Sual (161) : Az suyun hansı xüsusiyyətləri var?
Имя: Mahir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Az su (qəlil) murdar şeyə toxunduqda murdar olur və ya murdar şey az suya toxunduqda onu murdarlayır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (162) : Hansı hallarda nəcis (ğait) xaric olan üzv yalnız su ilə pak olur?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Üç halda nəcisin məxrəcini su ilə yumaq vacibdir:
1. Nəcislə birlikdə digər murdar şey (məs. qan) gəldikdə;
2. Xaricdən nəcisin məxrəcinə başqa murdar şey (məs. sidik) əlavə olduqda;
3. Nəcisin məxrəci adi həddən çox bulaşdıqda.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (163) : İdrardan (sidik) sonra tənasül üzvü necə pak edilir?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Tənasül üzvü yalnız su ilə pak olur. Sidik təmizləndikdən sonra məxrəci bir dəfə yumaq kifayətdir. Amma məsanədən qeyri-təbii idrar edənlər və qadınlar vacib ehtiyata əsasən, iki dəfə yumalıdırlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (164) : Nəcisin məxrəci necə pak edilir?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Nəcisin məxrəcini üç yolla pak etmək olar: 1. Su ilə; su ilə yuduqda nəcis zərrələri qalmamalıdır, amma rəng və iy qalsa, eybi yoxdur. Birinci dəfə yuduqda nəcis zərrələri qalmazsa, ikinci dəfə yumaq lazım deyil.
2. Daş və kərpic kimi şeylərlə; daş və kərpic kimi şeylərlə məxrəcin tam təmizlənməsi şübhə yaratsa da (məhəlle-təəmmül), bu halda namaz qılmaq olar. Bu sayaq təmizlənmiş üzvə bir şey toxunsa murdarlanmaz.
3. Parça ilə; parça vasitəsi ilə nəcis bir dəfə təmizlənsə, kifayətdir.
Amma sümük, peyin, eləcə də, üzərində Allahın adı yazılmış (ehtiramı vacib olan) şeylərlə məxrəc təmizlənərsə, onun pak olması şübhəlidir (məhəlle-təəmmül) və vacib ehtiyata əsasən bu halda namaz qılmaq olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (165) : İstibra nədir?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İstibra (sidik kanalında qalan sidiyin təmizlənməsi) müstəhəb bir əməldir. Kişilər idrardan sonra (ğaitin məxrəci murdar olarsa, əvvəlcə onu paklamaq şərtilə) əvvəl üç dəfə sol əlin orta barmağını ğaitin məxrəcindən alətin kökünədək, sonra üç dəfə də baş barmağı alətin üstünə, işarə barmağı isə alətin altına qoyub, xətnə (sünnət) yerinədək çəkir. Daha sonra üzvün başını üç dəfə sıxıb yuyur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (166) : Sidik məxrəcindən hansı mayelər gələ bilər?
Имя: Sahib, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Sidik məxrəcindən beş növ maye gələ bilər:
1. Sidik.
2. Məni (sperma). Əgər insandan məni xaric olsa, qüsl etməlidir. Müstəhəbdir ki, qüsldən qabaq idrar etsin.
3. Məzi–mazaqlaşmadan sonra gələn bu maye pakdır.
4. Vəzi–bu mayə bəzən mənidən sonra gəlir. Əgər ona sidik qarışmasa pakdır.
5. Vədi–bəzən sidikdən sonra gələn mayedir. Əgər sidiyə qarışmasa pakdır. İstibra etmiş şəxs belə bir maye gördükdə şəkk etsə ki, bu sidikdir, yoxsa başqa maye, onu pak hesab etməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (167) : İstibradan sonra insandan elə bir maye gəlsə ki, bu mayenin sidik və ya məni olması bilinməsə, o nə etməlidir?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər belə bir rütubət dəstəmaz aldıqdan sonra görünsə, ehtiyata görə qüsl vermək vacibdir. Əgər dəstəmaz almamış belə bir rütubət görünsə, dəstəmaz almaq kifayətdir.
Əgər istibra etməmiş bir şəxs dəstəmaz almamışdan qabaq belə bir rütubət görsə, təkcə dəstəmaz alsa kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (168) : İslam şəriətində neçə şey murdar sayılır?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İslam şəriətində on bir şey murdar sayılır: sidik, nəcis, məni, atıcı qanı olan heyvanın ölüsü, qan, it, donuz, kafir, spirtli içki (şərab), pivə, nəcis yemiş dəvənin təri.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (169) : Hansı canlıların sidiyi və nəcisi murdardır?
Имя: , Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İnsanın və əti haram olan atıcı qanlı heyvanların nəcisi və sidiyi murdardır. Amma əti olmayan milçək kimi kiçik həşəratların nəcisi pakdır. Əti haram olan quşların nəcisi də murdardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (170) : Qeyri-müsəlman ölkələrdə istehsal olunmuş ətriyyat məhsulları pakdırmı?
Имя: Cavad, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Xaricdən gətirilmiş ətriyyat məhsullarının murdar olduğu məlum deyilsə, onlar pak hesab olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP