Sual (11) : “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini icra etmək. Alimlərin bunu etmələri icazəlidirmi? Müsəlman şəxs həkimlərə genini bioloji yolla yaxşılaşdırmalarına icazə verə bilərmi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər bunun başqa mənfi təsirləri olmasa, öz-özlüyündə, maneəsi yoxdur.
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı (köçürmək) icazəlidirmi?
Имя: Eli, Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı icazəlidir. İnsаn bədəninə implantаsiyа еdilmiş hеyvаnın bədən üzvü, insаnın bədəninn hökmünü dаşıyır. İnsаnın bədən üzvündən sаyıldığı və həmin hissədə həyаt оlduğu üçün pаkdır və оnunlа nаmаz qılmаq icazəlidir.
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən şəxs həmin yеrlərə bахmаğа və tохunmаğа məcburdur.
Имя: NURANE, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Аrtıq tüklərin lаzеrlə təmizlənməsi icаzəlidir. Lаkin zərurət оlmаdаn kişi və yа qаdın həkimin hаrаm bахış və təmаs yаratmаsınа imkаn vеrmək icаzəli dеyil. Həssаs yеrlərdə bitən tüklərin təmizlənməsində bunun (bахış və tохunmа) bаş vеrməməsi qеyri-mümkündür. Yаlnız həmin tüklərin təmizlənməsi zəruri оlаrsа və yа аdətən dözülməz dərəcədə çətinlik yаrаdаrsа, bu hаl istisnаdır.
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : 1. Gözəllik məqsədilə üzün formasını dəyişmək üçün burun, göz, dodaq, dəri, qaş və s. kimi əməliyyatlar etdirilsə, bu zinət hesab edilirmi? 2. Əgər zinət hesab edilsə, onu naməhrəmdən örtmək lazımdırmı? 3. Zərər ehtimalı olduğu surətdə sözügedən əməliyyatların hökmü nədir? Zəhmət olmasa, digər müctehidlərin də hökmünü deyərdiniz.
Имя: Nergiz, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Behcət
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Behcət:
1. Bəli, zinət hesab olunur.
2. Bəli, lazımdır.
3. İcazəli deyildir.
Ayətullah əl-üzma Xamenei:
1. Onu ayırd etmək (zinət hesab olunub-olunmamasını ayırd etmək) mükəlləfin öz öhdəsinədir. Hərçənd, ürfə müraciət yolu ilə olsa da.
2. Sual fərz olunan halda əgər ürfü baxımdan zinət hesab edilsə, onu naməhrəmdən örtmək vacibdir.
3. Nəzərə çarpan zərəri olsa, icazəli deyil.
Ayətullah əl-üzma Sistani:
1. Zinət hesab olunmur.
2. Yuxarıdakı cavabdan bunun hökmü aydın oldu. (Zinət hesab olunmursa, örtmək vacib deyil.)
3. Əgər mühüm zərəri olması qorxusu varsa, icazəli deyil.
Ayətullah əl-üzma Safi:
Əgər etina ediləcək və nəzərə çarpan zərəri olmasa, maneçiliyi yoxdur. Eyni halda ehtiyata əsasən əl və üzü örtmək lazımdır.
Ayətullah əl-üzma Fazil:
1. Bu məsələ ürfün nəzərinə bağlıdır. Çünki bəzən ürf arasında bu zinət hesab edillir, bəzən də islah hesab olunur və zinət hökmü daşımır.
2. Ürfü baxımdan zinət hesab edilsə, onu naməhrəmdən örtmək vacibdir.
3. Əgər ağlı baxımdan etina edilən və nəzərə çarpan zərəri olsa, yaxud harama səbəb olsa, icazəli deyil.
Ayətullah əl-üzma Məkarim:
Əgər haramla yanaşı olmasa, yaxud digər mühüm zərəri olmasa, zatən (özlüyündə) iradı yoxdur. Amma harama səbəb olsa (haram toxunuş və haram baxış kimi) yalnız zərurət halında icazəlidir.
Qeyd edək ki, bütün hallarda (zərurət halını çıxmaqla) haram toxunuş və haram baxış kimi işlər qarşıya çıxdığı surətdə hec vəchlə icazəli deyil.

http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : 1. Spirtlə kürəyə banka atmağın hökmü nədir ? 2. Benzinlə kürəyə banka atmağın hökmü nədir ? 3. spirt və spirtli içkini yaranın sağalması niyyəti ilə yaranın üzərinə vurmağın hökmü nədir ?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1 və 2. İradı yoxdur.
3. Öz-özlüyündə iradı yoxdur. Lakin zatən maye olan məstedici spirt, ehtiyata əsasən, murdardır.

http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Sınaq borusunda mayalandırma prosesi zamanı bəzən, eyni vaxtda bir neçə embrion əmələ gəlir. Bunların hamısını ananın rəhminə yerləşdirmək onun həyatı üçün ölüm təhlükəsi yarada bilər. Biz sağlam embrionu seçib, digərlərini tələf edə bilərikmi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sınaq borusunda spermatozoidlə mayalandırılmış yumurta hüceyrəni ananın rəhminə yerləşdirmək vacib deyil. Sualda qeyd olunduğu kimi, onlardan birini seçib digərlərini tələf etmək, icazəlidir.
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Tibbi məqsədlər üçün böyrək alıb-satmağın hökmü nədir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Tibbi məqsədlər üçün böyrək alıb-satmaq icazəlidir, lakin daha yaxşısı budur ki, pulu onun (böyrəyin) özünün müqabilində yox, şəxsin böyrəyi götürmək üçün verdiyi icazənin müqabilində alsınlar.
http://sual.nur-az.com/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Gəlin gedəcək qız ehtiyat edərək öz bakirəliyini yoxlamaq üçün qadın həkimə və ya qadın həkimi olmayan yerdə kişi həkiminə müraciət edərsə, bu iş, toxunmaq lazım olduğunu nəzərə almaqla caizdirmi?
Имя: Guler Hesenova, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu işi etməmək (bakirəliyi yoxlatdırmamaq) mühüm fəsad və ixtilafların yaranmasına səbəb olarsa, icazəlidir. Belə halda imkan daxilində qadın həkiminə müraciət olunmalı və mümkündürsə, baxmadan, məsələn, əlcək və bu kimi vəsaitdən istifadə etməklə bir-başa olmayan şəkildə toxunmaqla olmalıdır.
http://sual.nur-az.com/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : Salam aleykum. Cinsiyeti deyismek deyende ne nezerde tutulur ve bu hakda nezeriniz nedir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Cinsiyyəti dəyişməkdən məqsəd cərаhiyyə əməliyyаtı еtməklə kişinin аlətini və sidik kisəsini kəsib biri sidik məcrаsı, digəri isə cinsi əlаqə üçün iki dəlik аçmаq, həmin insаnın qаdınа bənzəsin deyə tərkibində qаdın hоrmаnlаrı оlаn dərmаnlаr içirtməklə оndа döşlərinin böyüməsi, üzündə və bədənində tük bitməməsi ilə kişinin qаdınа çеvrilməsidir. Qаdının kişiyə çеvrilməsindən məqsəd isə, оndа süni аlət düzəltməklə, döşlərinin kiçilməsi və üzündə tük bitməsi üçün kişi hоrmаnlаrındаn ibаrət dərmаnlаrın qəbul еdilməsi nəticəsində kişi kimi görsənməsidir. Bütün bunlаrın hеç bir təsiri yохdur. Yəni, bununlа nə kişi qаdınа, nə də qаdın kişiyə çеvrilməz. Bundаn əlаvə qеyd оlunаn cərrаhiyyə əməliyyаtlаrının tələbinə uyğun оlаrаq övrətə bахmаq və yа tохunmаq şəriət bахımındаn icаzəli dеyil. Lаkin kişinin qаdınа və əksinə qаdının kişiyə çеvrilməsindən məqsəd iki cinsi bir-birindən fərqləndirən хüsusiyyətlərin əsаsı оlаn dахili və хаrici tənаsül üzvlərinin tаmаmilə dəyişilməsi nəzərdə tutulursа, (bu işi icrа еtmək üçün аpаrılаn cərаhiyyə əməliyyаtlаrın nəticəsində) bаş vеrəcək müqəddimələrin (övrətə bахmаq, tохunmаq kimi) hаrаm оlmаsınа bахmаyаrаq özlüyündə hаrаm dеyil. Lаkin bizim zəmаnəmizədək hələ bu, bаş vеrməmişdir. Bаş vеrən birinci qеyd еtdiyimiz işdir. Оlа bilsin ki, bəzi insаnlаrdа tənаsıl üzvlərinin fоrmаlаşmаmаsı, аlət və хаyаlаrın düzgün inkişаf еtməməsinə görə həmin insаnın qаdın оlduğu gümаn еdilir. Tibbi müаyinədən sоnrа оndа qаdının dахili tənаsül üzvlərinin оlmаdığı, əksinə tаm inkişаf еtməmiş аlət və хаyаlаrın оlduğu məlum оlur. Həkim isə məsələn, cərrаhiyyə əməliyyаtı аpаrmаqlа оnun аlət və хаyаlаrını üzə çıхаrır. Yахud insаndа аlətə охşаyаn bir üzv оlur və оnun kişi оlduğu gümаn еdilir. Tibbi müаyinədən sоnrа оndа qаdın tənаsül üzvləri оlаn uşаqlıq və yumurtаlığın оlduğu məlum оlur. Həkim isə həmin insаndа аlətə охşаyаn аrtıq əti əməliyyаt еdərək kəsir. Bu işin özlüyündə hеç bir mаnеəsi yохdur. Bu, həqiqi mənаdа kişinin qаdınа və yа qаdının kişiyə çеvrilməsi dеyil. Bu işin müqəddiməsində (övrətə bаzmаq və yа tохunmаq kimi) bаş vеrəcək hаrаm əməllərin аrаdаn qаlхmаsı isə, məcburiyyət və dözülməsi mümkün оlmаyаn çətinlik kimi ikinci dərəcəli hökmlərdən аsılıdır.
http://sual.nur-az.com/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Salam aleykum. Cinsiyyeti deyisdirmek ancaq xonsa yeni iki cinsli adamlara aiddi? Allah sizden razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Əgər cinsiyyəti dəyişmək dedikdə cərrahiyyə əməliyyatı ilə kişinin cinsiyyət orqanını kəsib onun yerinə (qadına aid) süni sidik kanalı və cinsiyyət orqanı qoymaq və hormon vurmaqla onda qadınlıq əlamətlərini (məsələn, bədənin tüklərinin tökülməsi və sinələrin böyüməsi) yaratmağı nəzərdə tutursunuzsa və yaxud cinsiyyətini dəyişmək istəyən qadına süni kişi cinsi orqanı qoymaq və hormon vurmaqla onda kişilik əlamətlərini (məsələn, sinələrin kiçikləşməsi və üzdə tüklərin çıxması) yaratmağı nəzərdə tutursunuzsa, bu iş həqiqətən cinsiyyəti dəyişmir və həmin insanın şəriət hökmləri dəyişmir. Digər tərəfdən bu əməliyyat cinsi orqanın başqası tərəfindən görünməsi və ləms edilməsi ilə müşayiət olunduğundan icazəli deyil.
Amma kişi və qadını fərqləndirən daxili və xarici cinsi orqanlarının (tamamilə) dəyişməsini nəzərdə tutursunuzsa, bu əməliyyatın öz-özlüyündə (haram olması mümkün olan lazimələrə göz yumsaq) eybi yoxdur. Lakin indiyə qədər belə bir iş xaricdə öz əksini tapmamışdır. İndiyə qədər həyata keçirilən əməliyyatların hamısı zahiri dəyişmədir ki, hökmlərin dəyişməsində heç bir təsiri yoxdur.

Söz yox ki, cinsiyyət orqanlarının (sisteminin) fəaliyyəti anomal olan insanlarda misal üçün, zahiri görünüşü qadın olan, amma daxili qadın cinsiyyət orqanına (sisteminə) malik olmayan kişidə gizlənmiş kişi cinsiyyət orqanını cərrahiyyə əməliyyatı ilə üzə çıxarmaq və ya əksinə, zahiri kişi cinsiyyət orqanını, daxili qadın cinsiyyət sisteminə malik olan qadından götürmək haqqında bunu demək mümkündür ki, bu əməliyyatın öz-özlüyündə eybi yoxdur və onun cinsiyyətin dəyişdirilməsi ilə heç bir əlaqəsi yoxdur. Təbii ki, haram baxış və ləmslə müşayiət olunsa, yalnız zərurətin bunu tələb etdiyi təqdirdə, həmçinin onu etməməyin kəskin məşəqqətə və çətinliyə səbəb olacağı halda halaldır.
http://sual.nur-az.com/az/6/Tibb/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP