Sual (71) : Mərhum İmamın müqəllidləri, həmçinin onun təqlidində qalmaq istəyənlər üçün diri mərcələrin birindən icazə almaq vacibdirmi, yoxsa bu barədə alimlərin və mərcələrin əksəriyyətinin ölü müctehidin təqlidində qalmağın caiz olmasına dair rəy birlikləri kifayətdir?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Müasir alimlərin ölü müctehidin təqlidində qalmağın caiz olması barədəki rəy birliklərinə istinad edərək İmamın təqlidində qalmaq caizdir və bu barədə müəyyən bir müctehidə müraciət etməyə ehtiyac yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) : Mən bir məsələdə bir dəfə ölü müctehidin, başqa bir dəfə isə diri və ələm müctehidin fitvasına müraciət edə bilərəmmi? Halbuki, bu iki müctehidin bu məsələ barəsində ixtilafları vardır.
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Meyyitə təqlid etməkdə baqi qalmaq caizdir, amma ölü müctehiddən diriyə üdul etdikdən sonra yenidən ölü müctehidin fitvasına müraciət etmək caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) : İmamın vəfatindan sonra onun öz fitvasına əsasən ölü müctehidə təqlid etməkdə qalmağın caiz olmadığını güman etdim. Buna görə də təqlid üçün diri bir müctehid seçdim. Bir daha İmamın təqlidinə qayıda bilərəmmi?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Bütün fiqhi məsələlərində diri bir müctehidə üdul etdikdən sonra İmama təqlid etməyə qayıtmağın caiz deyildir. Amma (təqlid etdiyin) diri müctehid ələm meyyitə təqlid etməkdə qalmağın vacib olması barədə fitva vermiş olsa və sən də İmamın diri müctehidlərdən ələm olmasına etiqad bəsləsən, bu halda İmama (r.ə) təqlid etməkdə qalmağın vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) : Bir nəfər mərhum İmama təqlid etmiş, onun vəfatından sonra bəzi məsələlərdə başqa bir müctehidə təqlid etmişdir. Sonra o müctehid də vəfat etmişdir. Bu şəxsin vəzifəsi nədir?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
O şəxs əvvəldə olduğu kimi həm birinci təqlid etdiyi şəxsin təqlidində qala bilər, həm də ikinci müctehidə üdul etdiyi məsələlərdə öz təqlidində (yəni ikinci müctehidin təqlidində) qalmaq, yaxud diri müctehidə üdul etməkdə ixtiyar sahibidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) : Ölmüş müctehidə təqlid etməkdə qalmaqda diri ələmdən icazə almaq şərtdir, yoxsa hər hansı müctehidin icazəsi mümkündür?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Ölmüş müctehidin təqlidində qalmağın caizlik məsələsində ələmə təqlid etmək vacib deyil və bu da fəqihlərin bu barədə rəy birliyi olan haldadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) : Ölmüş müctehid ələm olan halda ona təqlid etməkdə qalmağın hökmü nədir?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Ölmüş müctehidin təqlidində qalmaq hər bir halda caizdir, vacib deyil. Amma ehtiyat müstəhəb ölmüş ələm müctehidə təqliddə baqi qalmaqdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) : Mərhum İmamın sağlığında həddi-büluğa çatmış, bəzi höklərdə ona təqlid etmişəm, lakin təqlid məsələsi mənim üçün aydın olmamışdır. İndi mənim vəzifəm nədir?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər İmamın sağlığında öz ibadi və qeyri-ibadi əməllərini o həzrətin fitvalarına müvafiq olaraq yerinə yetirmiş və ona təqlid etmisənsə, -hərçənd bəzi məsələlərdə- bütün məsələlərdə ona təqlid etməkdə qalmağın caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) : Bir nəfər İmam Xomeyninin vəfatından sonra müəyyən bir mərceyə təqlid etmiş, indi isə yenidən İmama təqlid etmək istəyir. Bu caizdirmi?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Ehtiyata görə diri, təqlid üçün bütün şərtlərə malik olan bir müctehiddən ölü müctehidə qayıtmaq caiz deyildir. Amma diri müctehid (təqlid üçün) lazım olan şərtlərə malik olmazsa, ona üdul etmək batildir və o hələ də meyyitə təqlid etməkdə qalır. Bu kəs öz təqlidində (meyyitə təqliddə) qalmaqda, yaxud təqlid etmək caiz olan diri bir müctehidə üdul etməkdə ixtiyar sahibidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) : Mən bir cavanam. İmama mükəlləf olmazdan (həddi-büluğa çatmazdan) əvvəl təqlid edirdim. Amma təqlidim aydın şəri dəlil üzündən yox, İmama təqlid etməyin bəriüz-zimmə olduğuna görə idi. Bir müddətdən sonra başqa bir mərceyə təqlid etdim. Amma bu üdul düzgün deyildi. Onun da vəfatından sonra Sizə təqlid etməyə başladım. O mərceyə təqlid etməyimin hökmü nədir? Əməllərimin hökmü, xüsusilə də o müddətdə necədir? Hal-hazırdakı vəzifəm nədir?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
İmama təqlid etdiyin dövrdəki əməllər həm onun mübarək həyatı dövründə, həm də vəfatından sonra (ona təqlid etməkdə qalmaq şərti ilə) düzdür. Amma başqa müctehidə təqlid əsasında olan əməllərinə gəldikdə isə, əgər əməllərin hal-hazırda sənin təqlid etməyinin vacib olduğu, yaxud əvvəllər vacib olan müctehidin fitvaları ilə müvafiq olsa, bu halda düz və kifayətdir. Əks halda (yəni müvafiq olmasa), o əməlləri yenidən yerinə yetirməyin vacibdir. Hal-hazırda isə sən vəfat etmiş mərceyə təqlid etməkdə qalmaqda, yaxud şəri qayda-qanunlara uyğun olaraq təqlid məsələsində müraciət etməyə səlahiyyətli olan bir müctehidə üdul etməkdə ixtiyar sahibisən.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) : İmam Xomeyninin müqəllidləri olan və onun öz təqlidində qalan şəxs bəzi hallarda (məsələn, Tehran şəhərinin biladi-kəbirə sayılmaması kimi) başqa təqlid mərcələrinə müraciət edə bilər, yoxsa edə bilməz?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Bu caizdir, hərçənd İmam rəhmətullahı diri müctehidlərdən ələm bildiyi halda müstəhəb ehtiyat budur ki, İmama təqliddə baqi qalsın. (Başqasına müraciət olunmasın).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP