Sual (21) : Fikhi baxımdan mərcei təqlidə tabeyəm. Ruhumun inkişafı baxımındanda mürşidə tabeyəm. 1) Əgər bu iki şəxs arasında ziddiyət olarsa, hansını seçməliyəm. 2) Ümumiyyətlə mürşidə tabe olmağa icazə verirsiniz? Təşəkkür edirəm
Имя: Malik Tetirov, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əhli-beyt (ə) davamçısı olan əxlaq ustadlarından istifadə etmək yaxşıdır və bu surətdə fəqih və əxlaq ustadı arasında heç bir zidiyyət yaranmır. Əgər hər hansı bir əxlaq dərsi fəqihin fətvası ilə uyğun olmasa, fəqihin fətvasına tabe olmaq vacibdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (22) : Salam deyerli qardashlar! Men eziz ve mohterem agamiz aga Lenkeraniden sonra aga Xameniye teqlidimi deyishdim. Amma sheri meseleleri gundelik kitab halinda oxumaq ucun aganin toziul-mesail kitabi olmadigindan yene de aga lenkeraniden istifade edir, sual ortaya cixanda ise aga Xameneinin defterine muraciet edirem. Bu meselede bir ishqal yoxdur ki?
Имя: Azer, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Mütaliə və məsələlərlə tanışlıq üçün hər hansı bir risalə kitabına müraciət etməyin eybi yoxdur, lakin öz əməllərinizi Ayətullah Xameneinin fətvalarına uyğun yerinə yetirməlisiniz.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (23) : Əgər şərq ölkələrində ay görünərsə qərb ölkələri üçün bu höccətdirmi?
Имя: , Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, şərq ölkələrində görünən ay qərb ölkələri üçün höccətdir və öz-özünə sabit olur. Amma qərbdə görünən ay şərq ölkələri üçün höccət deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) : Qizil qabin haram olmasi barede melumat
Имя: hesen, Страна: , Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

İlahi qanunlar müxtəlif hikmət və fəlsəfələrə malikdir ki, heç bir anlar halda hikmətsiz qərar verməmişdir, baxmayaraq ki, biz bu hikmətləri kəşf etməkdə acizik. Amma bunu bilirik ki, həkim və ədalətli rəbbimiz heç vaxt hikmətsiz işi bəndələri üçün qərar verməz. bunun üçün də bütün hökümlər ki, Quran və rəvayət və ağılla elmin dırki çərçivəsindədir onu icra etməyə hazır olmalıyıq.

Bundan əlavə demək olar bu hökümlərin əsas hikmətlərindən biri də, iqtisadın bərabər olması, cəmiyyətdə yüksək təbəqəylə aşağı təbəqənin bərabər olması, insanlar arasında psixoloji ruhiyyənin qorunmasıdı xüsusiylədə aşağı səviyyədə gəliri olan insanları nəzərə almaqdır.

Bunlardan əlavə elm qızılın kişi üçün nə qədər zərərli olduğunu kəşf etmişdir.

İlahi qanunlar müxtəlif hikmət və fəlsəfələrə malikdir ki, heç bir halda onlar hikmətsiz qərar verilməmişdir.

İslam göstərişlərinin həqiqi illətləri vardır ki, onun da əsl mənbəyi cism, ruh, iqtisad, cəmiyyət və başqalarıdır. İnsan əməllərinin dəyəri onun elmi və imanı ölçüsündədir ki, bu da hökm və qanunların fəlsəfəsinin əldə olunması nəticəsində əldə olunur ki, bunu bilək ki, bu qanunlar nə üçün insanların öhdəsinə qoyulmuş və bizləri hansı səmtə hidayət edir.

Amma şəriət hökümlərinin fəlsəfəsini əldə etmək üçün yeni elmin kəşf etməsinə kifayətlənmək olmaz; çünki birinci: İlahi qanunlar tamamıyla insanın ruh və cismi bağlantılarıyla bir araya gəlur.

İkinci: Qəbul etməliyik ki, bizim dünyadan dərk etdiklərimiz, xüsusiylədə ruh və cismin həqiqətləri bariz bəşər elmi olduqda zəifdir.

Allahın Rəsulu (s) buyurur:Ey insanlar siz bir xəstə kimisiniz, aləmlərin Rəbbi isə sizin üçün bir hakim kimidir.

 " ایها الناس انتم کالمرضی و ربّ العالمین کالطبیب" (Təbərsi, Əhməd ibni Əli, Ehtiyac, Beyrut, Darulnoşan, cild 1, səh 45, Mirza, Hüseyn Nuri, Müstədrək əl- vəsail, Qum, Alul- beyt, ikinci çap, 1408, cild 3, səh 177.)

Məlumdur ki, əgər bir xəstə, müəyyən bir həkimin elminə və ixtisasına inanarsa onun yazdığı hər bir nüsxəni hər bir halda qəbul edəcəkdir, çünki həkimin verdiyi diaqnozu düzgün bilərək onun yazdığı nüsxəni də qəbul edəcəkdir. Doğrudur ki, əgər dərmanlar barəsində və onların nə üçün yazıldığının fəlsəfəsi üçün mütaliə edərsə daha yaxşı olar, amma bu fikirdə almalıdır ki, əgər onların fəlsəfəsini əldə edə bilmədim, bəs onlara əməl etməməliyəm; çünki bunu qəbul etməliyik insan ağılı buna malik deyildir, İlahi qanunların bir- bir fəlsəfəsini kəşf etsin.(Dəşti, Məhəmməd, Fəlsəfeyi ictihad və təqlid, Qum, Əmirəl möminin tədqiqat müəssisəsi, birinci çap, səh 163, mütəhhəri Mürtəza, İslam və niyazhayi zaman, Tehran, Sədra intişaratı, on altıncı çap, səh 20. Hadəvi Tehrani, Məhdi, Bavərha və porseşha, Qum, xaneye xerəd intişarate, üçüncü çap, səh 51- 55.)

Bunun üçün də biz Quran, rəvayət, ağıl və elm çərçivəsində hər bir hökmü əldə etdiksə onu icra etməliyik, baxmayaraq ki, onun fəlsəfəsini əldə etməyə qüdrətimiz çatmır.

Əlbəttə qızıl və gümüş qabların istifadəsinin haram olmasının açıq- aşkar bir əsəri odur ki, cəmiyyətdə iqtisadityyatın bərabərliyi, müxtəlif təbəqəli insanların yaşayış tərzini bir- birinə yaxınlaşdırmaqdır. Bu səbəb olur ki, fəqirlər aşağı dərəcəli insan olmadıqlarını hiss edirlər və bu vasitəylə cəmiyyətin psixoloji, iqtisadi, ruhi və ictimai əhəmiyyəti qorunub saxlanılır. Bundan əlavə də elmi tədqiqatların nəticəsində, kişinin qızıldan istifadəsinin nə qədər zərərli olduğunu kəşf etmişdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (25) : Bir nəfər fəhlələrlə sahibkar arasında vasitədir. Belə ki, sahibkar müəyyən məbləği onların əmək haqqısı adı ilə o şəxsə verir, o şəxs isə həmin məbləğdən az miqdarda fəhlələrə verir. Bu işin hökmü nədir?
Имя: Elnure, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər vasitə olan şəxs sahibkar tərəfindən vəkil seçilmiş olsa, fəhlələrə verdiyi miqdardan artıq qalanını sahibkara qaytarması vacibdir və sahibinin razı olmasını bilməyincə, ondan istifadə etməsi caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) : Həzrəti imam Xomeyninin (r.ə) müqəllidləri öz mallarının xumsunu kimə versinlər?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onlar onu bizim Tehrandakı dəftərimizə göndərə və yaxud da bizim şəhərlərdə icazəli nümayəndələrimizə təqdim edə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) : Son vaxtlarda atamın əmisi oğlanlarından birinin şəxsi vəsiqəsi tapılıb. Orada vəsiqə sahibinin seyid olması yazılmışdı. Qohum-əqrəbaların arasında bizim seyid olmağımızın məşhur olmasını və son zamanlarda hasil olan aşkar dəlili nəzərə almaqla, mənim seyidliyimin hökmü barəsində Sizin nəzəriniz necədir?
Имя: kamil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təkcə qohumlardan birində belə bir vəsiqənin olması şəri cəhətdən sizin seyid olmağınız üçün dəlil ola bilməz. Seyid olmağınız barədə tam xatircəmlik hasil olmayınca, yaxud bu haqda şəri bir höccətə istinad olmayınca, siz seyidlərə aid olan şəri hökmlərə əməl edə bilməzsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) : Bir uşağı oğulluğa götürmüşəm və adını Əli qoymuşam. Ona sənəd düzəltmək üçün şəhər sovetinə müraciət etdikdə, oğulluğa götürdüyüm uşağın adını mənə seyid ləqəbi ilə təqdim etdilər. Mən isə bu işi qəbul etmədim, çünki cəddim Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən qorxuram. İndi mən iki işin arasında qalmışam: Bu uşağı oğulluqdan çıxarım, yoxsa bu günaha (yəni, seyid olmayanı seyidliyə qəbul etmək kimi günaha) batım?! Xahiş edirəm, mənə aydınlaşdırasınız ki, bu iki yoldan hansını seçim.
Имя: kamal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Oğulluğa götürməklə şəri cəhətdən həqiqi oğulluq hökmləri icra olunmaz və doğma atası seyid olmayan şəxslər üçün seyidlərə məxsus olan hökmlər icra olunmaz. Amma hər halda, valideyn qayğısından məhrum olan sahibsiz uşağı himayəyə götürmək çox gözəl bir işdir və şəri cəhətdən bəyənilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) : Cameüş-şərait müctəhid olmayan bir yerdə müctəhid olmayan şəxsin qəzavət mənsəbini öhdəliyə götürməsi caizdirmi?
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
O şəhərdə cameüş-şərait müctəhid yoxdursa, qəzavət işlərində və hüquqi normalar barəsində məlumatı olan elm əhlindən istifadə olunmalıdır, hərçənd onların məlumatı təqlid yolu ilə olsa belə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) : Hər hansı bir şəxsin təqlidsiz yerinə yetirdiyi əməllər qəbuldurmu?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təqlidsiz yerinə yetirilmiş əməl o vaxt məqbuldur ki, insan həqiqi vəzifəsini yerinə yetirdiyinə əmin olsun. Təqlidsiz yerinə yetirilmiş əməl sonradan təqlid edilən müctəhidin fitvalarına uyğun olduqda məqbuldur. Ehtiyata yaxın halda yerinə yetirilmiş əməllər də düzgün sayılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP