Sual (41) : Vəliyyi-fəqihin nümayəndələri tərəfindən çıxarılan qərarlara (onun nümayəndəlik çərçivəsində olsa) itaət etmək vacibdirmi?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər onun ilzami qərarları vəliyyi-fəqihin tərəfindən olan səlahiyyəti çərçivəsində olarsa, bu halda o qərarlarla müxalifət etmək caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : Hərbi hissələrin məsuliyyətli işçiləri üçün caizdirmi ki, qoşun bölmələrini bəzi özlərinə aid işlərə əmr etsinlər? Belə ki, əgər onların (məsulların) özləri bu işi görmək istəsələr, vaxtları hədərə gedəcək.
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Bu məsullar üçün və yaxud hər hansı başqa bir şəxs üçün qoşun bölmələrini özlərinin xüsusi işlərini görmək üçün işlətmələri caiz deyildir. Əgər işlətmiş olsalar, onların zəhmət haqlarını verməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Bəzi vaxtlar bəzi məsuliyyətli şəxslər tərəfindən “idarə vilayəti” (yəni yüksək məsuliyyətli şəxslərə etiraz etmədən itaət etmək) kimi məsələlər eşidirik. Bu barədə Sizin rəyiniz nədir? Və bizim (bu barədə) şəri vəzifəmiz nədir?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
İdarə qayda-qanunları əsasında çıxarılan (idari) hökmlərlə (əmrlərlə) müxalifət etmək, onlardan boyun qaçırmaq caiz deyildir. Lakin İslam məfhumları içərisində “idarə vilayəti” adlı bir şey mövcud deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Vilayəti-fəqih məsələsi təqlid olunası bir məsələdir, yoxsa etiqadla əlaqədar olan məsələdir? Və (əgər etiqadi məsələdirsə, onda) ona iman gətirməyən şəxsin hökmü nədir?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Vilayəti-fəqih məzhəbin əsillərindən biri olan imamət və vilayət məsələlərindəndir. Amma bu barədə olan hökmlər sair fiqhi hökmlər kimi şəri dəlillərə əsasən çıxarılır. Hər kəsin bu barədə, bu məsələni qəbul etməməyə dair dəlili olsa üzürlüdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : İmam Zaman (ə) qaib olan hazırkı əsrdə cameüş-şərait müctehid üçün hüdudların [5220] icra olunmasında vilayət (haqqı) varmı?
Имя: Elman, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
İmamın (ə) qaib olduğu əsrdə də hüdudların icrası vacibdir, bu işə rəhbərlik də yalnız müsəlmanların vəliyyi-əmrinin əli ilədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : İran İslam Respublikasında yaşayan bir fəqih mütləq vilayəti fəqihə etiqad bəsləməsə, ona vacibdirmi ki, vəliyyi-fəqihin əmrlərinə itaət etsin? Və əgər o, vəliyyi-fəqihlə müxalifət etsə, fasiq [5219] sayılırmı? Və əgər bir fəqih vəliyyi-fəqihin mütləq vilayətinə etiqad bəsləyirsə, lakin özünü bu məqama daha layiq görürsə, bu halda əgər o, vilayət məqamında olan fəqihin əmrləri ilə müxalifət etsə fasiq sayılarmı?
Имя: Vusal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Hər bir mükəlləf şəxsə - hətta fəqihə belə- vacibdir ki, vəliyyi-fəqihin hökumətə aid olan əmrlərinə itaət etsin. Heç kəs özünün vilayət məqamına ləyaqətli olduğunu iddia edərək, vilayət işlərində o işlərin öhdədarı olan şəxslə müxalifət etməyə haqqı yoxdur. Bu deyilənlər o haldadır ki, hal-hazırda vilayəti-fəqih kürsüsündə olan şəxs bu məqam üçün nəzərdə tutulan qanuni yolla rəhbəriyyətə seçilmiş olsun. Amma bundan qeyri surətdə iş tamamilə fərqlənir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Fəqihlərin verdikləri fitvaya əsasən, ölü müctehidə təqlid etməkdə qalmaq diri müctehidin fitvasından asılıdır. Bu halda, vəfat etmiş vəliyyi-fəqihin verdiyi şəri-vilayi hökmlərin və əmrlərin də (nüfuzlu qalsın deyə) diri vəliyyi-fəqihin icazəsinə ehtiyacı varmı? Yoxsa, o əməllər elə-belə öz halına qalır?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Müsəlmanların vəliyyi-əmri nahiyəsindən çıxarılan vilayi hökmlər, təyinatlar müəyyən, məhdud zamanla hüdudlanmazsa, öz nüfuzunda qalır. Amma əgər təzə vəliyyi-əmr bu hökmləri pozmaqda bir məsləhət görsə, həmin hökmləri poza bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) : Rəsuli-əkrəmin (s) dövründə “vilayəti-mütləqə” kəlməsinin mənası bu idi ki: həqiqətən, Rəsuli-əkrəm(s) əgər bir şəxsə hər hansı bir işi əmr etsəydi, hətta ən çətin işlərdə də olsaydı belə, o işin yerinə yetirilməsi həmin şəxsə vacib olardı. Məsələn, əgər Peyğəmbər (s) bir şəxsə, o şəxsin özünü öldürməsini əmr etsəydi, bu işin icrası o şəxsə vacib olardı. Sual budur ki, mütləq vilayət (vilayəti-mütləqə) də elə bu mənanı daşıyırmı? (Nəzərə alaq ki, Peyğəmbər (s) məsum (günahsız) idi, lakin hazırkı əsrdə camaat arasında günahsız adam tapılmaz.)
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Cameüş-şərait bir fəqih üçün mütləq vilayət dedikdə məqsəd budur ki, səmavi dinlərin sonuncusu olan, qiyamət gününə kimi qalarlı olan hənif İslam dini hökm dinidir, cəmiyyətin işlərini idarəetmə dinidir. Bu halda İslam cəmiyyəti üçün (bu cəmiyyətin bütün təbəqələri ilə belə) hökmən vəliyyi-əmr, hakimi-şər (şəriət hakimi) lazımdır. Həmçinin, ümməti və müsəlmanları düşmənlərdən qorumaq üçün, onların dövlətini qorumaq, onların arasında ədaləti bərqərar etmək, güclünün zəiflərə təcəvüz etməsinin qarşısını almaq üçün, onların mədəni təkamülü, siyasi, ictimai inkişafları, rifahları üçün lazım olan vəsaitləri təmin etmək üçün bir nəfər rəhbər lazımdır. Bu işlər də əməli olaraq nüfuzetmə məqamında bəzi şəxslərin istəkləri, tamahları, mənafeləri, azadlıqları ilə düz gəlmir. Müsəlmanların hakiminə İslam fiqhi əsasında rəhbəriyyətin mühüm işlərini icra edən vaxt vacibdir ki, ehtiyac duyulan vaxt lazım olan icariyyə əməllərini tətbiq etsin. Bu halda onun istəyi, səlahiyyəti (İslamın və müsəlmanların ümumi mənafeyi məsələsi qarşıya çıxanda) ümumxalq istəklərinə hakim olmalıdır. Bu da mütləq vilayətin kiçik işlərindəndir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) : Vəliyyi-fəqihin əmrlərinin icrası bütün müsəlmanlara vacibdir, yoxsa təkcə onun müqəllidlərinə aiddir? Həmçinin (vəliyyi-fəqihin) mütləq hakimiyyətinə etiqad bəsləməyən müctehidin müqəllidinə vəliyyi-fəqihə itaət etməsi vacibdirmi?
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Şiə fiqhinə əsasən, bütün müsəlmanların onların vəliyyi-əmri tərəfindən verilən, ona məxsus olan (vilayi) əmrlərə itaət etmələri, onun verdiyi əmrlər, nəhylər qarşısında təslim olmaq - hətta sair fəqihlərə də vacibdir. O ki, qala (o fəqihlərin) müqəllidlərinə!... Vilayəti-fəqihə tabe olmağı İslama, məsum imamların vilayətinə tabe olmaqdan ayrıla biləcəyinə etiqadımız yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) : Adil vəliyyi-fəqihə həsbiyyə [5218] işlərdən qeyrisində etiqad bəsləməyən şəxslərə qarşı vəzifəmiz nədir? Halbuki, onların bəziləri belə bir şayiə yayırlar ki, vilayəti-fəqihin yalnız həsbiyyə işlərdə ixtiyarı vardır.
Имя: Kerbelayi Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Vilayəti-fəqih cəmiyyətdə ictimai məsələlərin idarə edilməsində hər bir əsrdə, zamanda haqq olan 12 imam məzhəbinin rüknlərindəndir. Vilayəti-fəqihin imamətin əslində əsaslı rolu var və hər kəs buna (vilayəti-fəqihə) etiqad bəsləməmək barədə sübut gətirsə üzrlüdür, amma ixtilaf, təfriqə salması mümkün deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP