailədə qarşılıqlı etimad yaransın.

Allah sizə yar olsun.

Sual (14) : assalamu aleykum! nəfəqə haqqı nedir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nəfəqə - ehtiyacı olanlara göstərilən təmənnasız yardım deməkdir. Sədəqə də infaqa aiddir. Şəriətdə ailə başçısının öz ailə üzvləri üçün xərclədiyi pula, eləcə də, yardıma ehtiyacı olan şəxslər üçün bunu verməyə borclu olan adamlardan alınan məbləğə (alimentə) də nəfəqə deyirlər. Öz həyat yoldaşının nəfəqəsini təmin etmək kişinin borcudur. Yetikinlik yaşına çatmamış övladların da nəfəqəsini ata verməlidir. Həzrət Mühəmməd Peyğəmbər (s) insanın öz yaxınlarına (ailə üzvlərinə, valideynə, yaxın qohumlara, qonşulara) etdıyi nəfəqənin ən üstün nəfəqə olduğunu bildirmişdir.

Allah sizə yar olsun.

Sual (15) : Salam."El arasinda deyimler var hamilelikde filan seyi yesen usaq bele olar kimi.meselen heyva..." ve s. Dinimizde bele tovsiyeler var? Sag olun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həqiqətdə el arasında deyilənlər dindən və hədislərdən götürülüb. Bu haqda həddən artıq islamda tövsiyələr var. Hədislərdə qidaların, rəftarların və hansı gündə hansı saatda nütfənin bağlanmasının hətta niyyətlərin nütfədə və ana bətnində olan körpənin görnüşündə və əxlaqında olan təsirindən söz açılır. Bu barədə Möminlərin zinəti kitabına, həmçinin saytın kitabxanasına müraciət edə bilərsiz.

Kitabın adı: Ailə səadətinə necə nail olaq?     Mövzu: Əxlaq     Müəllif: Ayətullah Hüseyn Məzahiri     

http://kitab.nur-az.com/az/lib/view/133

Allah sizə yar olsun.

Sual (16) : Salam Aleykum və Rahmətullah Bir nəfər tanıdığım şəxs, cərrahiyyə əməliyyatı etdirmək məqsədilə satmaq istədiyim maşınımı məndən bir həftə müddətinə pulunu ($14000) vermək şərtilə aldı və verdiyi sözə əməl etmədi. Sonradan məlum oldu ki, mənim kimi xeyli insanların, müəyyən yolla aldadaraq pullarını mənimsəyib və “TOPAZ”da - Futbol hesablarının nəticələrinə proqnoz qoymaqla oynanılan qumarda uduzub. Dəfələrlə evlərinə gedib pulumu geri istəməyimə baxmayaraq məni aldadıblar və hətta onları tapa bilməyim deyə kirayə qaldığı evləri dəyişiblər. Onun yaxınlarına da dəfələrlə bildirmişəm ki, pulu vermədiyi halda polis orqanlarına şikayət edəcəyəm. Artıq iki ildən çoxdur ki, hamıdan qaçaraq gizlənir və yenə də onu tanımayan başqa insanları aldadaraq pullarını mənimsəyir. Xülasə, onun haqqında polisə mənimlə bərabər bir neçə nəfər şikayətlə müraciət edib. Artıq o şəxs dövlət tərəfindən həbs edilib. Bəziləri (bir neçə nəfər) polisə şikayət etmənin nə dinlə, nə də ki İslamla düzgün olmamasını dilə gətirərək, bu addımı atanın və şikayət etməyin icazəli olduğunu bildirən ruhaninin “ləkəli” olduğunu və cəmiyyət içində pis baxılmasını iddia edərək məsləhət qismində bu işdən çəkilməmi istəyirlər (Bu “bir neçə nəfər” onun yaxınları və yaxınlarının dostlarıdırlar.) Sual 1: “Belə olan halda mənim vəzifəm haqqımı polisə müraciət etməklə tələb etməkdir yoxsa illərlə pulumun geri gəlməyəcəyini bildiyim halda oturub gözləməkdir?” Sual 2: “O “bir neçə nəfər”-ə mənim verdiyim cavab və yaxud sizin tövsiyyəniz nədir?” Sual 3: “İslamda buna uyğun kər hansı nümanə ola biləcək hadisə baş veribmi?” Çox xahiş edirəm sualıma dolğun cavab verərək necə addım atmağımda məndən dəyərli tövsiyyənizi əsirgəməyin ! Assalamu aleykum və rahmətullahi və bərakətuh.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər bu insan yazdığınız kimi olmasaydı, yəni sizdən borc alıb qaytarmaq istəsəydi, amma müflistləşdiyi üçün pulu geri qaytarmaq imkanı olmasaydı, belə şəxsə möhlət vermək məsləhət olunur. Amma borcunu ödəmək məqsədi olmayan fırıldaqçılıqla məşqul olan insandan öz haqqını almaq üçün şikayət etməyin heç bir eybi yoxdur və əksinə belə fırıldaqçıların qarşısı alınması üçün lazımdır.

Həzrət Əli (ə) öz zirehini başqasında görüb istədi, amma o şəxs inkar etdi, Hz. Əli (ə) qaziyə şikayət edib öz haqqını tələb etdi.

Allah sizə yar olsun.

Sual (17) : Bismillah. Salam aleykum. Kişi öz xanımı ilə hansı həddə mülayim davranmalıdır? Onun hansı istəklərini yerinə yetirməlidir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ailə davranışında bir şəri və qanuni rəftarlar var ki, bu əhkam kitablarında gəlib. Misal üçün cinsi istəklər, yemək-içmək, geyim, məskəni və s təmin etmək. Amma əxlaqi baxımdan davranışın həddi yoxdur və ya daha doğrusu insan özü bu həddi müəyyənləşdirir. Şəriət qanunlarına zidd olmayan və abır-həyanı qoruyub saxlayan həddə qadının istəklərini yerinə yetirmək olar.
Bu barədə Ayətullah Xameneinin bir neçə cümləsini qeyd edirik: Ailə elə bir yerdir ki, orada duyğu və hisslər inkişaf etməli, uşaqlar məhəbbət və nəvaziş görməlidirlər. Ər kişi olduğundan, xüsusi bir sahədə qadına nisbətən xarakteri daha xam və zəif olur. Onun yarasının məlhəmi yalnız və yalnız həyat yoldaşının nəvazişidir. Həyat yoldaşı böyük bir kişi üçün, ananın öz kiçik uşağına gördüyü işi görür. Diqqətli xanımlar bunu bilirlər. Bu hiss və duyğuların evin əsas mərkəzinə, yəni xanımına ehtiyacı var. O olmasa, ailə mənasız bir şeyə çevrilər.
Ailə davranışı barədə saytın kitabxanasındakı kitablara müraciət edin.
Kitabın adı: Gənc ailələr üçün göstərişlər
http://kitab.nur-az.com/az/lib/view/182
İslamda evlilik və ailə hüquqları-1 -2
http://kitab.nur-az.com/az/lib/view/220
İslamda ailə-1 -2
http://kitab.nur-az.com/az/lib/view/218

Allah sizə yar olsun.

Sual (18) : Essalamu eleykum qadın kişiden xebersiz evi terk edib atası gile gedirse yeni (acıx eliyib) bu qadın kişiye halaldı yoxsa haram ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Əleykumus-salam.

Halaldı, amma icazəsiz getdiyi üçün günaha mürtəkib olub, tövbə etmlidir.

Allah sizə yar olsun.


Sual (19) : salam uzur isdayiram bu sualima gora biliram olmaz.man evliyam.ama basqa bir evli qadina asiq olmusam bir birimizi xox sevirig bilmiram dardimi kima danisim.barka siz komak edarsiz.na etmak lazimdir?manasiz sualima gora cox cox uzur isdayiram mandan asli deyil.sevgi bilmadigim sey basima galib na edim
Имя: bedbax, Страна: rusiya, Муджтахид: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Çalışın bu işdən tezliklə çəkinəsiniz çünki bu şeytanın tələsidir, həm günahı böyükdür və həmdə fəsadı. Bu iş, iki ailənin dağılmagına səbəb ola bilər. Mümkündür insanın aşiq olmağı öz ixtiyarında olmasın və bunun üçün günah yazılmasın amma iqdam etmək isə ixtiyarlı olduğu üçün böyük günahdır. Bu fikri zehninizdən çıxardın və səmimi-qəlbdən tövbə edin, Allahdan kömək istəyin inşəllah Allah bağışlayar və kömək edər. Bu eşqi Allah eşqi ilə əvəz edin, çünki əbədi eşq yalnız Allah eşqidir, ondan qeyrisi peşmançılıqladan başqa bir şey deyil. İmam Sadiq (s) buyurur: Allahı yad etmək insanın qəlbində olmasa qəlbdə başqalarının məhəbbəti yer tutar. Nizami Gəncəvi Leyli və Məcnun hadisəsinin sonda yazır ki, Leyli ölüm yatağına düşəndə vəsiyyət edir ki, Məcnuna deyin eşqini elə şeyə bağlasın ki, əbədi və cavidandır, mənim kimi ixtiyarı öz əlində olmayan və ölümlə üz-üzə olan müvəqqəti və dəyişənlərə aşiq olmasın.

Allah sizə yar olsun.

Sual (20) : islami baximdan ovlad terbiyyesinde atanin rolu nedir?

Sualınızın cavabın saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.

İslamda ailə-2 Hüseyn Ənsariyan

İYİRMİ DÖRDÜNCÜ FƏSİL

http://kitab.nur-az.com/az/lib/view/219 

Allah sizə yar olsun.

Go to TOP