Sual (71) : Bir şəxs Müqəddəs-Məşhəd şəhərində qalmaq üçün gələn həftənin cümə gününə kimi on gün olduğunu güman edib qəsd etmişdir. Namazları tamam qılmış və orucu da tutmuşdur. Sonra cümə gününə kimi doqquz gün olduğunu bilmişdir. Namaz və orucunun hökmü necədir?
Имя: Elmar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən həqiqətdə on gün qalmaq qəsdi olmamışdır və güman etmişdir ki, on gün qalacaqdır. Qıldığı namazları gərək qəsr qəza etsin və tutduğu orucları da qəza etməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) : Bir şəxs Məşhəd şəhərində on gün qalacağını qəsd etmişdir. Güman etmişdir ki, onun on günü ayın 28-i cümə günü sona çatacaq. Buna görə namazlarını tamam qılmış, orucunu da tutmuşdur. Sonradan başa düşmüşdür ki, onun on günü ayın 29-u şənbə günü başa çatacaq. Bu gümana əsasən onun namaz və orucunun hökmü necədir?
Имя: Elmar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən həqiqətdə on gün qalmaq qəsdi olmuşdur. Onun oruc və namazları səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) : Bir şəxs öz yoldaşlarının bir yerdə on gün qalmaq üçün niyyət etdiklərini güman edib qəsd etmiş və namazını tamam qılmışdır. Sonradan məlum olub ki, yoldaşları on günü niyyət etməmişlər. Onun tamam qıldığı namazlar səhihdirmi və qalmaq qəsdi həqiqiləşibmi?
Имя: Islam, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məsələnin iki yolu vardır:
Birinci yol, əgər yoldaşlarının on gün qalacaqlarını xəyal edib özü də on gün qalacağını qəsd etsə, bu halda etdiyi qəsd həqiqiləşir, qıldığı namazlar səhihdir və qalan günlərdə də namazı tamam qılsın.
İkinci yolu budur ki, yoldaşlarının on gün qalacağını güman edib, onların qalacaqları müddətə qədər qalmağı qəsd etsə, bu surətdə onun etdiyi qəsd həqiqiləşmir, tamam qıldığı namazları səhih deyil, qalan günlərdə də namazlarını qəsr qılsın. Bundan əvvəl tamam qıldığı namazları da qəsr şəklində qəza etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) : Karvan rəisi zəvvarların Məkkə və Mədinə şəhərlərində on gündən az qalacağını bilə-bilə zəvvarlara on gün qalacaqlarını elan etmişdir. Zəvvarlar da bu sözə etimad edib namazlarını tamam qılıb və oruc tutublar. Amma on gündən tez oradan yola düşüblər. Bunu elan edən karvan rəisinin və zəvvarların namaz və orucunun şəri hökmü necədir?
Имя: vasif, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mənim nəzərimcə Məkkə və Mədinə şəhərlərinin bütün yerlərində mükəlləf namazlarını tamam və qəsr qılmaqda ixtiyar sahibidir. Buna görə də verilən suala əsasən, onların namazları səhihdir, amma orucları vacib idisə, qəza etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) : Öz şəhərində doğulub boya-başa çatan qız, başqa bir şəhərə ərə gedib. Hal-hazırda ərinin vətənində yaşayır. Öz vətəninə qayıtdıqda onun namaz və orucunun hökmü necədir?
Имя: Kamil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər öz əsli vətənindən bir dəfəlik imtina edib və həmişəlik ərinin vətənində yaşamağı qərara alıbsa, ərinin vətəni onun vətəni hesab olunur. Bəzi vaxtlarda öz əsli vətənində yaşayan qohumlarına baş çəkməyə gələrsə, on gün qalmağı qəsd etməmiş olsa, namazı qəsrdir və orucu da səhih deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) : Bir yerdə on gün qalacağını qəsd edən müsafir on gün orada qalandan sonra, on birinci gün qaldığı yerlə fasiləsi iki fərsəx olan bir kəndə gedib orada gündüz ya gecəni qalsa, qaldığı bir gün, ya gecədə namazı qəsrdir ya xeyr? Qaldığı yerə qayıtdıqdan sonra yenidən on gün qalmaq qəsdi etməlidirmi?
Имя: Mirsahil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
O yerə gedən zaman yeni səfər qəsdi olmasa və əvvəl qalmaq üçün niyyət etdiyi yerə qayıtmaq fikri olsa, orada və əvvəl qaldığı yerdə namazı bütövdür, yenidən qəsd etməyə ehtiyac yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) : Müsafir şəxs on gün qəsd etməyi qərara alıb: a) Gərək on günü bütövlükdə sübh azanının vaxtından qəsd etsin, yoxsa gün çıxan vaxt kifayət edər? b) On gün qəsd etməyi birləşdirməklə kifayət edirmi? (Məsələn: Əgər zöhr vaxtı çatsa və on birinci günün zöhr vaxtına qədər qalacağını qəsd edib namazını tamam qılsın.)
Имя: Mehemmed, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
a) Ən güclü rəyə görə günün başlanması gün çıxan vaxt deyil, sübh namazı vaxtı məşriq tərəfdən ağartı görünən vaxtandır. Buna əsasən əgər müsafir sübh vaxtı ağartı görünən zaman şəhərə daxil olsa və onuncu günün məğrib vaxtına qədər qalacağını qəsd etsə (yəni on gün və doqquz gecə ) namazı tamam qılmalıdır. Əgər günəş çıxan vaxt şəhərə daxil olsa və on birinci günün günəş çıxan vaxtına kimi qalacağını qəsd etsə namazını tamam qılmalıdır, amma əgər onuncu günün məğrib vaxtında hərəkət etmək istəsə namazı qəsr qılmalıdır. (Çünki, sübh azanından günəş çıxana qədər on gündən az qəsd etmişdir.)
b) Bəli günün ortasında çatsa və istəsə 24 saat, yaxud çox qalsın, qalmaq qəsdi həqiqələşir və namazı tamamdır. Amma əgər 24 saatdan az qalmaq istəsə, qalmaq qəsdi həqiqiləşmir və namazı qəsrdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) : Ətraf şəhərlərdən Tehrana təhsil almaq üçün gələn tələbələr kimi işi səfər olan şəxslər adətən cümə günü vətəninə qayıdırlar. Eləcə də Tehrandan yaxın şəhərlərə tədris üçün gedən müəllimlər adətən əsr vaxtı vətənlərinə qayıdırlar. Bu şəxslər əvvəllər Həzrəti İmam Xomeyninin (r) müqəllidləri idilər. Onun vəfatından sonra Ayətullah Əraki, Ayətullah Gülpayiqani və Ayətullah Xoinin icazəsi ilə ilə İmamın təqlidində baqi qalmışlar, bunların namaz və oruc haqda vəzifələri necədir?
Имя: Mirsahil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu məsələdə nəzəriyyə Həzrəti İmam Xomeyninin (r) buyurduğu kimidir. Amma işi həmişə səfər olan bu kimi insanlar bu məsələdə yuxarıda adları qeyd olunan bu üç alicənab şəxsiyyətlərin (rizvanullahi ələyhim) fətvasına əməl edib namazlarını tamam qılıb oruclarını da tuta bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) : Çoxlu səfərlə, daimi səfərdə olmağın hökmü birdirmi? Yəni məsələn təhsil üçün bir şəhərdən başqa şəhərə gedənlər işi səfər olanlarla namazı bütöv qılmaqda və orucu tutmaqda bərabərdirlərmi?
Имя: Nurlan, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Namazın bütöv qılınmasında və orucun səhih olmasında meyar budur ki, onun peşəsi səfər olsun, (sürücü, təyyarəçi və bu qəbildən olan şəxslər kimi) və işi səfər olmayan şəxslər üçün uzun müddətli səfərin heç bir əsəri yoxdur, ehtiyat vacibə əsasən bu şəxslərin namazı qəsr və orucları səhih deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) : Mən İsfahan şəhərində qulluqçu işləyirəm, vətənim isə Gülpayqan şəhəridir. Hər həftənin şənbə günündən bazar ertəsi gününə kimi iş yerində, qalan günləri isə öz vətənimdə oluram. Mənim namaz və orucumun hökmü nədir?
Имя: Nemet, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İş yerində və yolda sizin namazınız ehtiyat vacibə görə qəsrdir və orucunuz da səhih deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP