Sual (1) : salam Alaykume .keci itin qablnan nese yese icse .sora hemen kesinin sudunen icmey olar? allah razl olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : salam eleykum.mediniticiski spirt neye esasen pakdir.arpadan cekilen spirtlerin hokmu nedir.?corekden cekilenin hokmu nedir .zehmet olmasa etrafli melumatlandirardiniz.
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zatən (əsli) məstedici maye növündən olub-olmadığı məlum olmayan spirtlər, pak hökmündədirlər və onunla qarışdırılmış mayelərdən istifadənin işkalı yoxdur.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Salamun alaykume .mesel ucun bir wey necisdi hemen necis ikinci bir weyi necis ederse ikinci bir wey ucuncu bir weyi necis ededer? Allah razl olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 
Pak bir əşya murdar bir şeyə toxunanda hər ikisi, ya da biri o birinə keçəcək qədər yaş olsa, pak olan əşya murdar olur. Aradakı vasitələr çoxalanda murdar olmur.
Misal: Sağ əl sidik dəyməsi nəticəsində murdar olarsa və təzə bir rütubətlə sol ələ dəyərsə, sol əl də murdar olacaq. Sol əl quruduqdan sonra yenidən yaş olan bir paltara dəyərsə, o paltar da murdar olur. Amma o paltar ayrı bir rütubətli şeyə dəyərsə, o şeyin murdar olduğuna hökm edilməz. Əgər rütubət o birinə sirayət etməyəcək qədər az olsa, pak olan şey murdarın eyninə dəysə belə, murdar olmaz.

http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (4) : Salamun alaykume .insan wehvet hisiyle gelen maye pakdlr ? Hemen maye paltara derse o patarnan namaz qlLmaa olar?Allah razl olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər insandan məni (sperma), ya sidik və ya başqa bir şey olduğu bilinməyən yaşlıq xaric olsa, belə ki, həmin maye şəhvətli və ya sıçrayaraq xaric olubsa, bu halda əgər xaric olduqdan sonra bədəni süst olarsa, o maye məni (sperma) hökmündədir. Əgər bu üç nişanədən heç biri və ya onlardan bəziləri onda olmasa, məni hökmündə deyildir. Amma xəstə adamda o yaşlığın sıçrayaraq xaric olması və xaric olduğu zaman bədənin süst olması lazım deyil; sadəcə əgər şəhvətlə xaric olsa məni hökmünü daşıyır.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : salam bilmek isteyrem terkibinde spirt olan etiv ve adikalonlardan istifade etmek olarmi dinde icaze verilirmi?
Имя: Tofiq, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Onlardan ətir kimi bədən və libas və s. kişi şeylər üçün istifadə etməyin eybi yoxdur.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : salamun aleykum.necis olmus bir yeri paklamaq ucun hemin yere su axidib su ile yumaq lazimdir.bes evin icinin dosemesi gait,bovl,qan ve sperma kimi necislerle murdas olsa,onu nece paklayaq?yas eski ile silmek onu pak edecek?
Имя: cefer, Страна: cefer, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Nəcasətin eynini götürəndən (siləndən) sonra oranın üzərinə az miqdarda su tökülüb axsa, sonra onu bir tikə parça ilə yığsanız kifayətdir. Bu işlə ora pak olacaq və parçada yığılmış su vacib ehtiyata əsasən murdardır.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Eyni -nəcasəti aradan qaldırmaq üçün nəcisin üzərinə tökülən kürr sudan ayrılan hissələr pakdırmı?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onda nəcasətin eyni olmasa və tökülən su nəcisin rəngini, iyini və dadını almasa, pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : salam medicinski spirte su qatilarsa necis hokumun dawiyirmi ya pakdir?
Имя: vuqar, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Pakdır, amma onu içmək haramdır.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Salam. Yer və ya xalçanın hər hansı bir hissəsi nəcisdir. Ancaq hansı hissəsinin nəcis olması məlum deyil. Bu halda oradan qalxan tozdan çəkinmək lazımdırmı?
Имя: , Страна: , Муджтахид: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
Çəkinmək lazım deyil.
http://sual.nuraz.in/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (10) : Salam aleykum. Nusayrilar ve eleviler(cem evine gedenler) kafir hokumundedir? Allah sizden razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər tövhidi, nübüvvəti və İslam dininin əsaslarından heç birini inkar etməsələr, həmçinin həzrət Muhəmmədin (s) peyğəmbərliyində nöqsan olduğuna etiqad bəsləməsələr, kafir və murdar hökmündə deyillər.

Go to TOP