Sual (61) : “Bunda işkal var”, “işkal gətirəndir”, “işkaldan kənar deyil”, “bunda işkal yoxdur” kimi ibarələr fitvadır, yoxsa ehtiyat?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
“İşkalı yoxdur” ibarəsi fitva, yerdə qalanlar isə ehtiyatdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) : Fitvalarda gələn “bunda işkal var” kimi ibarələr o işin haram olmasına dəlalət edirmi?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Bu ifadə, yəni “işkallı məsələdir” müxtəlif yerlərdə müxtəlif mənalar verir. Məsələn, əgər işkal bir şeyin caiz olub-olmamasındadırsa, əməl mərhələsində nəticə etibarı ilə harama gətirib çıxarır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : Vacib ehtiyat nə deməkdir?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Vacib ehtiyat bir işin yerinə yetirilməsi, yaxud tərk olunması ehtiyat üzündən vacib olan əmələ deyilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : “Qasir cahil” kimdir?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Qasir cahil ümumiyyətlə öz cəhlindən xəbərdar olmayan, yaxud xəbərdar olub onun aradan qaldırılması yolunu bilməyən şəxsə deyilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : “Müqəssir cahil” dedikdə nə nəzərdə tutulur?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Müqəssir cahil, öz cəhlini bilən və həmçinin, bu cəhli aradan qaldırmaqda mümkün olan yolları bilən, amma o yolları getməyən adama deyilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : Ələm mərcenin fitvaları o fitvaların verildiyi dövr ilə uyğun olmasa, yaxud o fitvalara əməl etmək çətin olsa, bu halda qeyri-ələmə üdul etmək olarmı?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Təqlid olunması vacib olan ələm müctehidin fitvalarının sırf şəkildə zamanla uyğun gəlməməsi gümanı ilə, yaxud sırf şəkildə onun fitvalarına əməl etməyin çətin olması gümanı ilə başqa müctehidə üdul etmək caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Hansı hallarda müqəllid öz mərcəsindən dönüb başqasına təqlid edə bilər?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Başqa müctehid hal-hazırdakı müctehiddən ələm, yaxud ona bərabər səviyyədə olan surətdə ona üdul etmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : Bir mərcenin müqəllidlərinin vəzifəsi -başqa bir mərcenin ələm olması aşkar olduqda- nədir?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Ehtiyata əsasən, hal-hazırda təqlid olunan mərcenin fitvası ələm mərcə ilə müxalif olan məsələlərdə ələmiyyəti aşkar olan müctehidə təqlid etməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Ölü müctehidə təqlid etməkdə qalmağın caiz olmasına əsasən bu hökm həmin müctehidin sağlığında mükəlləf olmayan (həddi-büluğa çatmayan), amma onun fitvalarına əməl edən şəxslərə də aiddirmi?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Onlar müctehidin sağlığında ona təqlid etmişlərsə, (hərçənd həddi-büluğa çatmazdan əvvəl) ölü müctehidin təqlidində qalmalarının eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (70) : Mükəlləfin (müctehidin sağlığında) əməl etdiyi, yaxud etmədiyi məsələdə müctehid öləndən sonra təqlid etməkdə qalmaq barədə Sizin mübarək rəyiniz nədir?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Ölmüş müctehidə təqlid etməkdə -bütün məsələlərdə, hətta əməl etmədiyi məsələlərdə- qalmaq caiz və kifayətdir.

Go to TOP