Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədislərdə var ki, qəbir cənnət bağlarından bir bağ ya cəhənnəm quyularından bir quyudur. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Əzab əhlinə bərzəxdə sübh və axşam Cəhənnəmdəki yeri göstərilər. Behişt əhlinə isə Behiştdəki yeri göstərilər və deyilər ki, Qiyamətdəki yerin budur.”Allah sizə yar olsun.
Əleykumus-salam.
Xeyr, bu doğru deyil, bəzi insanlar ki, dünyada müsəlman kimi tanınıblar Qiyamətdə müsəlmanların cərgəsində olmayacaqlar. Hədislərdə bəzi müsəlmanların o cümlədən İmam Hüseynin (əleyhis-salam) qatillərinin əbədi Cəhənnəmdə qalacaqları qeyd olunub.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Namaz qılmayan müsəlman olsa yəni namazın vacibliyini qəbul edirsə amma səhlankarlıq üzündən ya başqa bəhanə ilə namaz qılmağı gecikdirir və namazı tərk edirsə kafir və müşrük deyil bəlkə fasiq müsəlman hesab olunur. Belə insan qılmadığı namazlara görə neçə illər əzab çəkib paklandıqdan sonra cənnətə getmək imkanı var. Hədislərdə qeyd olunur ki, qılmadığı namazlara görə illərcə rukuda, səcdədə və qiyam halında qalacaq və beləliklə bağışlandıqdan sonra cənnətə gedəcək. Əlbəttə bu əzablar cəhənnəmdə olacaq ya ondan qabaq, ixtilaflı məsələdir. Çünki, bəzi alimlər cəhənnəmidə cənnət kimi əbədi bilirlər.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Cənnətin mərtəbə və dərəcələri fərqlidir, Əhli-beyt (s) cənnətin ən ali dərəcəsində qərar tapacaqlar. Allahın cənnətdən üstün mükafatı və cəhənnəmdən böyük cəzası yoxdur. Əlbəttə Allahın razılığı hər şeydən üstündür və Əhli-beyt (ə) bu məqamın ardıyca olublar. Həzrət Əli (ə) buyurur: Mən üçün məsciddə oturmaq cənnətdə oturmaqdan daha yaxşıdır. Çünki cənnətdə oturanda nəfsim razı qalır, məsciddə oturanda isə Allahım razı olur. Tövbə surəsi 72-ci ayədə belə oxuyuruq: Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!
Rəvayət və təfsir mənbələrində Darus-səlam, Darul-cəlal, Cənnətul-mə’va, Cənnətul-xuld, Cənnətu-ədn, Cənnətu-firdovs, Cənnətu-nəim behişt üçün qeyd olunan yeddi addır. Əlbəttə, bəzi alimlər inanır ki, bu adların hamısı elə bir dənə behiştə aid edilir və bu adların hər biri behiştin mərtəbələrindən birini göstərir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Allah iki yerdə vədə verir ki, Cəhənnəmi kafir və zalımlarla dolduracağam (Sad 85, Səcdə 13). Qaf surəsində isə verdiyi vədənin öz həqiqətini tapmağına işarə edir. Necəki, zalım və dünyapərəstlər haramdan və günahdan doymazlar Cəhənnəmdə onlardan doymaz. Həmçinin Cənnətdə möminlərdən doymaz.Bu ayə işarədir ki, əgər bütün insanlar və cinlər kafir olsaydılar Cəhənnəmdə onlar üçün yer olardı və əksinədə əgər mömin olsaydılar Cənnətə yerləşərdilər. Hədisdə var ki, hər bir insan üçün Allah həm Cənnətdə və həm Cəhənnəmdə yer ayırır, cənnət əhlinin cəhənnəmdəki yerini, cəhənnəmdəkilər və cəhənnəmdəkilərində cənnətdəki yerini möminlər irs aparar. Allah-təala buyurur: Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər. Muminun ayə 11.
Səcdə surəsi ayə 13. ...Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!»
Allah-təala Şeytana xitab edərək buyurur: Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam.» Sad surəsi ayə 85.
Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?» Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var və ya yerim yoxdur.) Qaf surəsi ayə 30.
Cəhənnəmə gedən çox olsa da orda əbədi qalan yalnız bir neçə dəstədir ki, onlara nicat yolu yoxdur. Şirk, küfr və nifaq kimi böyük günah sahibləri tövbəsiz dünyadan gedərlərsə və həqq onlara çatmış olsa əbədi cəhənnəmdə qalacaqlar.
1.Bilərəkdən mömini öldürən kəs. Nisa/96.
2.Allah və peyğəmbəri ilə mübarizə edənlər. Tövbə/63
3.Allah və peyğəmbərinə qarşı üsyan edib ilahi hökmlərə təcavüz edən. Nisa/14.
4.İlahi ayələri təkzib edənlər və kafirlər. Bəqərə/39.
5.Günaha mürtəkib olmuş insanlar ki, günahın təsiri bütün vücudların bürüsün. Bəqərə/81.
6.Kafir dünyadan gedən mürtəd. Bəqərə/217.
Qeyd olunan ayədə xulud yəni əbədi və həmişəlik sözü keçir. Bəs bəzi insanların paklanmaq qabiliyyəti yoxdur və əbədi cəhənnəmdə qalacaqlar, lakin bir çox insanlar cəhənnəmdə və ya qabaqcadan paklanıb bağışlandıqları üçün cənnətə gedəcəklər.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Cənnət nemətləri pəhrizkar qadın və kişilər üçündür və huri və huri kimidən məqsəd pak insanlar üçün pak həyat yoldaşlarıdır. Bəzilərinin düşündüyü kimi deyil ki, cənnət huriləri təkcə qadın cinsindən olsun, əksinə kişi cinsidə var. Buda bəzi hədislərdən başa düşülür. Cənnətdə olan qadınların məqamı cənnət hurilərinin məqamından üstündür. Amma onların cismi keyfiyyəti və xırdalığı bizə məlum deyil.Allah sizə yar olsun.
Имя: salam. Reyyan nedir, Страна: , Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu məzmunda hədislə qarşılaşmadıq. Lakin belə bir hədis var ki, İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, O Həzrət buyurub: Qiyamətdə sizi dünyadakı adlarınızla çağıracaqlar. Bəs, yaxşı adlar seçin və övladlarınıza gözəl və yaxşı adlar qoyun.Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qiyamətin nə zaman baş verəcəyini yalnız Allah bilir. Amma 12 imamın imaməti öncədən müəyyən olmuş ilahi sünnətdir.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərim ayələrindən məlum olur ki, qiyamətdə insanların bəzi təbəqələri əbədi cəhənnəm əzabına düçar olacaqlar. Ümumilikdə Qurani-kərimdə cəhənnəm və onun əhli barədə onlarla ayə mövcuddur. Bu ayələrdə cəhənnəm əhlinin əzabı rəngarəng boyalarla təsvir edilir. Bəzi ayələrdə isə müəyyən insanlar üçün cəhənnəm əzabının daimi və əbədi olacağı vurğulanır. Məsələn,Kafirlər (Ali-İmran, 116; Maidə, 37).
Müşriklər (Allaha şərik qoşanlar) (Nəhl, 29).
Münafiqlər (Mücadələ, 17).
Mürtədlər (dindən dönənlər) (Ali-İmran, 88).
Allahın ayətlərini təkzib edənlər (Əraf, 36; Təğabün, 9).
Allahın və Peyğəmbərin düşmənləri (Tövbə, 63).
Zalımlar (Şura, 45; bax: Yunus, 52).
Günah içində batanlar (Bəqərə, 81).
Mömin şəxsi qətlə yetirənlər (Nisa, 93).
Sələmçilər (Bəqərə, 275).
Xeyir əməlləri yüngül gələnlər (Möminun, 102-103).
Allaha və Peyğəmbərə asi olanlar (Cin, 23).
Günahkarlar (Züxrüf, 74). (Burada tövbə etməyən günahkarlar nəzərdə tutulur).
Göründüyü kimi, yuxarıdakı ayələrdə günahkarların çox böyük bir hissəsinin əbədi olaraq cəhənnəmdə qalacağı təkid edilir.
Allah sizə yar olsun.