Sual (91) : Haram yolla cünub olan şəxsin, həmçinin nəcis yeyən heyvanın tərinin hökmü nədir?
Имя: Telman, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəcasət yeyən dəvənin təri nəcisdir. Amma yerdə qalan heyvanlardan nəcasət yeyənlərin, həmçinin haram yolla cünub olan şəxslərin təri pakdır. Lakin vacib ehtiyat budur ki, haram yolla cünub olan şəxsdən çıxan tərlə namaz qılmaq tərk olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (92) : Meyyiti xalis su ilə yumazdan əvvəl və sidr-kafurla yuyandan sonra onun bədənindən damlayan su pakdır, ya yox?
Имя: vasif, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, meyyitin bədəninə verilən üçüncü qüsl qurtarmayıb, nəcis hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (93) : Bəzi vaxtlar əlin dərisindən, dodaqlardan, ayaqlardan ayrılan hissələr pakdır, yoxsa nəcis?
Имя: Salam, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əlin, dodağın və ayaqların, yaxud bədənin sair yerlərinin dərisindən öz-özlüyündə qopan hissələr pak hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (94) : Bir nəfəri döyüş cəbhələrində donuzu öldürüb yeməyə məcbur etmişlər. Onun bədəninin rütubəti, ağzının suyu nəcis hökmündədirmi?
Имя: Kamil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəcis və haram ət yeyən şəxsin bədəninin təri, ağzının suyu nəcis deyildir. İstibra olunması da lazım deyil. Lakin (rütubətli halda) donuz ətinə dəyən hər bir şey nəcisdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (95) : Xəttatlıqda, rəssamlıqda istifadə olunan (toyuq qanadından olan) qələmlər və onlardan olan xoşagələn gözəl əşyalar qeyri-islam ölkələrindən gətirilir. Onlar da əksər hallarda donuz tükündən hazırlanır, həm də hamının istifadə etdiyi şeylər sırasındadır. Xüsusilə də elannamələrdə, mədəni mərkəzlərdə istifadə olunur. Bu cür qələmlərdən istifadə etməyin hökmü nədir? İkincisi, onlarla Quran ayələri, hədis yazmağın hökmü nədir?
Имя: Telman, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Donuzun tükü nəcisdir və şəri cəhətdən təharətin olması şərt olan işlərdə ondan istifadə etmək caiz deyildir. Lakin təharətlə şərtlənməyən işlərdə onlardan istifadə etməyin eybi yoxdur. Amma əgər qələmin donuz tükündən hazırlanıb-hazırlanmaması məlum olmasa, bu halda ondan hətta təharətlə şərtlənən işlərdə də belə istifadə etməyin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (96) : Qarğanın fəzləsi (zılı) nəcisdirmi?
Имя: Salam, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (97) : Əməli risalələrdə qeyd olunub ki, əti yeyilməyən quşların, heyvanların ğaiti və fəzləsi nəcisdir. Əti yeyilən heyvanların da - inək, qoyun, toyuq kimi - ğaiti və fəzləsi nəcisdirmi?
Имя: vasif, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əti yeyilən (halal olan) heyvanların ğaiti və fəzləsi pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (98) : Tualetin oturacağının ətrafında, yaxud onun içində ğait kimi bir nəcis olsa, o yerdə də kür, yaxud qəlil su ilə yuyulandan sonra nəcasətin eyni qalsa, bu halda eyni-nəcasət olmayan, yaxud ora yuyulanda su dəyən yer nəcisdir, ya pak?
Имя: Sefer, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəcasətə birləşən nəcis su, bir yerə dəyməsə, (o yer) pak hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (99) : Əgər qonaq, olduğu evin bir əşyasını nəcis etsə, ev sahibinə xəbər verməsi vacibdirmi?
Имя: Salam, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yeyilib-içilənlərdən qeyrisində, həmçinin yemək qablarında demək lazım deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (100) : Nəcis olmuş şeyə toxunan şey nəcisdir, ya yox? Əgər nəcis olursa, onda bu (qanun) silsiləvari olaraq bütün vəsaitlərdə olur, yoxsa yalnız yaxındakılara aiddir?
Имя: Xaleddin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vasitələr az olduqda üçünə qədər nəcis hökmündədir; dördüncü vasitədə və ondan sonrakılarda pak hökmündədir, baxmayaraq ehtiyat müstəhəb ondan çəkinməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP