Sual (81) : Bir müəllim vətənindən səkkiz fərsəx uzaqda yerləşən iki şəhərə gedib gəlir, bir şəhərdə tədrislə, digər şəhərdə isə təhsillə məşğuldur. Hər iki yer onun iş yeri hesablanırmı?
Имя: Nadir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, hər ikisi iş yeri hesablanır, onun namazı bu iki şəhərin birində və həmçinin yolda ehtiyat vacibə əsasən qəsrdir və orucu da səhih deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : Həftədə bir-iki dəfə şəri məsafəni qət edən tələbə (məsələn, beş gün təhsil almaq üçün bir şəhərdə məskunlaşmışdır və həftənin son iki günlərini öz şəhərinə qayıdır), «daimus-səfər» hökmündədirmi?
Имя: vasif, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən onun namazı vacib ehtiyata görə qəsrdir və orucu da səhih deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Risalədə buyurmusunuz: İşi səfər etmək olan bir kəs on gün, ya artıq öz vətənində qalsa istər on gün qalmaq və ya qalmamağı qəsd edərsə birinci səfərində namazını qəsr qılsın. İndi əgər bir nəfər öz vətəni olmayan bir yerdə on gün qalsa, birinci səfərində vəzifəsi nədir? Bu işdə on gün qəsd edib-etməməsi arasında bir fərq varmı?
Имя: Camal, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər vətəni olmayan yerdə on gün qalmaq qəsdi edibsə, on gündən sonra etdiyi birinci səfərdə namazı qəsrdir, amma vətəni olmayan yerdə on gün qalmaq qəsdi etmədən qalsa, birinci səfərində ehtiyat vacibə əsasən namazını həm tamam və həm də qəsr qılsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : Mən Qum şəhərinin sakiniyəm, peşəm sürücülükdür, Tehran şəhərinə sərnişin aparıram. Səfərlərimin birində on gün qalmaq qəsdi ilə Tehranda qaldım, yenidən Qum şəhərinə sərnişin gətirdim, yenə sərnişin aparmaq niyyətim vardır. Buyurasınız ki, mənim birinci səfərim harada sona çatır?
Имя: Xaleddin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Tehrandan səfəriniz başladığı və Quma çatacağınız zaman sizin birinci səfəriniz gerçəkləşir və həmin qayda ilə Qumda on gün qalmaq qəsdi etmədən Tehrana qayıtsanız ikinci səfəriniz başlayır, namazınız tamam və orucunuz da səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : İşi səfər olan bir şəxs vətəndə on gün qalandan sonra bir miqdar malı satmaq üçün öz şəhərindən fasiləsi səkkiz fərsəxdən çox olan İsfahan şəhərinə apardı. Apardığı malları orada sata bilmədiyi üçün onu Kürd şəhərinə apardı. Kürd şəhərinə getməsi, onun ikinci səfəri hesablanırmı və namazı tamam qılmalıdırmı?
Имя: Zahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vətəndən birinci səfərinin məqsədi İsfahandır. Oradan başqa məqsədə getmək (Kürd şəhəri) ikinci səfər hesab olunur, gərək namazını tamam qılsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Peşəsi səfər olan bir şəxs Abadan şəhərindəndir; iş üçün Bəndər Abbas şəhərinə getmiş, bir ay orada qərarsız qalmış və gəmi gələndən sonra onunla dəniz səfərinə çıxmışdır. Birinci səfərində namazı qəsrdir, yoxsa tamam?
Имя: Kamran, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən birinci səfərində namazı qəsrdir. (Çünki, otuz gün qərarsız qalmaq on gün iqamət qəsdi və səfəri qətiləşdirmək kimidir.)
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : Yuxarıdakı Suala əsasən əgər qəsd etmədən on gün qalsa, birinci səfərində vəzifəsi nədir?
Имя: Kamil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu surətdə birinci səfərdə namazını həm qəsr və həm də tamam qılması ehtiyata daha müvafiqdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : Hər gün, ya hər həftə səfərdə olan xırda alverçilərin işi xırdavatçılıqdır, onların namaz və oruc barədə nisbətdə vəzifələri nədir?
Имя: Hamil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xırda alverçilərin hökmü sürücülərin hökmü kimidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : Bir əsgər şəhərdən Tehran qarnizonlarından birinə gəlmişdir. Vəzifəsi Tehran ətrafında şəri məsafədən artıq olan bir yerə gəzib nəzarət etməkdir. İqamətgahı isə Tehrandadır. Onun namaz və orucunun hökmü necədir? Onun əvvəl səfəri nə vaxt və harada sona çatır ki, ikinci səfərindən namazını tamam qılsın və orucunu tutsun?
Имя: Hesenaga, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən öz şəhərindən Tehrana hərəkət edib qarnizona çatsa birinci səfəri gerçəkləşir. Tehran ətrafına gəzməklə nəzarət etməyə başlasa ikinci səfəri başlayır, gərək namazını tamam qılsın və orucunu da tutsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : Mən postların birində gözətçi işləyirəm, bir qrup dörd fərsəxdən çox olan iş sahəsinə gəzib nəzarət etməyə məşğuldurlar. Lütfən namaz və oruc barədə olan vəzifəmizi açıqlayın?
Имя: Gulaga, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İşi postlarda gözətçilik olan şəxslər vətənləri dörd fərsəx, ya artıq fasilə olan surətdə gedib-gəlirlərsə müsafir hökmündədir. Postda olarkən on gün qalmaq qəsdi etməyiblərsə, namazları qəsrdir. Amma öz iş yerlərində peşələri gəzib nəzarət etmək olan şəxslərin dörd fərsəx, ya artıq nəzarət etdikləri yerlərdə namazları tamam və orucları səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP