Sual (21) : Salamun aleykum . Demək olar ki əksər məhlul halında olan dərmanların tərkibində spirt olur . Bu da yəqin ki o dərmanların keyfiyyətinin qorunub saxlanılması üçündür ya da ki başqa səbəbləri də var . Sualım belədir ki o dərmanlardan istifadə etmək , yəni onları içmək olar ya yox? Belə bir deyim də var ki deyirlər əyər insan o dərmanları içməyə məcburdursa , yəni müalicəsi o dərmanları içməyə bağlıdırsa o halada caizdir . Nəzərinizə çatdırım ki həmən dərmanlar eyni zamanda quru şəkildə , yəni tablet şəklində də olur . Sadəcə bəzən maye şəklində olan dərmanlar daha keyfiyyətli olur ya qiymət fərqinə görə maye şəklində olan dərmanlar daha sərfəli olur və s. Ümumiyyətlə insan məcbur olmadan yəni başqa yol olduğu halda da həmən maye şəklində olan dərmanları qəbul edə bilərmi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər dərmanda istifadə olunmuş spirt - zatən maye halında olan məstedicidirsə, ehtiyata əsasən nəcisdir və ondan istifadə caiz deyildir, lakin məcburiyyət halı istisnadır. Amma əgər istifadə olunmuş spirtin zatən məstedici mayelərdən olması məlum olmasa, pak hökmündədir və onunla qarışdırılmış mayelərdən istifadənin işkalı yoxdur.
http://sual.nur-az.com/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (22) : Salam aleykum...ruh daxil olannan sonra ananin cani tehlukede olsa da abort etdirmek icazeli deyil....5 ayliq usaqi abor etdirilmesede ana olennen sora usaq yasayan deyil bele olandada icazeli deyil? Allah razi olsun sizden
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
Əgər rüşeymin qalmağı dindar həkimlərin təsdiqi ilə ananın canına təhlükəli olsa, hamiləliyə son qoymaq icazəlidir. Ehtiyat budur ki, qan pulunu (diyəni) versinlər.
Uşağı salmaq haramdır. Uşağ ona ruh verilməzdən öncə beş mərhələdən keçir: Nütfə, ələqə, müzğə, izam və ləhm. Bu mərhələlərdə diyə ehtiyat vacibə əsasən aşağıdakı kimidir: Birinci 20 gündə (nütfə şəklində) 15 adi misqal qızıl, ikinci 20 gündə (ələqə formasında) 30 misqal, üçüncü 20 gündə (müzğə formasında) 45 misqal, dördüncü 20 gündə (izam şəklində) 60 misqal və beşinci 20 gündə (ləhm formasında) uşağın xilqəti kamil forma alandan və ananın bətnində hərəkətə gələndən öncə 75 misqaldır. Uşağa ruh veriləndən sonra isə oğlan uşağına görə kamil diyə və qız uşağına görə isə kamil diyənin yarısı verilməlidir.

http://sual.nur-az.com/az/6/Tibb/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (23) : Essalamu eleykum sizden xaiş edirem bu suala cavab yazasınız.Oglumu Müselman (Sünnet ) eledim Qurani kerimin hansı süresin ve hansı ayesin oxumalıyam ve yaxud ne etmeliyem ?
Имя: Emin, Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xətnə etdikdə bu duanı oxumaq müstəhəbdir:

اَللّهُمَّ هذِهِ سُنَّتُكَ وَ سُنَّةُ نَبِيِّكَ صَلَواتُكَ عَلَيْهِ وَ آلِهِ وَاتِّباعٌ مِنّا لَكَ وَ لِنَبِّيِكَ بِمَشِيَّتِكَ وَ بِاِرادَتِكَ وَ قَضاَّئِكَ لاِمْرٍ اَرَدْتَهُ وَ قَضاَّءٍ حَتَمْتَهُ وَ اَمْرٍ اَنْفَذْتَهُ وَ اَذَقْتَهُ حَرَّ الْحَديدِ فى خِتانِهِ وَ حِجامَتِهِ بِاَمْرٍ اَنْتَ اَعْرَفُ بِهِ مِنّى اَللّهُمَّ فَطَهِّرْهُ مِنَ الذُّنُوبِ وَزِدْ فى عُمْرِهِ وَادْفَعِ الاْفاتِ عَنْ بَدَنِهِ وَالاَْوْجاعَ عَنْ جِسْمِهِ وَ زِدْهُ مِنَ الْغِنى وَ ادْفَعْ عَنْهُ الْفَقْرَ فَاِنَّكَ تَعْلَمُ وَلانَعْلَمُ

Əllahummə hazihi sunnətukə və sunnətu nəbiyyikə sələvatukə ələyhi və alih. Vət-tibaun minna ləkə və linəbiyyikə biməşiyyətikə və biiradətikə və qəzaikə liəmrin ərədtəhu və qəzain hətəmtəhu və əmrin ənfəztəh. Və əzəqtəhu hərrəl-hədidi fi xitanihi və hicamətihi biəmrin əntə ərəfu bihi minni. Əllahummə fətəhhirhu minəz-zunubi və zid fi umrihi vədfəl-afati ən bədənihi vəl-əvcaə ən cismihi və zidhu minəl-ğəni vədfu ənhul-fəqr. Fəinnəkə tələmu və la nələm.
Həmçinin möminlərə qonaqlıq vermək bəyənilən əməldir.

http://sual.nur-az.com/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (24) : Diri insanın bədənindən hər hansı bir şeyi peyvənd vurmaq üçün götürmək, özü ona razı olarsa caizdirmi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Bu məsələnin iki forması vardır:
1. O üzvün kəsilməsi insana mühüm bir ziyan yetirir, o cümlədən gözün, əlin, ayağın və bu kimi şeylərin kəsilməsidir ki, bu halda icazəli deyil.
2. Çoxlu ziyanı olmaması, məsələn ətinin, yaxud dərisinin bir hissəsinin götürülməsi, bu halda icazəlidir. Onun müqabilində pul almaq da icazəlidir.
http://sual.nur-az.com/az/6/Tibb/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (25) : Kişi həkimi tərəfindən qadınlarda gözəllik məqsədilə aparılan cərrahiyyə əməliyyatı (plastik cərrahiyyə) onlara baxılmasına və əl vurulmasına səbəb olarsa, buna icazə varmı?
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Gözəllik üçün aparılan cərrahiyyə əməliyyatı xəstələrin müalicə olunması hеsab olunmur və bu işə görə də haram olan baxış və toxunuş icazəli dеyil. Yalnız o zaman icazəlidir ki, yanıq və s. kimi şеyləri müalicə еtmək üçün olsun və həkim də ona baxmağa, əl vurmağa məcbur olsun.
http://sual.nur-az.com/az/6/Tibb/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : Xəstələrin həyatının qorunması üçün böyrək pеyvəndinin əhəmiyyətinə diqqət yеtirməklə, həkimlər bеlə bir fikrə gəlmişlər ki, bir “böyrək bankı” icad еtsinlər, çünki çoxları öz ixtiyarı ilə böyrəklərini hədiyyə еdir, yaxud ora satırlar. Böyrəyin, yaxud bədənin hər hansı başqa üzvünün satılması, yaxud hədiyyə еdilməsi ixtiyari halda caizdirmi? Zərurət halında bu işin hökmü nədir?
Имя: Nadir, Страна: azerb, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Mükəlləfin öz sağlığında böyrəyini, yaxud hər hansı başqa bir üzvünü – başqa xəstələrin ondan istifadə еtmək məqsədi ilə satması və ya hədiyyə еtməsi ona еtina olunacaq qədər zərər vеrməzsə, еybi yoxdur, hətta möhtərəm insanın həyatının qorunması ona bağlı olarsa, o şəxsin özünə hеç bir çətinliyi və zərəri olmadıqda bu iş vacibdir.
http://sual.nur-az.com/az/6/Tibb/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (27) : Əgər bir nəfər müəyyən bir xəstəliyə tutulsa və həkimlər də onun müalicə olunmasından ümidsiz olub tеzliklə dünyadan gеdəcəyini xəbər vеrsələr, bu halda onun bədəninin həyati üzvlərini, məsələn, ürəyini, böyrəyini və s. kimi şеylərini ölümündən qabaq götürüb digər bir insana köçürmək caizdirmi?
Имя: Azərbaycan, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onun bədən üzvlərinin götürülməsi ölümünə səbəb olarsa, bu iş onu qətlə yеtirmək hökmündədir. Bundan başqa hallarda əgər özünün icazəsi ilə olsa, işkalı yoxdur.
http://sual.nur-az.com/az/6/Tibb/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (28) : Salam Aleykum.Insanin oz organlarini oldukden sonra bagiwlamasi duzdur?Xamanei aga.sag olun
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Mеyitin bədən üzvlərindən, başqa (canı möhtərəm olan müsəlman) şəxsin həyatını xilas еtmək, yaxud onun xəstəliyini müalicə еtmək məqsədi ilə götürüb onun bədəninə köçürməyin iradı yoxdur və bu mətləblərin vəsiyyət еdilməsinin də еybi yoxdur. Yalnız o bədən üzvlərində iradı vardır ki, onların mеyitin bədənindən götürülməsi müslə hеsab еdilsin, yaxud camaat arasında mеyitin hörmətsizliyinə səbəb olsun.
http://sual.nur-az.com/az/6/Tibb/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (29) : öz yoldaşinin spermasinan sünü yolla ana olmaq günahdi ama bu cütlükün uşaqi ola bilmir adi insanlar kimi xaiş edirem çox saq olun
Имя: gulbaniz, Страна: sumqayit, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər haram baxış və toxunuşa səbəb olmazsa öz-özlüyündə iradı yoxdur.
http://sual.nur-az.com/az/6/Tibb/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : Salam . Fil dişindən insanın özü üçün diş dizəltməsinin hökmü nədir? Həmçinin fil dişi pakdırmı və ondan başqa şeylərin istifadəsinin hökmü nədir?
Имя: Abdulla, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Heç bir iradı yoxdur.
2. Öz-özlüyündə murdar deyil və başqa işlər üçün istifadə etmək olar.
http://sual.nur-az.com/az/6/Tibb/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP