Sual (11) : uzr isteyirem suala gore eger alt paltarmizda spermin lekesi galsa necis hokmundedirmi spermin ozunen esar elamet yoxdu negeder yusemde getmir hecbirinde
Имя: , Страна: Gurcustan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər yumaqla aradan getməyən təkcə rəngi qalsa və əsər-əlaməti (çöküntüsü) qalmasa, pakdır.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : selamüaleyküm hz ALİ ra nın velayetini inkar etmek insanı küfre düşürürmü?
Имя: ali, Страна: TÜRKİYE, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sırf həmin əməl küfrə səbəb olmaz.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : Salam aleykum. Quranin tehrif olunmasina etiqadi olan kafir hokmundedir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şəriət hakimi tərəfindən müəyyən edilir.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : Salam Aleykum;eti halal olan heyvanlarin QANI paKdir?yoxsa murdar!?????tesekkur edirem.
Имя: ramal, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İnsanın və sıçrayan qanı olan, yəni damarı kəsildikdə qanı sıçrayaraq axan hər bir heyvanın -istər əti halal olan heyvanlardan olsun istərsə də əti haram- qanı murdardır. Buna görə, balıq və ağcaqanad kimi sıçrayan qanı olmayan heyvanların qanı pakdır.
Şəriət qanunlarına görə kəsilən, əti halal heyvanın qanı normal miqdarda axdıqdan sonra, bədənində qalan qan pakdır. Amma nəfəs alması və ya heyvanın başının yuxarıda olması səbəbilə qan heyvanın bədəninə qayıdarsa, o qan muradardır.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : salam inәyin necisi v e sidiyi pakdir?
Имя: , Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəli, pakdır. Ümumiyyətlə, əti halal olan heyvanların sidik və nəcisi murdar deyil.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Salam Aleykum verahmetullah teharet alarken suyla temizlenende paltarimiza su degse o necis hokmundedimi?
Имя: Ashkin, Страна: Gurcistan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İstinca (sidik və ğaitin məxrəcinin paklanması) zamanı istifadə olunan su üç xüsusiyyətini dəyişməsə, nəcasətin zərrəcikləri onda olmasa, ğaitin məxrəcinin ətrafı normal qaydadan daha çox (ona "istinca suyu" deyiləcək həddə) nəcasətlə bulaşmasa və ona kənardan nəcis bir şey dəyməsə, pakdır.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Salam. Sizden cox xais edirem cavablayasiz. Men evveller cox dine baqli idim, namaz qilir quran oxuyur dualar oxuyurdum. Indi ise men hec birin ede bilmirem. Sebebi cox uzur stirem dediklerime gore, kim bize gelse menle el goruwse evde otursa o geden kimi her yeri silirem elimi yuyub salavatlayiram belelikle hamiya pis fikirle baxiram birden eli temiz olmaz ya paltari temiz olmaz men ozumu mindarlanmiw hesab edirem namaz qila bilmirem namaz qilandada aqlima pis fikirler gelir gecmirde bide men bir wey icin cox tobe edib yene onu etmiwem sizce buna goredimi niye ozumle bacarmiram niye hamidan iyrenirem heckimle munasibetim olmuram bi qizim var 10 ayliq onuda kimse opse oynatsa onuda yuyuram ne edim axi qurtarim kendimi pis emellerden vcevap yazin nolar
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kəsiruş-şəkk (çox şəkk edən) və vasvası adam öz vəsvəsəsinə əhəmiyyət verməməli və digər adi insanlar kimi rəftar etməlidir. O, təkcə müqəddəs şəriətin qanunlarına tabe olmalıdır. Bilin ki, vəsvəsəlik şeytandandır və siz şeytani vəsvəsələrə əhəmiyyət verməməklə şeytanı xar və zəlil edin. Pak və napaklıq arasında tərəddüddə qaldıqda, müqəddəs şəriətimiz əşyaların paklığına hökm verir. Yəni bir şeyin murdarlığı ilə bağlı azacıq tərəddüd edilsə, onun murdar olmamasına hökm olunar. Murdarlıq mövzusunda güclü həssaslığı olanlar (fiqhi termində buna "vasvaslıq" deyilir) hətta bəzən bir şeyin murdarlığını yəqinliklə bilsələr belə, murdar olmamasına hökm verməlidirlər. Yəni, yalnız bir şeyin murdarlığa dəyib napak olmasını öz gözləri ilə gördüyü və onunla birgə başqa bir nəfərin də bunu gördüyü halda, o şeyin murdarlığına hökm verə bilər. Bu hökm, vasvas şəxslərin həssaslığı tamamilə aradan gedənədək onlar barəsində qüvvədə qalır.
Murdarlığa qarşı vasvaslığa bir müddət diqqət etməsəniz və ona əhəmiyyət verməsəniz, Allahın istək və yardımı ilə özünüzü bu ruhi xəstəlikdən xilas edə bilərsiz. İslam dininin hökmləri asan və bəşər fitrətinə uyğundur. Odur ki, insan bu hökmləri özü üçün çətinləşdirməməli və öz cisim və ruhunu əziyyətə salmamalıdır. Bu kimi məsələlərdə (paklıq və napaklıq) iztirab və təşviq, həyatı onlara (vasvası insanlara) acı edir və Allah-Taala onların və onlarla ünsiyyətdə olan insanların əzab-əziyyət çəkməsinə razı deyildir. Onlar asan bir dinləri olduğu üçün şükr etməlidirlər və bu nemətin şükrü, Allah-Taalanın hökmlərinə buyurduğu kimi əməl etməkdir.

http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Salam aleykum,men necis paltari kran suyu altinda yusam,onu sixmasam da pak olur?yeni,onu sixmazdan evvel ondan ustume sichrayan su pakdir? Paltari sixarken ondan ustume shicrayan su pakdir?Xamanei aga.sag olun
Имя: SaLaM, Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər nəcasətin eyni (özü) onda olmasa, pakdır.
http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : salam.menim qaldigim kirayede deistde-kafirde qalir ve obezen ayagisulu olur pola,deyir ve quruyur.bezen menimde ayagin su olur ve poladeyir ama deqiq bilmirem onunayaginin deydiyi yere deyib ya basqa yere.bu zaman onem vermirem bu halda-ayagimi yumamis namazimi qiliram. menim vezifem ve namazlarimin hokmu nedir?
Имя: tunar, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər murdarlığın ayağınıza sirayət etdiyinə əmin olmasanız, iradı yoxdur.
http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : salam bilmək istərdim tibb üçün istifadə edilən spirt haramdırmı və spirtin tibbdə istifadəsi nə dərəcədə düzgündür?
Имя: Tofiq, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Tibbi spirt pakdır və onun tibdə istifadəsinə bir maneçilik yoxdur. Lakin, onun yeyilib-içilməsi haramdır.

Go to TOP