Sual (211) : Tərkibində spirt olan hər maye haramdır?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Əgər camaatın nəzərində müskir – məstedici deyildirsə, eybi yoxdur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (212) : Kimya fakültəsində təhsil alan bir qrup tələbənin söylədiklərinə görə tibbi və texniki spirti təşkil edən maddələr eynidir. Yalnız texniki spirti içmək mümkün olmasın deyə, ona rəngli maddə əlavə edirlər. Bu fərz əsasında bu iki növ spirtin hökmlərini bəyan edin.
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Texniki-tibbi spirt pakdır. Çünki rəngli maddəni nəzərə almasaq belə, onu içmək mümkün deyil və bir növ zəhər sayılır. Buna görə də "maye olan məst edicinin" dəlillərini ona aid etmək olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (213) : Sizin mübarək nəzərinizə görə spirtli içkiləri saxlamağın hökmü nədir?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Haramdır və təzirə (qazının təyin etdiyi cəza növünə) səbəb olur. Yalnız mühüm bir hədəf üçün olan hallarda və ya onun sirkəyə çevirmək istəsələr, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (214) : Xahiş edirik ki, bu əqidənin puç və batil bir məslək olduğunu isbat edən bir faktı bəyan edəsiniz?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
"Ürvətul-vusqa"ya, onun haşiyələrinə və şərhlərinə baxın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (215) : Böyük alimlərin çoxu vəhdəti-vücuda etiqad bəsləyirlər. Bu haqda deyilənlərə əsasən, ehtiyata görə bu böyük alimlərdən də ictinab etmək (çəkinmək) lazımdır?
Имя: Zamin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu böyük alimlərin (rizvanullah taala ələyhim) heç birinin yuxarıdakı Sualda üçüncü mənada işlənən vəhdəti-vücuda etiqadları olmayıb. Bu etiqadı onlara isnad etmək onlara qarşı hörmətsizlikdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (216) : Mümkündürsə, "vəhdəti-vücud" mövzusunu aydın bəyanla izah edin.
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Vəhdəti-vücud bəzən vücud məfhumunun vəhdəti mənasındadır. Bunun eybi yoxdur. Bəzən də həqiqətin vəhdəti deməkdir. Məsələn, günəş nurunun və çıraq nurunun həqiqəti kimi, belə ki, ikisi də bir həqiqətdir, lakin xarici nümunələri fərqlidir. Bunun da eybi yoxdur. Bəzən isə vücudun xarici nümunələrinin vəhdəti mənasında işlənir. Yəni varlıq aləmində Allahın vücudundan başqa vücud yoxdur. Hər şey onun zatının özüdür. Bu söz küfrə bərabərdir. Fəqih alimlərin heç biri bunu qəbul etməmişdir.

3- Görkəmli şiə alimlərinin vəhdəti-vücuda etiqadları

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (217) : Vəhdəti-vücud nə deməkdir? Buna etiqad bəsləyən insanlar nə hökmdədirlər?
Имя: Ali, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
"Vəhdəti-vücud"un müxtəlif mənaları var. Qəti şəkildə batil olan və bütün fəqihlərin əqidəsinə görə İslamdan xaric olmağa səbəb olan budur ki, bir kəs Allahın aləmdə olan varlıqların eynilə özü olmasına etiqad bəsləsin. Etiqadı bu olsun ki, heç bir xaliq-məxluq, abid-məbud yoxdur. Eləcə də cənnət və cəhənnəm də onun vücudunun eyni olmasına inansın. Bu da dinin danılmaz məsələlərini inkar etməyə gətirib çıxarır. Hər kəs bunun tələblərini qəbul edərsə İslamdan çıxmışdır. Həyatda olan və ya vəfat etmiş müasir fəqihlərin əksəriyyəti bu mövzunu qəbul etmiş və "Ürvə"-nin haşiyəsində buna işarə olunmuşdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (218) : Kafirlərə və ya Əhli-kitaba Quran satmaq, xüsusilə də onların təhqir, hörmətsizlik etmək fikirləri olmadığını, Əksinə, mütaliə üçün aldıqlarını biliriksə, caizdirmi?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bunun təsir edəcəyinə ümid olsa və hörmətsizliyə səbəb olmasa, caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (219) : Məcus Əhli-kitabdan sayılır?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məcuslar Əhli-kitabın hökmündədirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (220) : Əhli-kitabın paklığı ilə bağlı nəzəriniz nədir? Zərurət halında necə?
Имя: Nahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zərurət halında Əhli-kitabdan ictinab etmək (çəkinmək) vacib deyil və ondan (onlara toxunduqdan, əl vurduqdan) sonra paklamaq lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP