Sual (51) : 1. Xütnə еtmək vacibdirmi? 2. Bir nəfər xütnə еtməyib, amma onun alətinin başı dəridən tamamilə çöldədir. Xütnə еtmək ona vacibdirmi?
Имя: Tahir, Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Oğlan uşaqlarını xütnə еtmək vacibdir, həcc və ümrə əməllərində təvafın düzgün olması bununla şərtlənir. Əgər bu iş həddi-büluğa çatdıqdan sonraya qədər təxirə düşərsə, xütnə еtdirmək onların özlərinə vacibdir.
2. Əgər alətin üstündə, kəsilməsi vacib olan dəridən hеç bir miqdar olmazsa, vacib xütnəyə yеr qalmır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (52) : Tibb və tibb bacısı ixtisaslarında təhsil alan tələbələr üçün mamalıq və doğuş sahələrində dərs vahidlərini oxumaq məcburidir. Bu məcburiyyət təhsil üçün qadının cinsiyyət orqanlarına baxmağı caiz edirmi?
Имя: Nadir, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Belə bir dərsin keçilməsi yalnız zəruri hallarda icazəlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (53) : Tibbi kitablarda mövcud olan və tələbələrə tədrisi zəruri olan və bəzən də təhrik edici olan çılpaq şəkillərə baxmağın hökmü nədir?
Имя: Nadir, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ləzzət və reybə qəsdi olmadan eybi yoxdur. Əgər belə hal öz-özünə yaransa, yalnız zəruri hallarda və zəruri olan miqdarda baxsınlar.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (54) : İnsan cinsiyyətini dəyişdirərsə, onun ailə ünvanları (ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala və s.) necə olacaq? Və onun irs payı necə olacaq?
Имя: Kamal, Страна: azerbaycan, Муджтахид: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim

Bəzi ünvanlara nisbət yeni ünvanın hökmünü tapır. Məsələn, qabaq kişi olub və qardaş idisə, cinsiyyətini dəyişdirib qadın olduqdan sonra bacı olacaq.
İrs məsələsində isə meyar irs qoyanın öldüyü zamandır. Yəni irs qoyanın öldüyü vaxt cinsiyyətini dəyişmiş şəxs kişi olubsa, irsi kişinin payı kimi verilməli, qadın olubsa, ona qadına veriləcək irs çatır. Baxmayaraq ki, sonradan cinsiyyətini dəyişərək qadın, yaxud kişi olmuşdur.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (55) : Qadın və kişinin sperma yollarını başlamalarının hökmü nədir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Əgər o yolları bağlamaq. Həmişəlik sonsuzluğa səbəb olsa, icazəli deyil. Vallahul-alim.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : İnsanın həyatı zamanı və öldükdən sonra bədən üzvlərinin köçürülməsinin hökmünü açıqlayın?
Имя: Rauf, Страна: AZERBAYCAN, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Həyatda olduğu zaman əgər bədən üzvünün götürülməsinin məsələn, həkimin müayinəsindən sonra iki böyrəkdən birinin götürülməsi kimi ona mühüm bir zərəri olmasa, eybi yoxdur. Amma öldükdən sonra yalnız o surətdə icazə verilir ki, bir müsəlmanın həyatının qorunması ona bağlı olsun. Bu surətdə onun diyəsini vermək lazımdır. Amma meyit özü (öz üzvünün köçürülməsini) vəsiyyət etsə, diyə lazım deyil. Bu qeyd olunan surətdən başqa bədən üzvünün köçürülməsi işkallıdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Bədən üzvlərinin köçürülməsi icazəlidirmi? Ölmüş şəxsin bədən üzvünü bağışlamaq olarmı? Başqa sözlə desək, ölmüş şəxsin bədən üzvünü bu üzvün çatışmamazlığı və naqisliyi üzündən əzab-əziyyət çəkən bir şəxsə bağışlamaq olarmı?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər ölmüş şəxs müsəlman olsa, yalnız bu surətdə deyilən əmələ icazə verilir ki, müsəlman şəxsin həyatı həmin ölünün üzvünün kəsilib, ona köçürülməsinə bağlı olsun. Amma bu surətdə də diyəsi verilməlidir. Diyə meyitin özünə çatır və onun üçün məsləhətli olan məsələn, borcunu vermək, ya xeyriyyə işləri kimi yerlərə işlədilməlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : salam. camaat arasında ən çox danışılan mövzulardan biri də cinsisyyətin dəyişdirilməsi məsələsidir. xahiş edirəm ki deyəsiz ki cinsiyyəti dəyişmək olar yoxsa olmaz?
Имя: Nazim, Страна: azerbaycan, Муджтахид: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Əgər insanların qadınlıq və kişilik həqiqətlərini aşkar etmək mənasında olsa və naməhrəmin baxması kimi, haram bir işə səbəb olmasa, maneçiliyi yoxdur. Hökmlər həqiqi kişi və qadınlığa əsasən icra olacaq. Amma qəti cinsiyyətin dəyişdirilməsi və onun xaricdə baş verməsi fərziyyəsi, icazəli deyil. Vəllahul- alim.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : gözəllik üçün plastik cərrahiyyədə dəri ya üzvün yapışdırılmasının hökmü nədir?
Имя: , Страна: azerbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə maneəsi yoxdur. amma əgər məsələn, naməhrəm həkimin cərrahlıq etməsi kimi haram işə səbəb olsa, icazəli deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Zərurət halında məhrəm olmayan xəstələrin tibb tələbələri tərəfindən müayinə edilməsi caiz olarsa, bu zərurətin ayırd edilməsində əsas nədir?
Имя: arif, Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zərurətin ayırd edilməsi şəraiti mülahizə etməklə tələbələrin öz nəzərinə həvalə edilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP