Sual (61) : Tibb institutunun tələbələrinin (istər qız, istərsə də oğlan) praktika keçmək üçün naməhrəm şəxslərə toxunmaq, yaxud baxmaqla müayinə etməkdən başqa çıxış yolları yoxdur. Bu müayinə onların dərs proqramlarının bir hissəsidir və onların gələcəkdə xəstələri müalicə etməkdə mütəxəssis olmalarına kömək edir, onu yerinə yetirmədikdə xəstənin xəstəliyini ayırd edə bilmirlər, bu iş də xəstələrin xəstəlik müddətini uzadır və bəzən də onların ölümünə gətirib çıxarır. Bunları nəzərə almaqla bu cür müayinələr caizdirmi?
Имя: samir, Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Əgər təcrübə əldə etmək, xəstələri müalicə etmək və onların həyatını qorumaq üçün lazım olan zəruri hallardan olarsa, eybi yoxdur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (62) : Müalicə üçün falçılara, cadugərlərə müraciət etmək caizdirmi? Bir halda ki, onlar bəzən ağır xəstəlikləri müalicə edirlər.
Имя: Sadiq, Страна: azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onlara müraciət etmək haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : Diş həkimliyi stomotologiyası dərmanlarının hamısı tələbələr vasitəsi ilə əməli surətdə yerinə yetirilir. bəzən dişin aradan getməsi ya digər səbəblər və xəsarətlərə bais olur. bu surətdə kim zamindir?
Имя: asim, Страна: azerbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bilavasitə iş görən şəxs yəni: bu surətdə dişə zərər yetirən şəxs zamindir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : Bir qadını cərrahlıq ediblər və əməliyyat zamanı tibbi cihazlardan həkimin ya onun ətrafdakılarının səhvindən xəstə qadına ziyan dəymişdir. bir müddətdən sonra xəstə ruhi, cismi və maddi zərərlərə dözüb səbr etmişdir. başa düşüblər ki, onun başlanğıcı tibbi cihazlar həkimin ya onun ətrafdakılarının səhvi olmuşdur. belə yerdə həkim dəyən xəsarətlərə zamindirmi?
Имя: Aydin, Страна: azerbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər dəyən zərərlər həkimə və onun ətrafdakılarına aid edilsə, zamindirlər. hətta əgər bəraət almış olsa, amma cərrahiyyə aparatlarını tənzimləməmək səbəbinə ziyan və xəsarət dəymiş olsa, zamin olurlar. gərək xəstəni özlərindən razı salsınlar. necə ki, camiul-məsail kitabının buna aid bölməsində bu məsələyə işarə olunmuşdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : İndi xəstə bir vəziyyətdədir ki, həkimin öhdəçilik və zamin olmamaq şərtini almağa fürsət tapmayıb dərhal xəstənin cərrahiyyə əməliyyatına başlasa, əgər bu əməl xəstənin ölümünə səbəb olsa, həkim məsuldurmu?
Имя: Aydin, Страна: azerbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən möhtərəm nəfsi qorumaq aydındır. lazımdır, həkim dərmanı başlasın və şəri cəhətdən xəstəni buraxmağı caiz deyil. Əgər səhv etməsə zahir odur ki, diyəyə məsul olmayacaq. hərçənd imkan olan surətdə şəriət hakimi ya onun nümayəndəsindən icazə alsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : Ölümə ya iflic olmağa səbəb olan bəzi xəstəliklərin keçməsinin qarşısını almaq üçün bədənin bir üzvünü kəsmək caizdirmi? caiz olan surətdə diyəsi də varmı?
Имя: xaliq, Страна: azerbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə müalicənin dərmanla sağalmasına ehtimal verilmirsə və sağalmağa gecikdirməklə də olsa, ümüd yoxdursa, ən mühüm məsələlərə riayət etməklə xəstənin ya onun şəri vəlisinin icazəsi ilə üzvü kəsməyin maneəsi yoxdur. Bu halda diyəsi də yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Müalicə həkimi xəstəni ayıltmaq üçün, çarəsizlikdən onun üzünə şillə vurur, yaxud massaj edir. Bu əməl bəzən xəstənin sinə ya yan sümüyünün sınmasına yaxud üzünün qaralmasına səbəb olur, bəzən də başqa səbəblər meydana çıxır. nə çox xəstənin ölümünə də səbəb olur. Bu əməllər hansı həddə və hansı şəraitə qədər caizdir? caiz olan yerlərdə zamin və diyəyə də səbəb olurmu?
Имя: məhəmməd, Страна: , Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə mütəxəssis həkimin nəzərinə əsasən bu əməllər müalicə məqamında lazım olsa və xəstə ya şəri vəlisi tərəfindən müalicədə icazə verilmiş olsa, həmçinin arada ifrat, təfrit və təqsir olmasa əlavə olaraq müalicəyə başlamamışdan əvvəl bəraət almış olsa, bu şərait və müqəddimatla bu əməllər zərurət həddində caizdir. zaminlik və diyəyə səbəb olmur. amma əgər həkim mütəxəssis və mahir olmasa yaxud icazəsiz və bəraət almadan bu işə başlasa, əsl əməl caiz deyil, zaminlik və diyəyə səbəb olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : Beyin ölümünə düçar olmuş şəxsin bədən üzvünü götürmək, halbuki, ürəyinin və damarlarının işləməsi, nəfəs alması ona bağlıdır, icazəlidirmi?
Имя: Met, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İcazəli deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Tibbi məqsədlər üçün böyrək alıb-satmağın hökmü nədir?
Имя: bəndə, Страна: azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Tibbi məqsədlər üçün böyrək alıb-satmaq caizdir, lakin daha yaxşısı budur ki, pulu onun (böyrəyin) özünün müqabilində yox, şəxsin böyrəyi götürmək üçün verdiyi icazənin müqabilində alsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Müəllim tərəfindən vacib sayılan elmi praktika zamanı qadının nəbzini tutarkən, onu müayinə və müalicə edərkən oğlan tələbənin əlinin qadının əlinə toxunmasının, zəruri və qeyri zəruri halların hər ikisini nəzərə almaqla hökmü nədir?
Имя: nadir, Страна: azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yalnız zəruri hallarda caizdir. Əgər köynəyin üzərindən tutmaq mümkün olarsa, bu üsluba üstünlük vermək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP