Sual (181) : Qonağın bədəni və paltarı evdəki murdar bir şeyə toxunsa, nə etmək lazımdır?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qonağın bədəni və ya paltarı evdəki murdar bir şeyə toxunsa, onu bildirmək lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (182) : Kimyəvi təmizləmə məntəqələrinə murdarlanmış paltarlar da verilə bilər. Bütün paltarların bir maşında yuyulduğunu nəzərə alsaq, məntəqədə təmizlənmiş paltarı pak hesab etmək olarmı?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məntəqədə yuyulan və təmizlənən paltarlar pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (183) : Bütün sular pak edici sayılırmı?
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Su dörd şərtlə murdarı pak edir:
1. Mütləq, xalis olsun;
2. Pak olsun;
3. Murdar şeyi yuduqda su bulaşmasın, murdar vasitəsi ilə suyun rəngi, iyi dadı dəyişməsin;
4. Murdar şeyi suya çəkdikdən sonra suda murdarın eyni, əsli qalmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (184) : Murdar əl yuyulmuş sabun pakdırmı?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Murdar əl yuyulmuş sabun kürr suya batırıldıqda və ya axar suya çəkildikdə pak olur. Bir şərtlə ki, onun daxili murdarlanmamış qalsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (185) : Murdarlanmış düyünü və ya əti necə paka çıxarmaq olar?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Murdarlanmış düyünü və ya əti bir qaba qoyub, həmin qabı üç dəfə su ilə doldurub boşaltsanız, qabdakı düyü və ya ət pak olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (186) : Hansı murdar şeyləri bir dəfə suya çəkmək kifayət edər?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Murdar şeydən murdarın eyni, əsli təmizləndikdən sonra onu kürr və ya axar suda bir dəfə suya çəkmək kifayətdir. Başqa yemək yeməyən südəmər körpənin sidiyi də bir dəfə suya çəkilməklə pak olur. Bir şərtlə ki, körpə donuz südü içməmiş olsun. Sidiklə murdarlanmış paltardan savayı şeylərin qəlil su ilə iki dəfə suya çəkmək lazımdır. Sidiklə murdarlanmış şey sidik təmizləndikdən sonra iki dəfə suya çəkilsə, ehtiyata əməl edilmiş olar. Şərabla murdarlanmış qabı qəlil su ilə üç dəfə suya çəkmək lazımdır. Yeddi dəfə suya çəkilsə, daha yaxşıdır. Donuzun maye içdiyi qab isə yeddi dəfə suya çəkilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (187) : Ayaqqabının murdarlanmış altını necə təmizləmək olar?
Имя: Malik, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ayaqqabının murdarlanmış altını təmizləmək üçün on beş addım yol getmək kifayətdir. Bir şərtlə ki, torpaq pak, quru olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (188) : Günəş hansı şeyləri paka çıxarır?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Günəş vasitəsi ilə altı şey paka çıxır: torpaq, bina, tikilidə istifadə olunmuş qapı-pəncərə, divara çalınmış və binadan sayılan mıx, murdar həsir, ağac və otlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (189) : Ağcaqanadın qanı pakdırmı?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bir şəxs ağcaqanadı öz bədənində öldürsə və ondan çıxan qanın öz qanı olduğunu bilməsə, qan pakdır. Amma ağcaqanadın sancması ilə onun öldürülməsi arasındakı fasilə az olsa və düşünülsə ki, bu elə insanın öz qanıdır bu qan murdardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (190) : İslam dini hansı əsasla pakedici sayılır?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İslam şəriətində kafir murdar sayılır. Əgər o şəhadət kəlmələrini deyib, müsəlman olarsa, paka çıxar.

Go to TOP