Sual (51) : Vəliyyi-fəqihin təkvini [5217] vilayəti (hakimiyyəti) vardırmı ki, onun əsasında hər hansı bir səbəb (ümumi mənafe kimi) olduqda din əhkamlarını nəsx (əvəz) edə bilsin?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Rəsuli-əkrəmin (s) vəfatından sonra İslam şəriət əhkamlarının nəsx edilməsi (dəyişdirilməsi) mümkün deyil. Amma mövzunun əvəz edilməsi, zərurət və iztirar hallarının qarşıya çıxması, hökmün nüfuzunun vaxtını müəyyən edən bir maneənin irəli gəlməsi isə nəsx deyildir. Təkvini vilayət-buna etiqad bəsləyənlərin rəyinə əsasən- yalnız Məsumlara (ə) aiddir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Vəliyyi-fəqihin mütləq hakimiyyətinə etiqadı olmayan şəxs həqiqi müsəlman sayılırmı?
Имя: Elman, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Etiqad və ictihad nöqteyi-nəzərindən həzrəti Hüccət ibnil həsən (ərvahüna fidah) qaib olduğu dövrdə vəliyyi-fəqihin mütləq hakimiyyətinə (vilayətinə) etiqad bəsləməmək dindən çıxmağa, mürtəd olmağa səbəb olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : İnformasiya vasitələrinin İslam hökuməti sayəsində vəliyyi-fəqihin, yaxud dini hövzələrin nəzarəti altında, yaxud da başqa cəhətlərdə olması vacibdirmi?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
İnformasiya vasitələrinin müsəlmanların vəliyyi-əmrinin hökmü, nəzarəti altında olması vacibdir və bu vasitələr ilahi və fiqhi təlimlərin nəşr olunub yayılması işində müsəlmanlara, İslama xidmət etməyə borcludur, həmçinin islami cəmiyyətlərin ümumi müşküllərini həll etmək üçün istifadə olunur. Xalqın fikrinin inkişaf etdirilməsi və müsəlmanların arasında vəhdət və qardaşlıq ruhiyyəsinin canlandırılması və s. kimi işlərə xidmət edir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Vəliyyi-fəqih İslamın və müsəlmanların mənafeyi, məsləhəti tələb edən hallarda şəriət hökmlərinin xilafına hökm verə bilərmi, (və beləliklə də) şəriət hökmləri dəyişdirilə, yaxud icra olunmaya bilərmi?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əlbəttə, yerlər müxtəlifdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Vilayəti-fəqihin əslinə və ya hazırkı vəliyyi-fəqihə etiqad bəsləmək əqlidir, yoxsa şəri?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Həqiqətən vilayəti-fəqih (yəni adil, dinə arif olan bir fəqih şəxsin (alimin) hökuməti) şəri və təəbbüdi bir hökmdür. Bunu əql də təsdiq edir. Burada onun nümunəsini təyin edən bir əqli yol da var ki, İslam Respublikasının Əsas Qanununda bəyan olunmuşdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Vəliyyi-fəqihin hökmü, yaxud fitvası hansı həddə tətbiq oluna bilər və (onun hökmünün) ələm mərcenin rəyi ilə müxalif olduğu halda üstünlük hansına verilir?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Vəliyyi-fəqihin hökmünə itaət etmək hamı üçün vacibdir. Onun hökmü ilə müxalif olan Mərceyi-təqlidin hökmünün vəliyyi-əmrin hökmü ilə qarşılaşa bilməsi mümkün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Mərcəi-təqlidlərdən birinin müqəllidi olan halda müsəlmanların vəliyyi-əmri zalım kafirlər əleyhinə müharibə, yaxud cihad elan etsə, mənim təqlid etdiyim mərcə də müharibəyə getmək icazəsi verməsə, bu halda onun rəyinə əməl edim, ya yox?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Ümumi işlərdə, o cümlədən İslamı və müsəlmanları təcavüzkarlar, tüğyançılar və kafirlərin əleyhinə olaraq müdafiə etmək kimi işlərdə müsəlmanların vəliyyi-əmrinə itaət etmək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Bildiyiniz kimi, “Üsuli fiqh” elmində “Əl-ictihadül-mütəcəzzi” (fiqhin bir qismətində ictihada çatmaq) barədə bəhs olunur. Elə isə İmam Xomeyninin (r.ə) rəhbəriyyəti mərcəiyyətdən ayırması ictihadda təcəzzini sabit edirmi?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Rəhbəriyyətin mərcəiyyətdən ayrılmasının ictihadda təcəzzi məsələsi ilə heç bir rabitəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : İctimai, siyasi, mədəni məsələlərdə müsəlmanların vəliyyi-əmrinin fitvası ilə başqa bir mərcenin fitvası bir-biri ilə düz gəlməzsə, hansı iş vacibdir və müsəlmanların şəri vəzifələri nədir? Belə olan halda, mərceyi-təqlidin çıxardığı hökmlərlə vəliyyi-fəqihin çıxardığı hökmlərin arasında fərq qoya biləcək bir hədd-hüdud varmı? Məsələn, musiqi məsələsində Mərceyi-təqlidin rəyi vəliyyi-fəqihin rəyi ilə müxalif olsa, hansının rəyinə tabe olmaq vacibdir və hansının rəyi kifayətdir? Ümumiyyətlə, vəliyyi-fəqihin hökmünün Mərceyi-təqlidin hökmündən üstün olduğu hökumət əhkamları hansılardır?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
İslam ölkəsinin idarə olunması və müsəlmanların ümumi işləri ilə əlaqədar olan məsələlərdə müsəlmanların vəliyyi-əmrinin rəyinə (hökmünə) itaət olunmalıdır. hər bir mükəlləf şəxs sırf şəkildə fərdi olan məsələlərdə öz mərcəi-təqlidinə tabe ola bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : “Caiz olmamaq”-la “haram”-ın arasında nə kimi fərq var?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əməl məqamında heç bir fərqləri yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP