Sual (31) : Dünyasını dəyişmiş müctəhidə təqlid etmək olarmı?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İlk dəfə təqlidə başlayan şəxs dünyasını dəyişmiş müctəhidə təqlid edə bilməz. Müctəhidin bəzi fitvalarına əməl edən şəxs həmin müctəhid dünyasını dəyişdikdən sonra da uyğun məsələlərdə ona təqlid edə bilər. Bütün məsələlərdə bir müctəhidə təqlid edən şəxs həmin müctəhid dünyasını dəyişdikdən sonra ona təqliddə qala bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) : Müctəhidin fitvasını (göstəriş) hansı yolla öyrənmək olar?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müctəhidin fitvasını dörd yolla öyrənmək olar: 1. Müctəhidin özündən eşitməklə; 2. İki adil şəxsdən eşitməklə; 3. Doğru danışan və etibarlı bir şəxsdən eşitməklə; 4. Fitvanı etibarlı bir risalədə görməklə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) : Cameüş-şərait müctəhidi hansı yolla tanımaq olar?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Cameüş-şərait müctəhidi üç yolla tanımaq olar:
1. İnsanın özünün əmin olması;
2. Müctəhid və ələmi tanıya bilən iki ədalətli alimin təsdiqi. Bir şərtlə ki, başqa iki adil alim əvvəlkilərin dediyinə müxalif olmasın;
3. Müctəhid və ələmi tanıya bilən elm əhlinin dediklərindən əminlik hasil olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) : Büluğ (yetkinlik) həddinin hansı əlamətləri var?
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yetkinlik həddinin, həddi-büluğun üç əlaməti var.
1. Cinsiyyət üzvünün üst hissəsində cod tüklərin bitməsi; 2. İstənilən bir halda cinsiyyət üzvündən spermanın (məni) xaric olması. 3. Qəməri təqvimlə oğlanların 15, qızların isə 9 yaşının tamam olması.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) : Əməli hökmlər neçə qisimdir?
Имя: Samir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Hökmlər beş qisimdir:
1. Vacib–hökmən yerinə yetirilməli olan göstəriş. Bu hökmü tərk etmək günahdır. Məsələn, həddi-büluğa çatdıqda namaz qılmaq vacibdir.
2. Müstəhəb–belə bir hökmü yerinə yetirmək bəyənilmişdir. Onu tərk etmək günah sayılmır. Məsələn, salam vermək müstəhəbdir, yəni bəyənilmiş bir hökmdür.
3. Haram–haram hökmü hər hansı işi qəti şəkildə qadağan edir. Haram iş görən şəxs üçün axirət əzabı var. Məsələn, yalan danışmaq.
4. Məkruh–bir işin məkruh olması barədə hökm varsa, həmin işi görməmək daha yaxşıdır. Amma məkruh iş görən adam üçün axirət cəzası yoxdur. Məsələn, şəkil olan otaqda namaz qılmaq məkruhdur.
5. Mübah–mübah işin görülüb-görülməməyinin dini baxımdan fərqi yoxdur. Məsələn, halal qidaların qəbulu nə vacibdir, nə müstəhəbdir, nə haramdır, nə də məkruh. Bu iş insanın öz ixtiyarındadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) : Nədə təqlid edilməlidir?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İslam dini üsuli-din (inamlar), əxlaq və fürui-din (əməllər) bölmələrindən ibarətdir. Əqidə məsələlərində (üsuli-din) təqlid etmək olmaz. Yalnız əməli hökmlərə (fürui-din) təqlid edilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) : Kimə təqlid edilməlidir?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Doqquz şərtin ödəndiyi «cameüş-şərait» müctəhidə təqlid etmək olar. Bu doqquz şərtlə tanış olaq: 1. Kişi; 2. Baliğ (həddi-büluğ); 3. Aqil (ağıllı); 4. 12 imamçı şiə; 5. Halalzadə (qanuni nikahdan doğulmuş); 6. Diri; 7. Adil (ədalətli); 8. Vacib ehtiyata əsasən dünyaya həris olmayan; 9. Başqa müctəhidlərdən daha elmli–ələm olan.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) : Təqlid kimə vacibdir?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Dini hökmlərə münasibətdə insanlar üç qismə bölünür:
1. Müctəhid (fiqh elmində ictihad dərəcəsinə çatmış şəxs);
2. Möhtat (bütün hökmlərdən xəbərdar olub, ehtiyat yolunu tutan şəxs);
3. Müctəhid və möhtat olmayanlar–müqəllid.
Əgər bir şəxs nə müctəhid, nə də möhtatdırsa, müctəhidə təqlid etməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) : Təqlid nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təqlid müctəhidin göstərişinə əməl etməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) : Müctəhidin neçə qisim nəzəri (göstərişi) ola bilər?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müctəhidin dörd qisim nəzəri ola bilər:
1. Hökm–Müctəhidin müəyyən bir işin vacib və haram olduğunu bildirməsi. Məsələn, hökm verilir ki, sabah şəvval ayının başlanğıcı, “fitr” bayramı günüdür.
2. Fitva–Müctəhidin öz nəzərini ümumi şəkildə bəyan etməsi. Məsələn, fitva verilir ki, öhdəsində vacib (qəza) oruc olan şəxsin müstəhəb orucu batildir.
3. Vacib ehtiyat–əvvəlində və ya arxasınca fitva verilməmiş nəzər. Məsələn, müctəhid «təsbihati-ərbəə»nin üç dəfə deyilməsini vacib ehtiyat sayır. Müqəllid bu göstərişə əməl etməlidir.
4. Müstəhəb ehtiyat–əvvəlində və ya arxasınca fitva verilmiş nəzər. Məsələn, müctəhid fitva verir ki, murdarlanmış qab kürr suda yuyulsa pak olar. Amma sonra həmin qabın üç dəfə yuyulmasını müstəhəb ehtiyat sayır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP