Sual (41) : Salam aleykum, Eger men 1 gutu corab (mayka ve sair) aliram icinde 12 dene deyek ki il erzinde istifade ucun, 2-sini istifade edenden sonar xums gunum olur, Galan corablarima xums dushur?
Имя: Rovshan, Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onlara ehtiyacınız varsa xüms gəlməz.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (42) : Salam aleykum, 1. Men deyesen boyuk bir sehf elemisem. bir defe xums odemishem, ve xumsdan temiz galan deyek bir migdar pulum qalib. Deyek ki 2000 manatdan - 400 manat = 1600 manat. O pulu novbeti iller xercledikden sonra hemin xums gununde o temizlenmis miqdardan cox olmayaraq pulum olub. Yeni 1600 manatdan az. Mende ele bilmisem ki mene xums dusmur, amma yeni bilmisem ki o temizlenmish 1600 manati xerclemekle yeni il erzinde islenmeyen hetta ilkin meblegden 1600-den az olsada bele ona xums dusur. Bu halda vezifem nedir? Hemin 1600-dan az olan meblege pul dusur? Bildirmek isterdim ki hal hazirda cox borcum var (>20.000) ve o pulu evde saxlamagin 2-3 Aydan sonra xerclemek niyyetimde idim 2. Menim xums gunum ayin 1-i olub, kohne isde ayin 5-i maas alirdig, ve 1-de xums cixartmag rahat idi. Amma indi ayin 28-30 maas oturur, ve men maashi olur cixardmadan xums gunum yaxinlasir. Bu halda nece? 3. Yuxaridaki meseleri nezere alaraq men dusunurdum ki eger insanin borcu cox olarsa ona xums dusmur, ve men maashi alarag xums gununden sonra borc gaytarmisam, o borca nece xums dusur? 4. Aga Xamenei Aga mene bu ilin xumsunu 40-60 gun uzatmaga icaze verer? Seyyid ve Imamin payini deyirem. Cunki mene cox cetin olur bu halda. Boyuk borcum olarag xums cixardmag cetin olub. Bagislayin Allah sizleri gorusun
Имя: Rovshan, Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Sual aydın deyil.
2. Aldığınız maaş illik gəlirin hissəsi hesab olunur ki, ta sonrakı xüms ilinin sonuna qədər qalmış olsa xümsü verilməlidir.
3. İstər borc götürmək, istərsə də nisyə alver və s. nəticəsində yaranmış olduğu bu borcu əgər həmin ilin illik xərclərinin təminindən ötrü etmisinizsə, artıq qalan məbləğlə odəmək istəsəniz illik gəlirdən kəsr olacaqdır (çıxılacaqdır, yəni o məbləğə xüms gəlməz, xümsü hesablayarkən həmin məbləğ nəzərə alınmayacaq), yox əgər bu məbləği əvvəlki ilin borclarına görə ödəyirsinizsə, illik gəlirdən götürərək ödəməyin icazəli olmasına baxmayaraq, ilin sonuna kimi ödəməsəniz illik gəlirdən istisna olunmur (yəni xümsü hesablayarkən həmin məbləğin xümsünü də hesablamalısınız).
4. Xümsü ödəməyi gecikdirmək caiz deyil, siz Azərbaycan Respublikasında Böyük Rəhbərin (ömrü uzun, bərəkəti bol olsun) numayəndəsi cənab Seyyid Ocaq Nejad cənablarına müraciət edə bilərsiniz.
Web ünvanı: http://www.ocaqnejad.net
E- ünvanı: ojaghnezhad@hotmail.com
Tel: 012-564-37-39

http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (43) : Mənim aylıq məvacibim, nəinki ailəmi,,hətta mənim özumə çatmır.Mən xums verməliyəmmi və necə verməliyəm7???
Имя: Kərbəlayi Hasil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Siz xüms iliniz başa çatdıqda pulunuzu və artıq qalan malınızı hesablayın. Əgər artıq bir şey qalmasa, xüms vermək lazım deyil. Amma artıq hər nə qalıbsa (o cümlədən un, çörək, yağ, qənd, çay, pul və s.) beşdə birini xüms olaraq verməlisiniz.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (44) : Salamun aleykum.Zehmet olmasa menim sualimi daha dolgun ve aciq sekilde cavablayasiz. Salim beledir.Mart ayinin 19-u menim xums gunumdur.Kecen il mart ayinin 19-u gunu elimde artiq 250 manat var idi ki,onun 5-de 1-ni yeni 50 manatini xums cixdim.Bilmek isteyirem ki bu il de mart ayinin 19-u gunu elimde olan umumi pulun 5-de 1-ni xums cixmaliyam?yoxsa kecen il paklasdirdigim 200 manatdan artiginin 5-de 1-ni xums cixmaliyam?Bu hokmde ayliq maas alanla,basqasinin ferqi varmi?
Имя: Tural, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər həmin məbləğ yeni gəlirdəndirsə və xümsü verilməyibsə xümsü verilməlidir.
2. Heç bir fərqi yoxdur.

http://sual.nur-az.com/az/53/X%C3%BCms/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (45) : Salam Ağa.Mən bir paltarı geyinsəm daha sonra ise əgər 1il erzinde istifade etməsəm ona xüms düşərmi?
Имя: , Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər həmin paltarı geyinmək üçün almısınızsa, (baxmayaraq ki, hal-hazırda istifadə etmirsiniz) xümsü yoxdur.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (46) : salam anam mene cehiz verib ama cehizlerin yarsin almiwiq yarsinda anamin oz gelinlik cehizidi.getirdyim cehizlerin hec birinin xumsu verilmeyib mene indi op xumsu vermek vacib olur?eger vacib olursa onlari bir defe iwletsem uzerimden xums goturulur?onceden tewekkur edirem
Имя: Meryem, Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, cehizin xümsü yoxdur.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (47) : SALAM ALEYKUM. BİR NƏFƏR KREDİTLƏ QIZIL GÖTÜRÜB İL YARIMDI VƏ HƏLƏ NOYABRDA BİTƏCƏK KREDİTİ.BİLMƏK İSTƏYİRKİ QIZILIN XÜMSÜNÜ VERMELİDİ VƏ NƏQƏDƏRDİ?XAHİŞ EDİRƏM ƏTRAFLI YAZARDINIZ
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunan halda, əgər qızıl, ticarət və qazanc əldə etmək məqsədi ilə alınıbsa, xums ilində əldə olunan qazancdan ödənilən məbləğin xumsu verilməlidir. Əgər el arasında özunə layiq ehtiyaclarından olsa, xumsu yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (48) : men 3 ildir ki pul yiqiram ozumun emeliyyatim ucun hemen pula xums gelirmi
Имя: sadiq, Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər xumsu ödəməkdə bir problem yaranırsa
Ayətullah əl-üzma Xameneinin ofisinə və ya xums işləri üzrə təyin olunmuş vəkillərindən birinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, Bakı şəhərində cənab hacı Ocaq Nejat ağaya müraciət edib və ya onunla əlaqə saxlayıb tədriclə ödəmək üçün icazə ala bilərsiniz.
Web ünvanı: http://www.ocaqNejad.net
E- ünvanı: ojaghnezhad@hotmail.com
Tel: 012-564-37-39

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (49) : salam, xumsu veilmiyen mayadan ve qazancdan ev alinmasi ucun istifade etmek olarmi? yeni eyer mayanin ya qazancin xumsu verilse, ya ev ala bilmez yada mayasi islemeye kifayet etmez.Allah mukafatinizi versin
Имя: , Страна: rusya, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər ev almaq üçün mütləq tədrici pul yığmağa ehtiyac olarsa, hətta əgər toplanmış pulun xüms ili çatsa və bir neçə il pulu saxlamaq lazım gəlsə belə, ev alışı üçün yığılan pula xüms gəlməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (50) : Salamun aleykum. Bir nəfərin evdə müəyyən qədər pulu var. O adam həmin pul və irəlidəki növbəti 12 aydada bir qədər də əlavə pul düzəltmək ümidi ilə müəyyən müddətlik məsələn 12 aylıq kreditə ev alır.Yəni hər ay müəyyən məbləği ödəmək şərtilə. Sual budur ki, həmin adam ehtiyatda olan pulunu (aldığı evin bir neçə aylıq pulu) əvvəlcədən də, ayba-ay da ödəyə bilər. Lakin adam evsatan şirkətdə müəyyən səbəblərdən dolayı pulun batmasını riskini nəzərə alaraq ayba-ay ödəməyi məqsədəuyğun sayır. Bu vəziyyətdə xums vaxtı gəlib çatarsa ev üçün hesablanmış pula xums hesablanir, yoxsa yox? Əgər hesablansa o əvvəlcədən ehtiyatda olan pulun hamısını ödəmək məcburiyyətindədir, ona görə ki, evin tam məbləği bu pulla birlikdə anca düzəlir. İnşallah fikrimi tam olaraq ifadə edə bilmişəm. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Имя: Ayaz, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ev almaq onun qiymətinin bir hissəsini əvvəlcədən ödəməyə bağlıdırsa, ödənilmiş məbləğə hətta sizin illik qazancınızdan artıq olsa belə xüms gəlməz. Amma bilin ki, istər borc götürmək, istərsə də alver nəticəsində yaranmış olduğu bu borcu əgər həmin ilin illik xərclərinin təminindən artıq qalan məbləğlə odəsəniz illik gəlirdən kəsr olacaqdır (çıxılacaqdır, yəni o məbləğə xüms gəlməz, xümsü hesablayarkən həmin məbləğ nəzərə alınmayacaq), yox əgər bu məbləği əvvəlki ilin borclarına görə ödəyirsinizsə, illik gəlirdən götürərək ödəməyin icazəli olmasına baxmayaraq, ilin sonuna kimi ödəməsəniz illik gəlirdən istisna olunmur (yəni xümsü hesablayarkən həmin məbləğin xümsünü də hesablamalısınız).
http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP