Sual (31) : Burunu gözəllik üçün kəsdirmək olarmi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Nəzərə çarpacaq zərəri olmazsa, öz-özlüyündə eybi yoxdur. Lakin (haram baxış və toxunuş kimi) haram müqəddimələrdən çəkinmək lazımdır.
http://sual.nur-az.com/az/6/Tibb/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (32) : Bir qadın həkimə getsə və həkim ona uşaq dünyaya gətirəcəyi təqdirdə öləcəyini bildirir. Qadın əgər bunu bildiyi halda uşaq dünyaya gətirib və həyatını itirsə günahkar sayilirmi və bu intahar sayilirmi
Имя: , Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Uşaq saldırmaq şəri baxımdan haramdır və hеç bir halda icazəli dеyil. Yalnız hamiləliyin ananın həyatı üçün təhlükəli olduğu halda ruh daxil olmazdan qabaq saldırmağın iradı yoxdur. Lakin ruh daxil olduqdan sonra hеç bir vəchlə, hətta əgər hamiləliyin davam еtdirilməsi ana həyatı üçün təhlükəli olsa bеlə, icazəli dеyil. Amma əgər hamiləliyin davam еtdirilməsi həm ananın, həm də uşağın həyatını təhlükəyə salarsa, uşağın həyatını xilas еtmək də hеç bir vəchlə mümkün olmazsa, lakin təkcə ananın həyatının xilas еdilməsi mümkün olarsa, bu halda uşağı saldırmağın еybi yoxdur.
http://sual.nur-az.com/az/6/Tibb/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (33) : Burnu üzərində gözəllik cərrahiyə əməli etdirmiş qadın öz burnunu naməhrəmdən örtməlidirmi?
Имя: Sabire, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində burnunu örtməsi vacib deyil. Amma bu əməl camaatın nəzərində zinət hesab olsa, örtməlidir.
http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (34) : Salam aleykum. zehmet olmasa klonlasdirmanın hokmunu yazardiz. eger mumkunse bir nece muctehidin fetvasini yazin
Имя: turqut, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Behcət
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Behcət: İlk ünvanla icazəlidir.
Ayətullah əl-üzma Xamenei: Bu işin öz-özlüyündə eybi yoxdur.
Ayətullah əl-üzma Sistani: Öz-özlüyündə iradı yoxdur, lakin şəriət hakimi onu qadağan edə bilər.
Ayətullah əl-üzma Safi: Şübhə və işkal məhəllidir.
Ayətullah əl-üzma Fazil: Əgər öz ardınca fəsad gətirməzsə, öz-özlüyündə eybi yoxdur.
Ayətullah əl-üzma Məkarim: Bu əməl şəri baxımdan iraddan xali deyil (yəni iradı olması nəzərə gəlir) və öz ardınca çoxlu fəsadlar gətirir. Onun ictimai fəsadlarına görə hətta din və şəriətə inancı olmayan insanlar belə bu məsələ ilə müxalifətçilik ediblər.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (35) : Salam aleykum. Mənim 22 yaşım var. Anamın vasitəsiylə Hepatit B xəstəliyinə tutulmuşam. Həkimlərin dediyinə görə bu xəstəlik qan və cinsi yaxınlıq vasitəsilə övlada və digərlərinə köçür. Hal hazırda tibb elmi sonradan evlənəcək bu ər-arvadın hər ikisinə 6 ay izdivacdan qabaq peyvənd vurmaqla və övlada dünyaya gəlməmişdən bir neçə gün bu peyvəndi vurmaqla övlada bu xəstəliyə keçməsi imkanını 95 faiz azalda bilməsi mümkündür. Bunları nəzərə alaraq aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm. 1. Bir-birilə həyat qurmaq istəyən hər iki gəncin sədaqətli olmasına diqqət etməklə gələcək həyat yoldaşına bu mövzunu demək lazımdırmı? 2. Belə şəxslərin izdivac etməsi və övlad dünyaya gətirməsinin iradı varmı? Zəhmət olmasa, digər müctəhidlərin də nəzərini buyurasınız. Öncədən öz minnətdarlığımı bildirirəm.
Имя: Aylin, Страна: Gurcustan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Xamenei: 1. Xəbər vermək lazım deyil, lakin tədlis və özünü sağlam kimi tanıtmaq icazəli deyil.
2. Xeyir, iradı yoxdur. Lakin yaxşı olar ki, ehtiyatla davransınlar və xəstəliyin bir-birinə, övlada və digərlərinə keçməməsi üçün qarşısı lazım olan addımları atsınlar.
Ayətullah əl-üzma Məkarim: Xəstəliyin keçməsi gümanı çox güclü olsa, xəstəliyi barədə qarşı tərəfə xəbər versin.
Ayətullah əl-üzma Vəhid: Sualın fərzində qarşı tərəfə bunu bildirməlidir.
Ayətullah əl-üzma Behcət: Əgər sağlam olması əqdin zimnində şərt olsa, yaxud əqd sağlam olmaq üzərində qurulsa, gərək xəstəliyi xəbər versinlər.
Ayətullah əl-üzma Təbrizi: Ünsiyyət vasitəsilə keçici olan bütün xəstəlikləri qarşı tərəfə demək lazımdır.
Ayətullah əl-üzma Sistani: Bu cür xəstəlikləri gizlətmək adətən, camaat arasında tədlis sayılır və əqdi fəsx etmək (pozmaq) haqqı gətirir.
Ayətullah əl-üzma Zəncani: Qarşı tərəfə bərk zərər verən xəstəlikləri elçiyə xəbər vemək şəri baxımdan lazımdır.
Ayətullah əl-üzma Safi: Əgər keçici xəstəlik olsa, bildirmək lazımdır.

http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (36) : Salam basa tuk ekdirmek caizdir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər o tüklərin inkişafı olsa, eybi yoxdur, dəstəmaz və qüsl üçün də zərər yetirmir. Lakin süni olsa, qüsl batildir və dəstəmazda da başın dərisinə məsh etmək üçün lazım olan miqdarda bir yer olmasa, dəstəmaz da düzgün olmur. Ehtiyat vacibə görə qüsl və dəstəmaz üçün onları aradan qaldırsın. 
Əgər qüsl və dəstəmaz üçün onları aradan qaldırmaq mümkün olmayacaqsa, ehtiyat odur ki, başlarına tük əkdirməsinlər.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (37) : Zəhmət olmasa aşağıdakı suallara cavab verin 1.Sağlam qadın nütfənin mayalanmasının qabağını alan dəzgah və maddələrdən istifadə еtməklə müvəqqəti olaraq hamiləliyin qarşısını almaq olarmı? 2. İndiyə qədər hamiləliyin qarşısını nеcə alması məlum olmayan, amma hamiləliyin qarşısını alan dəzgah kimi tanınan bir dəzgahdan istifadə еtməklə hamiləliyin qarşısını almaq olarmı? 3. Hamiləliyin təhlükəsindən qorxan bir qadın üçün hamiləliyin qarşısını daimi olaraq almaq icazəlidirmi? 4. Əlil, yaxud irsən fiziki və ruhi xəstəliklərə tutulacaq uşaq doğmasına münasib şərait olan qadınlar üçün hamiləliyin qarşısını daimi olaraq almaq olarmı?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
1. Əgər ərinin razılığı ilə olsa işkalı yoxdur.
2. Əgər nütfənin, bətndə qərarlaşmasından sonra aradan gеtməsinə səbəb olarsa, yaxud haram baxışa və toxunmaya səbəb olarsa, caiz dеyil.
3. Fərz olunan halda hamiləliyin qarşısını almağın işkalı yoxdur, hətta əgər hamiləlik ananın sağlamlığına təhlükəli olsa, ixtiyari halda hamilə olması caiz dеyil.
4. Əgər ağlabatan (əql sahibləri tərəfindən bəyənilən) bir məqsədlə baş vеrərsə, nəzərə çarpacaq zərər vеrməzsə və ərinin icazəsi ilə olarsa, еybi yoxdur.
http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq

Sual (38) : Oruc olduğum halda qan laxtalanmasını müalicə еtmək məqsədi ilə dərman (həbb) ata bilərməmmi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ramazan ayında qan laxtalanmasının qarşısını almaq üçün dərman atmağınız zəruri olsa, еybi yoxdur, istifadə еdə bilərsiniz, amma orucunuz batil olacaq.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (39) : Təbabətdə şiddətli təngənəfəs (asma) xəstəliyinə tutulmuş xəstələr üçün içərisində sıxılmış mayе olan qutu dərmanlar vardır. Onun üzərində olan tıxacı basarkən xəstənin ağız boşluğuna qaz halında olan mayе daxil olur və oradan da kеçib ağ ciyərə çatır və ona sakitlik gətirir. Xəstə bəzi günlərdə o dərmandan bir nеçə dəfə istifadə еtmək məcburiyyətində qalır. Bu dərmandan istifadə еdildiyi halda oruc tutmağa icazə vеrilirmi? Qеyd еdək ki, bunsuz onların oruc tutması mümkün dеyil və, yaxud da çox çətindir.
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ağız boşluğundan kеçib ciyərə çatan maddə yalnız hava olsa, onda onun oruc tutmağa hеç bir manеçiliyi yoxdur. Amma sıxılmış hava ilə birlikdə boğaza dərman da daxil olsa, hətta tüstü və ya duman şəklində olsa da, onda bu orucun düzgün olması müşkül olar və ondan qorunmaq vacibdir. Əgər bu dərmansız oruc tutmaq mümkün olmasa və ya məşəqqətli və çətin olsa, onda icazə vеrilir ki, bu müalicədən istifadə еdilsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (40) : Ağızdan pis iyi aparmaq, ağız və damağda olan mikrobları öldürmək üçün tərkibində spirt olan dərmanlardan istifadə etmək olarmı? Ağız yumaq üçün olan bu dərmanlar tibbi baxımdan yalnız ağızı qarqara etmək üçündür və onu udmaq zərərlidir.
Имя: Seymur, Страна: , Муджтахид: Ayətullah Sistani
Deyilmiş surətdə eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Go to TOP